BAKU Azərbaycan
26.45 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

İtaliyanın Albenqa şəhərində məşhur musiqiçi Memorial Maria Silvia Folconun xatirəsinə həsr olunmuş və artıq bir ənənə kimi 36 ildir mütəmadi olaraq təşkil olunan “Città di Albenga” 36-cı Beynəlxalq Piano Müsabiqəsi keçirilib. Müsabiqədə dünyanın bir çox ölkələrindən gəlmiş onlarla ifaçı arasında azərbaycanlı gənc pianoçu, Bakı şəhər T.Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbinin məzunu və hazırda Avstriyanın Anton Brukner adına Konservatoriyasının ifaçılıq fakültəsinin bakalavr pilləsinin 4-cü kurs, həmçinin musiqi pedaqogikası fakültəsinin 3-cü kurs tələbəsi, beynəlxalq müsabiqələr laureatı, Qran-pri mükafatçısı Ayan Məmmədli də iştirak edib.

Son dərəcə gərgin keçən müsabiqədə böyük əzmlə çıxış edən və uğur qazanan Ayan Məmmədli yarışma haqqında təəssüratlarını AZƏRTAC-la bölüşüb: “Hələ uşaq yaşlarımdan Azərbaycanla yanaşı, Türkiyə, İngiltərə, Yaponiya, Rusiya, İtaliya, Avstriya, Malta və Estoniyada keçirilən xeyli sayda müsabiqələrdə iştirak edib qalib olmuşam. Bu dəfə İtaliyanın Albenqa şəhərində iştirak etdiyin müsabiqə mənim üçün son dərəcə ciddi və rəqabətin böyük olduğu gərgin bir yarışma idi. Əvvəlcə müsabiqənin bədii rəhbər İzabella Vasile dünyanın bir çox yerlərindən gələrək müsabiqəyə qatılan hər kəsə öz təşəkkürünü bildirdi. Çox sevinirəm ki, müsabiqə şərtlərinə uyğun olaraq mənim üçün ayrılmış 25 dəqiqə müddətində ifa etdiyim dahi bəstəkarlar Franz Liszt , Aleksandr Skryabin və Bela Bartokun əsərlərindən ibarət çıxışım münsiflər heyəti tərəfindən böyük rəğbətlə qarşılandı. Mən bu möhtəşəm müsabiqədə II yerin qalibi adını qazandım. Yeni 2024-cü ilin astanasında, həm müsabiqənin münsiflər heyətinin üzvləri dünyaşöhrətli görkəmli pianoçu Hector Moreno (münsiflər heyətinin sədri), Avropada Uşaq piano məktəbinin yaradıcısı Kim Monika Rayt, Genuya “N.Paqanini” Konservatoriyasının fortepiano müəllimi, görkəmli musiqiçi Cakomo Battarino, İtaliya Dövlət Konservatoriyasında fortepiano kafedrasının müdiri, professor Simone Graqnani və Verona Musiqi Konservatoriyasında və Valeggio sul Mincio-da Amadeus Akademiyasının fortepiano müəllimi Alberto Nose kimi musiqiçilərdən yüksək qiymət alaraq qalib gəldiyim, həm də bu gərgin yarışmada vətənimi və xalqımı layiqincə təmsil etdiyim üçün çox xoşbəxtəm. Fürsətdən istifadə edərək, bütün həmvətənlərimi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edir, xalqımıza sülh və əmin-amanlıq arzulayıram”.

image-17041138444897816881_1200x630

image-17041138443570863026_1200x630

image-17041138441512541964_1200x630

Son xəbərlər

"Xocalı harayı" kitabının təqdimatı olub

Kitablar səltənətinin inciləri: Mirvarid Dilbazi “Anam yadıma düşdü”

Hicama terapiyası gələcəyin sağlam həyatıdır

Şuşa Bəyannaməsinin strateji mesajı

Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi

İstanbulda Türk DEGS Mərkəzində Heydər Əliyevin Tarixi Rolu Anılıb

Qurtuluşdan inkişafa: müstəqil Azərbaycanın strateji yolu

Elxan Qəmbərov: “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının simvoludur”

Binəqədidə “Milli qurtuluşdan başlanan tərəqqi və zəfər yolu” adlı tədbir keçirilib

Kitablar səltənətinin inciləri: Əhməd Cavad “Çırpınırdın Qara dəniz”

Yasamal rayonunda “Məişət zorakılığına yox!” layihəsi çərçivəsində tədbir keçirilib

YAXŞI ADAM...

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirildi

Cənubi Qafqaz əməkdaşlıq zonasına çevrilir

Şəhidin xatirəsinə həsr olunmuş “Göylər mələyi” adlıxatirə gecəsi keçirildi

Sankt-Peterburqda Azərbaycan-Rusiya biznes dialoqu keçirilib

“Cəfər Cabbarlı – Müasirimizdir” adlı layihənin icrasına başlanılıb

Ölkədə ilk dəfə “Təbiətin Dostları” Festivalı keçirildi

Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının rəsmi açılışı keçiriləcək

QHT “Regionlarda qadınlarla iş” layihəsinin icrasına başlayıb

“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrasına başlanıldı

Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə

Uşaqlara mərhəmət, qayğı, şəfqət

Biz həmişə sizinləyik xeyriyyə aksiyasi keçirildi

Prezident İlham Əliyevin sülhə, regional sabitliyə və beynəlxalq əməkdaşlığa yönəlmiş siyasəti Qlobal Həmrəylik Şurası tərəfindən yüksək qiymətləndirilir

“Həqiqəti demək borcumdur: mənim tanıdığım Adil Əliyev”

Eko Aləm İctimai Birliyi Hacıqabul və Çala göllərində araşdırmalar həyata keçirib

Şneor Seqal və onun kimi düşünənlər anlamalıdırlar ki, Azərbaycan kiminsə şəxsi dini laboratoriyası deyil

Daşkənddə muğam və makom dərsi təşkil olunub

Bütün xəbərlər