BAKU Azərbaycan
30.12 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

İctimai Maraqlar Naminə Vətəndaş Təşəbbüsü İB Həssas qruplardan olan insanların sosial müdafiə hüquqlarının müdafiəsi 
Vətəndaş cəmiyyəti fəalları və hüquq müdafiəçiləri üçün bacarıqlarının artırılması təlimi keçirilib.

Bakı, 24.06.2023. İctimai Maraqlar Naminə Vətəndaş Təşəbbüsü İctimai Birliyi 22-23 iyun 2023-cü il tarixlərində yerli vətəndaş cəmiyyəti fəalları və paraleqallar üçün həssas insanların sosial təminat hüquqlarının təşviqi və müdafiəsi üzrə bacarıqların artırılması təlimlərini keçirib. 
BMT İHAK-ın Resurs Mərkəzində keçirilən təlimə Gəncə, Bərdə, Şəmkir, Qəbələ və Zaqatala bölgələrindən 10 iştirakçı qatılıb. İştirakçılar həssas insanlara şamil olunan sosial müdafiə proqramlarının xüsusiyyətləri, o cümlədən ünvanlı dövlət sosial yardıma müraciət qaydaları, əlilliyi olan şəxslərin hüquqları və əlilliyin təyin edilməsi üçün müraciət qaydaları, işsizlərin hüquqları və işsiz kimi qeydiyyat üçün müraciət prosedurları üzrə bilik və praktik bacarıqlarını inkişaf etdiriblər. Onlar həmçinin sadalanan xidmətlər və proqramlar üzrə şikayət mexanizmləri, hüquqların inzibati və məhkəmə qaydasında müdafiəsi  ilə bağlı təcrübələrlə tanış olublar. 

Təlim İctimai Maraqlar Naminə Vətəndaş Təşəbbüsü İB-nin icra etdiyi ``Həssas insanların sosial təminat hüquqlarının təşviqi və səmərəli müdafiəsi üçün yerli bacarıqların artırılması`` layihəsi çərçivəsində baş tutub. Layihənin məqsədlərindən biri də bölgələrdə aztəminatlı ailələr, əlilliyi olan şəxslər, qadınlar və digər həssas vəziyyətdə olan şəxslərin sosial müdafiə proqramları ilə bağlı məlumatlara və hüquqi yardıma çatımlılığının artırılmasıdır. Bu təlimin iştirakçıları da növbəti mərhələdə yaşadıqları bölgələrdə qeyd edilən qruplardan olan şəxslər üçün məlumat sessiyalarının təşkilində və pulsuz hüquqi yardımın göstərilməsində iştirak edəcəklər. 

Vətəndaş cəmiyyəti fəalları üçün nəzərdə tutulan növbəti təlimdə isə iştirakçılar sosial müdafiə hüquqlarının qorunmasında BMT-nin insan hüquqları mexanizmlərindən istifadə imkanları və şikayət prosedurları ilə tanış ediləcək.  

Qeyd edək ki, bu layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən həyata keçirilən “Azərbaycanda Həssas Qrupların Hüquqlarının Müdafiəsi” proqramı çərçivəsində dəstəklənən layihələrdən biridir.

Son xəbərlər

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Bütün xəbərlər