BAKU Azərbaycan
26.13 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

``Regionlarda sosial təminat hüquqlarına çatımlılığın yaxşılaşdırılması`` təşəbbüsü çərçivəsində aztəminatlı və həssas qruplardan olan qadınlar üçün məlumatlandırma və ödənişsiz hüquqi yardım xidməti davam etdirilir. Fevral-mart ayları ərzində Ağdam və Tərtər bölgələrində gəlir azlığı, əlillik, xəstəlik, qocalıq, işsizlik və digər səbəblərdən həssas vəziyyətdə olan 225 qadının iştirakı ilə 10 hüquqi maarifləndirmə seminarı keçirilib.
Seminarlar həssas qruplardan olan qadınların sosial təminat hüququ və dövlət tərəfindən həyata keçirilən sosial müdafiə proqramlarından daha səmərəli istifadəsinə yardım məqsədi daşıyıb. İştirakçılar Azərbaycanda sosial təminat sisteminin əsas istiqamətləri, xüsusilə qadınları hədəfləyən pensiya təminatı sistemi, sosial müavinətlər, təqaüdlər və digər təminatlar haqqında məlumatlandırılıb, həmçinin ünvanlı dövlət sosial yardımı və özünüməşğulluq proqramlarında iştirak imkanları, əlilliyin müəyyən edilməsi şərtləri ilə tanış ediliblər.
Görüşlərin gedişatında 100-dən artıq iştirakçının fərdi sosial məsələlərinə dair sualları cavablandırılıb, onlara sosial vəziyyətlərinə uyğun qanunvericiliklə nəzərdə tutlmuş müxtəlif sosial təminat növlərindən faydalanması imkanları ilə bağlı hüquqi məsləhətlər verilib. Müraciətlər arasında xüsusilə əlilliyin müəyyən edilməsi, müxtəlif növ pensiya, müavinət və təqaüdlərin təyin edilməsi, ünvanlı sosial yardım və özünüməşğulluq proqramlarına qoşulma, eləcə də sadalanan sahələr üzrə əvvəlki müraciətlərinə imtina halları ilə bağlı suallar üstünlük təşkil edib.
Qeyd edək ki, İctimai Maraqlar Naminə Vətəndaş Təşəbbüsü İctimai Birliyinə məxsus bu təşəbbüs Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsinin dəstəyilə ``PI Consulting`` MMC tərəfindən icra edilir. Təşəbbüsün hədəf qrupu əlillik, xəstəlik, yoxsulluq, işsizlik, ailə başçısını itirmə və ya digər səbəblərdən həssas vəziyyətdə olan və sosial dəstəyə ehtiyacı olan qadınlardır.
Hazırda Ağdam və Tərtər bölgələrində qeyd edilən ehtiyac qrupundan olan qadınlara ödənişsiz hüquqi yardımın göstərilməsi davam etdirilir. Hüquqi yardım xidməti sosial müdafiə sahəsinə aid olan məsələlər üzrə inzibati qaydada ərizə, şikayət və müraciətlərin, məhkəmələrə iddia ərizələrinin hazırlanması, hökumət elektron sistemlərində qeydiyyata yardım, eləcə də digər yazılı və şifahi hüquqi informasiya və məsləhətlərin verilməsini nəzərdə tutur. Təşəbbüs icraçıları həmçinin bölgələrdə, xüsusilə kənd yerlərində yaşayan qadınların informasiyaya çıxışının məhdudluğunu nəzərə alaraq, ``Sosial təminat hüquqları`` adlı bələdçi hazırlayaraq hədəf qruplar arasında yayılmasını təşkil edib.
Növbəti mərhələdə seçilmiş aztəminatlı 30 qadının özünüməşğulluq proqramlarında iştirakı üçün təlim və mentorluq xidməti ilə təmin edilməsi, həmçinin 2 sosial biznes təşəbbüsünün dəstəklənməsi nəzərdə tutulur.

 


Bölgələrdə sosial təminat hüququna dair maarifləndirmə və hüquqi yardım xidməti həyata keçirilir

Bölgələrdə sosial təminat hüququna dair maarifləndirmə və hüquqi yardım xidməti həyata keçirilir

Bölgələrdə sosial təminat hüququna dair maarifləndirmə və hüquqi yardım xidməti həyata keçirilir

Bölgələrdə sosial təminat hüququna dair maarifləndirmə və hüquqi yardım xidməti həyata keçirilir

Bölgələrdə sosial təminat hüququna dair maarifləndirmə və hüquqi yardım xidməti həyata keçirilir

Son xəbərlər

QHT-lərin maliyyələşdirilməsində “bir pəncərə” mexanizmi nə vəd edir?

Yasamal bələdiyyəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir keçirildi

Yaponlar Azərbaycana təşəkkür ediblər

2 nömrəli Bakı Baza Tibb kollecində məişət zorakılığının qarşısının alınması haqqında tədbir keçirilib

"Xocalı harayı" kitabının təqdimatı olub

Kitablar səltənətinin inciləri: Mirvarid Dilbazi “Anam yadıma düşdü”

Hicama terapiyası gələcəyin sağlam həyatıdır

Şuşa Bəyannaməsinin strateji mesajı

Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi

İstanbulda Türk DEGS Mərkəzində Heydər Əliyevin Tarixi Rolu Anılıb

Qurtuluşdan inkişafa: müstəqil Azərbaycanın strateji yolu

Elxan Qəmbərov: “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının simvoludur”

Binəqədidə “Milli qurtuluşdan başlanan tərəqqi və zəfər yolu” adlı tədbir keçirilib

Kitablar səltənətinin inciləri: Əhməd Cavad “Çırpınırdın Qara dəniz”

Yasamal rayonunda “Məişət zorakılığına yox!” layihəsi çərçivəsində tədbir keçirilib

YAXŞI ADAM...

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirildi

Cənubi Qafqaz əməkdaşlıq zonasına çevrilir

Şəhidin xatirəsinə həsr olunmuş “Göylər mələyi” adlıxatirə gecəsi keçirildi

Sankt-Peterburqda Azərbaycan-Rusiya biznes dialoqu keçirilib

“Cəfər Cabbarlı – Müasirimizdir” adlı layihənin icrasına başlanılıb

Ölkədə ilk dəfə “Təbiətin Dostları” Festivalı keçirildi

Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının rəsmi açılışı keçiriləcək

QHT “Regionlarda qadınlarla iş” layihəsinin icrasına başlayıb

“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrasına başlanıldı

Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə

Uşaqlara mərhəmət, qayğı, şəfqət

Biz həmişə sizinləyik xeyriyyə aksiyasi keçirildi

Prezident İlham Əliyevin sülhə, regional sabitliyə və beynəlxalq əməkdaşlığa yönəlmiş siyasəti Qlobal Həmrəylik Şurası tərəfindən yüksək qiymətləndirilir

Bütün xəbərlər