BAKU Azərbaycan
31.51 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Prezident İlham Əliyev: “Yaxın gələcəkdə, - əgər yenə də Ermənistan saxtakarlıq etməsə və yenə də öz mövqeyini dəyişməsə, - sülh müqaviləsi imzalana bilər”

Hazırda ABŞ və Rusiya, eləcə də Avropa İttifaqı  Cənubi Qafqazda mövqelərini qorumaq üçün Qarabağ kartından yararlanmağa çalışırlar. Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması üçün tərəflərin görüşləri intensivləşib. Əlbəttə ki, vasitəçi tərəflər bununla həm də siyasi manevrlərə də edirlər. Hər halda hər birinin “sülh sənədi” var. Lakin bizim üçün maraqlı olan sülhün yaranmasıdır. Belə demək mümkünsə, aparılan son danışıqlarda Ermənistanın baş naziri Paşinyanı sülh üçün yola gətiriblər. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında sülh razılaşmasının əldə olunmamasının və prosesin müxtəlif bəhanələrlə ləngidilməsinin təqsirkarının Ermənistan tərəfinin olduğunu bəyan edib. Prezident İlham Əliyev 28 may tarixində Laçın şəhərində çıxışında bu mövzuya bir daha toxunub: “Ermənistan bizim ərazi bütövlüyümüzü tanıdıqdan sonra faktiki olaraq sülh müqaviləsi üçün hər hansı bir ciddi maneə qalmayıb. Yaxın gələcəkdə, - əgər yenə də Ermənistan saxtakarlıq etməsə və yenə də öz mövqeyini dəyişməsə, - sülh müqaviləsi imzalana bilər”. Brüsseldə Ermənistanın Qarabağ üzərində Azərbaycanın suverenliyini tanımasının normallaşma prosesinə çox böyük faydası var. Son Kremil görüşlərində də aydın göründü ki, Rəsmi İrəvanın bunu qəbul edətməsinə Rusiya da öz etirazını bildirmir. Hərçənd, bu,  Ermənistan cəmiyyəti, eləcə də ABŞ və Qərbdəki ermənilərin maraqlarına zidd mövqedir. Xüsusən erməni lobbisi Paşinyan hakimiyyətinin Ermənistanın maraqlarına xəyanət etdiyinə eyham vuran bəyanatlar yayırlar. Görünür, Paşinyan ona yönəlik kütləvi etiraz dalğasından qorxuya düşərək mayın 25-də Kremildə Rusiya Prezidenti Vladimir Putinin sözünü kəsərək yersiz iddialar səsləndirdi və həmişəki kimi yenə də gülüş hədəfi oldu.

Prezident İlham Əliyev Laçında bildirb ki, danışıqlar aparılan müddətdə iqtisadiyyatımızı gücləndirdik və bu gün heç kimdən asılı deyilik: “Dünya miqyasında nadir ölkələrdənik ki, iqtisadi cəhətdən tam müstəqilik. Siyasi gücümüzü artırdıq, bu gün Azərbaycanla hesablaşırlar. Ən azı regional təhlükəsizlik və inkişaf məsələlərində Azərbaycanın razılığı olmadan heç bir təşəbbüs həyata keçirilə bilməz. Bu gün dünya miqyasında bir çox məsələlərdə Azərbaycanın mövqeyi önəmli mövqe kimi sayılır”. Azərbaycan ildən-ilə daha da güclənir. Eyni zamanda dövlətimizin beynəlxalq əlaqələri genişlənir və möhkəmlənir. Ermənistan isə heç bir halda Azərbaycanla müqayisəyə gəlmir.  Çünki bu işğalçı ölkə ildən-ilə daha da zəifləyir. Ermənistan daxilindəki separtist qüvvələr hesabına tənəzzülə uğrayır. Ermənistandan başqa ölkələrə kütləvi köç hələ də müşahidə olunmaqdadır. Bu gün Ermənistan və Qarabağdan köç edən ermənilərin yerini kimlərin tutacağı sual altındadır. Azərbaycanın apardığı uğurlu siyasət nəticəsində Ermənistan təcrid vəziyyətinə düşüb. Bu istiqamətdə ölkəmiz səylərini davam etdirir. Azərbaycan Ermənistanın işğalçı siyasətini bütün beynəlxalq təşkilatlarda ifşa edir. Bu siyasətin nəticələri də özünü göstərməkdədir.

Sülh prosesinin süni surətdə ləngidilməsi nə Ermənistan, nə də regionumuz üçün müsbət heç nə vəd etmir.  Ermənistan sülh danışıqlarının əngəlməsinə görə yaranan regional inkişaf problemlərinə görə məsuliyyət daşıyır. Azərbaycan isə regional inkişaf və sabitliyin yaranmasına çalışır. Bunun üçün də Cənubi Qafqazda davamlı sülh olmalıdır. Aparılan ikitərfli və üçtərfli görüşlərdən də görünür ki, Azərbaycan diktəedici mövqe sərgiləyr. Azərbaycanın sülüh üçün 5 baza prinsipləri ilə bağlı təklifləri Ermənistan tərəfindən qəbul olunub. Normallaşma prosesi ancaq Azərbaycanın maraqları çərçivəsində aparılmalıdır. Ermənistan isə bu reallığı dərk etməyərək yalan iddialara söykənir. Lakin hələ də anlamır ki, əsassız iddialara söykənmək mümkün deyil. Çünki dünya artıq Ermənistanın yalanlarına inanmır. Cənab Prezident Laçında Ermənistan və beynəlxalq aləmə öz mesajını verib: “Biz öz doğma torpağımızdayıq və bu gün ermənilərin yaşadıqları Qarabağ bölgəsi bizim əzəli, hüquqi torpağımızdır. İkinci Qarabağ müharibəsi zamanı biz güclü iradə göstərmişik və əgər o vaxt heç kim bizə qarşı kənardan müdaxiləyə cürət etmədisə, bu gün bütün bu torpaqlara yenə də sahib olandan sonra kim gəlib ermənilərin yerinə bizimlə vuruşacaq”. Ermənistanın qeyri-konstruktiv mövqeyi hadisələrin neqativ yön almasına gətirib çıxra bilər. Bu da Cənubi Qafqaz regionu üçün yeni təhlükə yarada bilər. Azərbaycan regionun gələciyini düşünür. Buna görə də sülh təklifində qalır. Bu baxımdan Azərbaycan üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirir. Ermənistan sülhü xoşluqla qəbul etməsə dövlətimizin qüdrəti bunu güc yolu ilə qəbul etdirməyə çatar. İşğalçı Ermənistan 44 günlük Vətən müharibəsindən dərs götürməlidir. Ermənistan sülhdən yayınarsa, yenidən qarşısında “dəmir yumruq” görəcək...

 

Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

Son xəbərlər

Azərbaycanın Dövlət Mədəniyyət Siyasəti Türk dünyasında mədəni diplomatiyanı sistemləşdirən imperativ mexanizmlərin prioritetləşdirməsinə gətirib çıxarıb

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

Bütün xəbərlər