BAKU Azərbaycan
26.09 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

“Keyfiyyət Assosiasiyası” İctimai Birliyi tərəfindən 20 fevral 2025-cil tarixində Yeni Klinikada "ISO 7101:2023 Səhiyyə təşkilatının idarə edilməsi - Səhiyyə təşkilatlarında keyfiyyəti idarəetmə sistemləri - Tələblər” adlı beynəlxalq standartın Azərbaycan dilinə tərcüməsinin təqdimatı keçirilib.

Təqdimat mərasimi “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi və Özəl Tibb Müəssisələri Assosiasiyasının  təşkilatçılığı və "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin təşkilatı dəstəyi ilə baş tutub.

Açılış nitqində tədbirin keçirilməsinə göstərdiyi dəstəyə görə Keyfiyyət  Assosiasiyası tərəfindən tədbirin təşkilinə sponsorluğ edən BTL Azərbaycan, Arbitro Huquq şirkəti, Səhhət Azərbaycan Almaniya tibb klinikası, SEM Academy və Medic Schoola təşəkkür edilib.

Tədbirdə “Keyfiyyət Assosiasiyası” İctimai Birliyinin sədri Samir Novruzlu çıxış edərək  tədbirin keçirilmə məqsədini, adı keçən standartın azərbaycan dilində hazırlanma zərurətini, onun müəssisələrimiz və mütəxəssislər üçün nəzəri və praktiki vəsait kimi əhəmiyyətini qeyd edib. S. Novruzlu həmçinin bu vəsaitin nəşrinə maliyyə dəstəyi göstərən qurumlara Keyfiyyət Assosiasiyası adından öz təşəkkürünü bildirib.

Daha sonra çıxış üçün söz Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktorunun müavini Araz Nəsirova verilib. Direktor müavini son illər ölkədə səhiyyə sahəsində həyata keçirilən islahatlardan, səhiyyənin inkişafına dövlət tərəfindən göstərilən qayğı və diqqətindən danışıb.

Tədbirdə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, millət vəkili Rəşad Mahmudov çıxış edib. Millət vəkili çıxışı zamanı səhiyyənin inkişafı və problemləri ilə bağlı bir sıra vacib məsələlərə toxunub.

Millət vəkili çıxışında Keyfiyyət Assosiasiyası tərəfindən hazırlanmış ISO 7101 standartının səhiyyə və tibb müəssisələrinin fəaliyyətinin standartlaşdırılmasına qatacağı dəyəri və bu cür təşəbbüslərin gələcəkdə də davam etdirilməsini  eləcə də QHT təşkilatları arasında əməkdaşlığın vacibliyini vurğulayıb. O, eyni zamanda bu əməkdaşlığın nəticəsi olaraq mavafiq layihə və təkliflərin Milli Məclisə təqdim edilməsinin məqsədəuyğun olduğunu qeyd edib.

Tədbirdə TƏBİBİ nnümayəndələri Teymur Mirzəbəylinin, Fəqan Həsənzadənin və Azərbaycan Standartlaşdırma İnstitutunun direktor əvəzi Kəmalə Məmmədzadənin çıxışları maraqla dinlənilib.

Daha sonra Keyfiyyət Assosiasiyasının səhiyyə müəssisələrində beynəlxalq standartların tətbiqi üzrə məsləhətçi, auditor və təlimçisi Günay Paşanın təqdimatında ISO 7101 beynəlxalq standartı, onun strukturu, məqsədi, hədəf auditoriyası, faydaları haqqında məlumat verilib.

Təqdimat mərasimində Özəl Tibb Müəssisələri Assosiasiyası (ÖTMA) İdarə Heyətinin Sədri Günel Əliyeva, Yeni Klinikanın Direktorunun iqtisadi məsələlər üzrə müavini Ravil Tağıyev çıxış edərək keyfiyyəti  idarəetmənin aktual məsələlərinə,  keçirilən tədbirin səhiyyə və tibb müəssisələri  üçün əhəmiyyətinə toxunublar.

Tədbirdə ölkəmizdə ilk dəfə ISO 7101 beynəlxalq standartını tətbiq etmiş “Səhhət” Azərbaycan-Almaniya tibb klinikasına və Oki Hospitalına sertifikatlar təqdim edilib. Sertifikatlar INCERT sertifikatlaşdırma şirkətinin direktoru Şamo Muradov tərəfindən təqdim edilib. Ş. Muradov “Səhhət” klinikasında və Oki Hospitalında keçirilən audit və sertifikatlaşdırma prosesindən bəhs edib.

Bundan sonra söz “Səhhət” Azərbaycan - Almaniya klinikasının direktoru Malik Kərimova verilib. Direktor çıxışında rəhbərlik etdiyi klinikada ISO 7101 standartının tətbiqi və onun faydaları barədə iştirakçılara məlumat verib.

Təqdimat mərasimi maraqlı müzakirələr və iştirakçıların suallarının cavablandırılması ilə başa çatıb.

      

Son xəbərlər

Xızıda ənənəvi “Cəfər Cabbarlı günü” qeyd edilib

Həkimlərin Peşə Bayramı münasibətilə Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutuna mükafat vasitəsi təqdim olunub

Azərbaycan-Türkmənistan münasibətləri dostluğa və strateji tərəfdaşlığa söykənir

QHT-lərin maliyyələşdirilməsində “bir pəncərə” mexanizmi nə vəd edir?

Yasamal bələdiyyəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir keçirildi

Yaponlar Azərbaycana təşəkkür ediblər

2 nömrəli Bakı Baza Tibb kollecində məişət zorakılığının qarşısının alınması haqqında tədbir keçirilib

"Xocalı harayı" kitabının təqdimatı olub

Kitablar səltənətinin inciləri: Mirvarid Dilbazi “Anam yadıma düşdü”

Hicama terapiyası gələcəyin sağlam həyatıdır

Şuşa Bəyannaməsinin strateji mesajı

Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi

İstanbulda Türk DEGS Mərkəzində Heydər Əliyevin Tarixi Rolu Anılıb

Qurtuluşdan inkişafa: müstəqil Azərbaycanın strateji yolu

Elxan Qəmbərov: “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının simvoludur”

Binəqədidə “Milli qurtuluşdan başlanan tərəqqi və zəfər yolu” adlı tədbir keçirilib

Kitablar səltənətinin inciləri: Əhməd Cavad “Çırpınırdın Qara dəniz”

Yasamal rayonunda “Məişət zorakılığına yox!” layihəsi çərçivəsində tədbir keçirilib

YAXŞI ADAM...

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirildi

Cənubi Qafqaz əməkdaşlıq zonasına çevrilir

Şəhidin xatirəsinə həsr olunmuş “Göylər mələyi” adlıxatirə gecəsi keçirildi

Sankt-Peterburqda Azərbaycan-Rusiya biznes dialoqu keçirilib

“Cəfər Cabbarlı – Müasirimizdir” adlı layihənin icrasına başlanılıb

Ölkədə ilk dəfə “Təbiətin Dostları” Festivalı keçirildi

Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının rəsmi açılışı keçiriləcək

QHT “Regionlarda qadınlarla iş” layihəsinin icrasına başlayıb

“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrasına başlanıldı

Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə

Bütün xəbərlər