BAKU Azərbaycan
26.53 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Polşa Azərbaycanlıları Şurasının təşkilatçılığı və qlobal maliyyə sektorunun aparıcı şirkətlərindən biri olan “Citi Bank”ın dəstəyi ilə bu ölkədə yaşayan soydaşlarımızın əmək bazarına daxil olmasını və karyera imkanlarını genişləndirməsini hədəfləyən təlim keçirilib.

AZƏRTAC xəbər verir ki, təlim 60-dan çox nümayəndənin iştirakı ilə Varşavada yerləşən Azərbaycan Evində baş tutub.

Polşa Azərbaycanlıları Şurasından bildiriblər ki, qurum daha əvvəl də dəfələrlə yerli iş bazarına inteqrasiya mövzusunda ödənişsiz karyera təlimləri təşkil edib və bu proqramlardan yüzlərlə azərbaycanlı tələbə faydalanıb. Lakin budəfəki tədbir beynəlxalq səviyyədə əməkdaşlığın nəticəsi olaraq fərqlənib. “Citi Bank” ilə birlikdə keçirilən bu təlim iştirakçılara qlobal iş bazarının tələblərinə uyğun bilik və bacarıqlar qazandırmaq baxımından xüsusi əhəmiyyət kəsb edib.

Təlimdə “Citi Bank”ın aparıcı insan resursları mütəxəssisləri Mixal Radeçki və Karola Sulinska iş axtarışı strategiyaları, peşəkar CV hazırlanması, müsahibə texnikaları və sosial əlaqələrin işə qəbul prosesindəki rolu barədə dəyərli bilik və təcrübələrini bölüşüblər. Spikerlər 3 saat ərzində yüksək peşəkarlıq nümayiş etdirərək, iştirakçılara əmək bazarının aktual mövzularına dair praktiki tövsiyələr veriblər.

Tədbirin ən faydalı hissələrindən biri real müsahibə şəraitinin simulyasiyası olub. Bu sessiya sayəsində iştirakçılar öz bilik və bacarıqlarını praktik şəkildə sınamaq, işə qəbul mütəxəssislərindən birbaşa rəy almaq və gələcək müsahibələrə daha yaxşı hazırlaşmaq imkanı əldə ediblər.

Polşa Azərbaycanlıları Şurası və “Citi Bank” soydaşlarımızın peşəkar inkişafını və Polşa əmək bazarına inteqrasiyasını dəstəkləmək üçün bu kimi tədbirləri davam etdirməyi planlaşdırır. Bu təşəbbüsün uğuru gələcəkdə daha çox bu tip layihələrin həyata keçirilməsinə və Polşada yaşayan azərbaycanlıların karyera inkişafına töhfə verməsinə zəmin yaradır.

 

 

 

Son xəbərlər

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Binəqədidə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində növbəti tərbir keçirilib

Qubada “Azərbaycanda trüfel istehsalının təşviqi” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib

Bütün xəbərlər