BAKU Azərbaycan
30.15 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

 

“Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə "Erkən və qohum nikahlarla mübarizədə region gənclərinin potensialının artırılması" adlı araşdırma, maarifləndirmə, PR və sosial fəaliyyətli layihənin icrasına başlayıb.

3 ay müddətində Ağsu, İsmayıllı, Qəbələ, Ağdaş və Göyçay rayonlarında həyata keçiriləcək layihənin əsas məzmununu yeniyetmə və gənclər arasında erkən və qohum nikahların mənfi nəticələrilə mübarizə və maarfləndirmə sahəsində yerli gənc fəalların fəaliyyət potensialının artırılmasına və onların bilik, bacarıq və təcrübəsinin yüksəldilməsinə dəstək təşkil edir.

Layihənin digər bir əsas ideyasını isə əhatə olunacaq bu rayonlarda gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması, möhkəmlənməsi, milli ailə dəyərləri və ənənələrin təbliği istiqamətində gənclərlə işləyən yerli qurumların, təhsil, səhiyyə, aidiyyətli təşkilat, qurum və vətəndaş cəmiyyəti təsisatlarının birgə tövsiyyə və təkliflərinin hazırlanması təşkil edir. Bu fəaliyyətləri (sorğu, araşdırma, təlim, tövsiyyə və təkliflərin hazırlanması, maarifləndirmə, PR, sosial media və s.) həyata keçirərkən yerli icra hakimiyyəti, bələdiyyələr, ailə, qadın və uşaq problemləri ilə məşğul olan təşkilatlar, səhiyyə, təhsil, gənclər və idman, KİV, hüquq-mühafizə orqanları və QHT-lərlə davamlı əməkdaşlıq və tərəfdaşlıq qurulması da nəzərdə tutulur.

Layihədə erkən və qohum nikahlarla mübarizədə dayanıqlı və səmərəli təsir mexanizmləri, ictimai qınaq və müdafiə sistemlərinin, eləcə də mövcud sistemdəki boşluqların yeni vasitələrlə aradan qaldırılması metodlarının hazırlanması da nəzərdə tutulur.

Layihə çərçivəsində adı çəkilən 5 regionda mövzuya dair gənclər arasında sorğu keçirilməsi, araşdırma aparılması, obyektiv hesabatın hazırlanması, yerli gənc aktivistlər üçün “capacity building” təlimnin keçirilməsi, nəticələrin təhlili, qiymətləndirilməsi və maarifləndirici, təbliğati, PR və sosial media fəaliyyətləri təşkil olunacaqdır.

Layihə davamlılıq, gələcək nəticəyönümlü addımlar üçün erkən nikahlar və qohumlar arasında nikahlarla mübarizəyə və onlara çevik reaksiya verməkdən, onların yayılma arealını azaltmaq üçün təsir mexanizmlərinə dair təklif, tövsiyyə və dayanıqlı fəaliyyət modullarının hazırlanmasını da nəzərdə tutur.

Layihədə AR Gənclər və İdman Nazirliyi, AR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və onların regional idarə və mərkəzləri, yerli icra hakimiyyətləri, Gənclər evləri və Gənclərin İnkişaf və Karyera Mərkəzinin regional nümayəndəlikləri ilə tərəfdaşlıq qurulacaqdır.

Son xəbərlər

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Bütün xəbərlər