BAKU Azərbaycan
26.53 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “C.Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım” İctimai Birliyinin “Maarifçiliyin inkişafı məqsədilə Azərbaycanın klassik və müasir ədəbiyyatının təbliği” adlı layihəsinin fəaliyyət planına uyğun olaraq 12 sentyabr 2023-cü il tarixində Bakı şəhərində, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycanın tanınmış yazıçısı, görkəmli publisist, ictimai xadim Seyfəddin Dağlının yenicə nəşr olunmuş “Gəcil qapısı” romanının təqdimat mərasimi keçirilib

Seyfəddin Dağlı zəngin ədəbi-bədii irsi ilə ədəbiyyat tariximizdə silinməz iz qoyan təkrarsız simalardan biridir. Yazıçı 1921-ci il avqustun 27-də qədim Xızı kəndində anadan olmuşdur. Körpə ikən ailəsi ilə Bakıya köçən yazıçı Bakıdakı 5 nömrəli yeddiillik məktəbi və N.Nərimanov adına Sənaye Texnikumunu  bitirmiş, hələ texnikumda tələbə olarkən, 1936-cı ildə "Kommunist" qəzeti redaksiyasında işə girmişdir. Sonralar burada ədəbi işçi, şöbə müdiri və məsul katib vəzifələrində çalışmış, 1941-ci ildə Sovet Ordusu sıralarında Böyük Vətən Müharibəsində iştirak etmişdir. 1952-1956-cı illərdə Moskvada Lenin adına hərbi-siyasi Akademiyanın redaktorluq fakültəsində təhsil almışdır. S.Dağlı 1956-1959-cu illərdə Bakı Televiziya studiyasında baş redaktor, direktor, Radio və Televiziya verilişləri Komitəsi sədrinin müavini vəzifəsində çalışmış, uzun illər, 1959-1976-cı illərdə "Kirpi"  siyası satira jurnalının baş redaktoru işləmişdir. Onun ədəbi  irsi çox zəngin və əhatəlidir.

Ədəbi fəaliyyətə qəzetçiliklə başlayan yazıçı  1944-1946-cı illərdə Təbrizdə nəşr olunan "Vətən yolunda" adlı  əsgər qəzetində əməkdaşlıq etmişdir. Bu baxımdan ədibin yaradıcılığında Cənubi Azərbaycan mövzusu xüsusu yer tutur. Yazıçı neçə-neçə hekayəsini, “Gəcil qapısı” romanını bu soydaşlarımızın həyatına həsr edib. Kitabda Arazın o tayındakı qardaş və bacılarımızın ağır həyatından, onların mürəkkəb taleyi, çətin güzəranı və mübarizə yollarından bəhs edilib. Xüsusən  də qadınların və azyaşlı uşaqların istismarı, mənəvi və fiziki  zorakılığa məruz qalmaları, zavallı insanların hüquqsuzluğu fonunda məmur və polis özbaşınalığının baş alıb getməsi ürək ağrısı ilə təsvir olunub.Əsərdə Küşvərin simasında minlərlə gənc qızın əzablar içində yaşamağa məhkum olduğu  bir cəmiyyətin eybəcərliklərini göstərməyə çalışan yazıçı Təbrizdə eşitdiyi dəhşətli bir həyat hekayəsini qələmə alıb.

AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, f.ü.e.d, professor Asif Rüstəmli, İnstitutun “Cənubi Azərbaycan” şöbəsinin müdiri, f.ü.e.d., professor Rəhim Əliyev, Azərbaycan Milli Konservatoriyasının kafedra müdiri, f.ü.f.d. Firudin Qurbansoy, C. Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Aslan Cəfərov,  Dövlət Tərcümə Mərkəzinin əməkdaşları, redaktor-tərcüməçilər İlqar Əlfioğlu, Bəhlul Abbasov, yazıçı Nəriman Əbdülrəhmanlı və digər ziyalılar ədibin həyat və yaradıcılığı haqda geniş, əhatəli çıxışlar etdilər.

Tədbirdə həmçinin ziyalılar, tanınmış elm və mədəniyyət xadimləri, AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun , M.Füzuli adına Əlyazmaları İnstitutunun alimləri, Bakı Dövlət Universitetinin və İdarəçilik Akademiyasının müəllim və tələbələri, muzey və kitabxana işçiləri, QHT sədrləri və KİV nümayəndələri də iştirak etdilər.

 

Son xəbərlər

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Binəqədidə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində növbəti tərbir keçirilib

Qubada “Azərbaycanda trüfel istehsalının təşviqi” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib

Bütün xəbərlər