BAKU Azərbaycan
31.4 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Geridə qoyduğumuz 2023-cü ilin demək olar ki, hər günü mühüm tarixi hadisələrlə yadda qaldı. Əlbəttə, bunlardan ən önəmlisi ərazi bütövlüyü və suverenliyimizin tam təmin olunması idi. Cənab Prezident İlham Əliyevin 31 dekabr Dünya azərbaycanlılarıının Həmrəylik günü və Yeni il münasibətilə müraciətində dediyi kimi “Dövlət suverenliyimizin bərpası Azərbaycan xalqının yaddaşında əbədi qalacaqdır”. Bundan başqa 2023-cü ilin yanvar ayında "Qərbi Azərbaycana Qayıdış Konsepsiyası"nın qəbul edildi. Bununla da Azərbaycan növbəti illərdə milli hədəflərinin və strateji məqsədlərinin xüsusi istiqamətini elan etdi. Apreldə Laçın yolunda dövlət sərhəd-buraxılış məntəqəsinin quraşdırılması ilə Azərbaycan ərazi bütövlüyünü de-fakto bərpa etdi. Sentyabrda Qarabağda lokal xarakterli anti-terror tədbirləri keçirildi. Bu Azərbaycanın tam və əbədi olaraq suverenliynin təmin olması demək idi. Zəfər Günündə Xankəndində hərbi parad keçirilməsi Azərbaycan dövlətinin və onun Silahlı Qüvvələrinin gücünün və əzminin bütün dünyaya nümayişi idi.  Bununla da Azərbaycan öz ərazisində iki yüz ildən çoxdavam edən separatizmə qalib gəldiyini və bir əsrlik saxtakarlığa son qoyulduğunu bütün dünyaya nümayiş etdirdi. Bütün bunlarla yanaşı dekabr ayında Azərbaycanın 2024-cü ildə COP-29-a ev sahibliyi etməsi ilə bağlı BMT-nin yekdil qərar qəbul olundu. Bütün bunlar Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasətinin, əzminin və iradəsinin nəticəsidir.
Bu fikirləri saytımıza açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Mİllət vəkili qeyd edib ki, 2023-cü ilin sentyabrın 19-da başlamış və cəmi bir gün, ondan da az davam edən antiterror əməliyyatı Azərbaycan xalqının yaddaşından heç bir vaxt silinməyəcək mühüm tarixi hadisə və müasir Azərbaycan tarixinin şanlı səhifələrindən biridir. Azərbaycan Ordusunun tam Zəfəri ilə nəticələnən antiterror əməliyyatı sayəsində  Azərbaycanda separatizmin kökü kəsildi. Əminliklə deyə bilərik ki, Azərbaycan torpaqlarında seperatozm bir daha baş qaldıra bilməz. Separatçı rejim çökmüş, bizim qarşımızda diz çökmüş, ağ bayraq qaldırmış, təslim olmuş, torpaqlarımızdan əbədi olaraq çıxarılmış və tarixin zibilxanasına atılmışdır. 
Azərbaycanın parlaq qələbəsi nəticəsində şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan Ordusu peşəkarlıq, qəhrəmanlıq, əsgər və zabitlərimiz fədakarlıq göstərmişlər. Həm Birinci, həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı zamanı şəhid olmuş əsgər, zabitlərimizin, mülki şəxslərin, Xocalı qurbanlarının qisası döyüş meydanında alınmışdır. Bu gün hər bir Azərbaycan vətəndaşı, dünyada yaşayan hər bir azərbaycanlı haqlı olaraq qürur hissi keçirir. 2023-cü ilin aprel ayında ərazi bütövlüyümüzü tam bərpa etmişdik. Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsi qurulmuş və o gündən bəri Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilmişdir. 
 Heç bir ittiham, heç bir təzyiq Azərbaycan dövlətinin polad  iradəmisinə təsir edə bilmədi. Vətən müharibəsi dövründən bu yana yaxşı xatırlayırıq ki, dünyada, xüsusilə Qərb ölkələrində Ermənistanın arxasında dayanan, onlara daim dəstək göstərən ölkələrdə nə qədər hay-küy qaldırılmışdı, bizə qarşı əsassız ittihamlar irəli sürülmüşdü. Cənab Prezidentin dediyi kimi “Biz haqq yolundayıq, öz sərhədimizi özümüz nəzarətə götürmüşük və heç kimə imkan vermərik ki, bizim torpağımızda at oynatsın.”
Xüsusilə vurğulamaq lazımdır ki, ötən üç ildə Azərbaycan xalqının birliyinin, həmrəyliyinin simvoluna çevrilmiş “Dəmir yumruq” Azərbaycan dövlətinin gücünün rəmzidir. Bu, eyni zamanda Azərbaycanda hökm sürən xalq-iqtidar-ordu birliyinin simvoludur. İkinci Qarabağ müharibəsindəki tarixi zəfərimiz, antiterror əməliyyatları, seperatçı rejimin tarixin tozlu səhifələrinə qarışması bütün bunlar Azərbaycan xalqını bir araya gətirərək bir yumruq halına gətirmişdir.  Dost-düşmən hər kəs bilməlidir ki, “Dəmir yumruq” hər zaman yerindədir və yerində də olacaq. Millət vəkili Tamam Cəfərova belə deyib. 

Son xəbərlər

Azərbaycanın Dövlət Mədəniyyət Siyasəti Türk dünyasında mədəni diplomatiyanı sistemləşdirən imperativ mexanizmlərin prioritetləşdirməsinə gətirib çıxarıb

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

Bütün xəbərlər