BAKU Azərbaycan
26.73 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Leninqrad uşaqlarının xatirəsinə qoyulmuş abidəyə qarşı sərgilənən vandalizm Ermənistanın faşizm ideologiyası üzərində kökləndiyini nümayiş etdirir.

 Yanvarın 29-da İrəvanda İkinci Dünya müharibəsində mühasirədə olan Leninqrad uşaqlarının xatirəsinə ucaldılmış abidə vandalizmə məruz qalıb. Hadisəyə Rusiya tərəfinin münasibəti sərt olub. Rusiya XİN-in rəsmisi Mariya Zaxarova bildirib ki, Rusiya İrəvanda mühasirədə olan Leninqrad uşaqlarının xatirəsinə ucaldılmış abidəyə qarşı vandalizm aktını qətiyyətlə pisləyir.
Bu, Paşinyan hakimiyyəti dönəmində Ermənistanda nasizmin güclənməsi ilə bağlı ortaya çıxan yeganə fakt deyil. Xatırlatmaq istərdik ki, bu ilin əvvəlində Ermənistanın paytaxtı İrəvanda bir qrup ifrat sağçının erməni millətçi ideologiyasının banisi Qaregin Njdenin heykəli önündə nasist salamlaşmasına bənzər salamlama hərəkəti bir müddət əvvəl sosial mediada müzakirlərə səbəb olmuşdu.
Görünən odur ki, Ermənistanda nasizm meylləri güclənir və bunun nə vəd etməsi sual doğurur.
Mövzu ilə bağlı millət vəkili Elşad Mirbəşiroğlu Sputnik Azərbaycan-a bildirib ki, Ermənistanda son illərdə çox aydın şəkildə görürük ki, faşizm və neofazim ideyaları inkişaf editdirilir və buna rəsmi şəkildə dəstək nümayiş olunmaqdadır. Bütün bunlar Ermənistanın olduqca təhlükəlki tendensiyaya qoşulmasının göstəricisidr. Faşizm ideologiyasi ermənbilərin xarakterinə uyğun gəlir. Azərbaycan xalqına törədilmiş cinayətlər bunun bariz sübutudur. Faşistlərin dünya xalqlarının başına gətirdiyi oyunları, ötən əsrin doxsanıncıə illərinin əvvəlində emənilər Azərbaycan xalqının başına gətirib".
Millət vəkili deyir ki, faşizm ideayları Ermənistan cəmiyyəti üçün yeni bir şey ehtiva etmir: "Bu cəmiyyətin özündə bu ideyalara meyllilik tarixən olub və müxtəlif dövrlərdə qəddar şəkildə özünü büruzə verib. Ayrıca olaraq Leninqrad uşaqlarının xatirəsinə qoyulmuş abidəyə qarşı sərgilənən vandalizm Ermənistanın faşizm ideologiyası üzərində kökləndiyini nümayiş etdirir. Qərbin çox ciddi təsir imkanları olduğu ölkələrdə faşizm ideologiyası çox sürətlə oturuşmaqdadır. Faşizm ideolgiyasının siyasi dəstək alaraq genişləndirilməsi ayrı-ayrı xalqları təsir altında saxlamaq üçün dünyanın ayrı-ayrı mərkəzləri bundan istifadə etməkdədirlər".
Elşad Mirbəşiroğlunun sözlərinə görə, bunu digər postsovet ölkələrində də aydın şəkildə müşahidə etmək mümkündür: "Fransanın neokolonializm siyasətinin əsasında neofaşizm ideolgiyaları dayanmaqdadır. Ermənistan da Fransanın təsiri altında olan ölkələrdəndir. Bu baxımdan Ermənistanda faşizm ideologiyasının genişləndirilməsi, ayrıca olaraq da anti-Rusiya meyllərinin dərinləşdirilməsi həm də kənardan təşviq olunmaqdadır. Cənubi Qafqaz regionunda Ermənistanın timsalında faşizm ideolgiyasının genişlənməsi regionun təhlükəsizliyinə təhdid yaratmaqdadır. Region dövlətlərinin hər biri bunun qarşısının alınmasında fəal rol oynamalıdırlar".
"Ayrı-ayrı ölkələrdə faşizm ideologiyasının genişləndirilməsi həm də Rusiyaya qarşı mübarizə formasıdır. Çünki bu gün dünyada faşizmə qarşı ən sərt mübarizəni məhz Rusiya aparır. Ona görə də bir sıra ölkələrdə anti-Rusiya meylliliyinin gücləndirilməsi istiqamətində faşizm ideologiyası alət kimi istifadə olunmaqdadır", millət vəkili vurğulayıb.
Politoloq Elşən Manafov hesab edir ki, Ermənistanda nasizmin topluma,xüsusən gənclərə təsir imkanlarının genişləndirilməsi və gücləndirilməsi istiqamətində ideoloji iş məqsədyönlü şəkildə aparılır və anti-Rusiya ovqatının cəmiyyətə yüklənməsi prosesinin tərkib hissəsini təşkil edir: "Paşinyan iqtidarı bu layihələrin həyata keçirilməsində birbaşa iştirak etməsə də,nasistlərə münasibətdə dözümlülük, qanunvericiliyin tələb etdiyi konteksdə onlara qarşı əməli tədbirlərin görülməməsi,hökümətin bütün baş verən hadisələrdə bilavasitə iştirakçılığı və ya maraqları olması barədə düşünməyə əsas verir".
Politoloqun sözlərinə görə, ifrat millətçiliyin gücləndirilməsi istiqamətində direktivlər MDB ərazisində Qərblə yaxından əməkdaşlıq edən siyasi istibleşmentlərə məhz Qərbin xüsüsi xidmət orqanları tərəfindən ötürülür: "Ukraynada banderaçıların açıq şəkildə keçirdiyi nümayişlər, Stepan Banderanın dövlət tərəfindən milli qəhrəman səviyyəsinə qaldırılmasi,Moldovanın parçalanması,onun Rumıniyaya birləşdirilməsi məqsədilə millətçilik dalğasında siyasi partiyaların apardığı iş, Belarusiyada yaşananlar,adı çəkilən ölkələrdə faşist svastikasından geniş istifadə, faşistlərə məxsus salamlama halları bütün bunların eyni mərkəzdən idarə olunduğunu söyləməyə əsas verir".
Elşən Manafov qeyd edir ki, Qərb Rusiyaya qarşı apardığı mübarizəsində ifrat millətçi hərəkatların bəlli dövlətlərin cəmiyyətlərinə göstərə biləcəyi ideolji təsir rıçaqlarından istifadə etməyə çalışır: "İstər II cahan savaşı, istərsə də soyuq müharibə illərində Qərb ifrat millətçiliyin kütlədə doğurduğu impulsiv illiyuziyalardan istifadə etmiş, milli azadlıq hərəkatı adı altında ifrat millətmilik azarına yoluxdurmuş kütlələri Rusiyaya qarşı mübarizəyə kökləyə bilib. SSRİ kimi fövqəldövlətin dağılmasına da Qərb məhz ifrat millətçilik azarını topluma yoluxdura bilmiş təsir agentlərinin və korporativ maraqlara köklənmiş siyasi istibleşmentlərin vasitəsilə həyata keçirmişdir.Hazırda eyni ssenari fərqli zamanda baş rollarda yer almış,satellit siyasətçilər tərəfindən adı çəkilən ölkələrdə icra olunur".

Son xəbərlər

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Bütün xəbərlər