BAKU Azərbaycan
22.75 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Ermənistanda 7 iyun parlament seçkilərində N. Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyasının qələbəsi Cənubi Qafqaz üçün hansı siyasi nəticələr vəd edir? Əvvəlcədən də, Seçkilər faktiki olaraq Ermənistanın gələcək geosiyasi istiqaməti – sülh və Qərbə inteqrasiya xətti ilə Rusiya yönümlü siyasət arasında seçim kimi qiymətləndirilirdi. “Cəmiyyətin İnkişafı Mərkəzi” İB-də uzun müddət sosioloji-tədqiqat və araşdırma ilə məşğul olan bir təşkilat olaraq bu prosesi yaxından izləyib və hazırki iqtidarın qələbə qazanacağı və Ermənistan cəmiyyətinin sağlam düşüncəli böyük hissəsinin artıq müharibədən, düşmənçilkdən, şovinist şüarlardan, xam xəyallardan bezdiyini, onun qisasçılıq və nifrət deyil və sülh, mehriban qonşuluq və inkişafı seçəcəyini əvvəlcədən proqnozlaşdıraraq, bu barədə dəfələrlə mövqe bildirmişdir. Qeyd etmək lazımdır ki, şübhəszi ki, bu seçkilərin nəticələri mübagiləsiz desək, yalnız Ermənistan əhalisinin deyil regionun və hətta dünyanın qlobal siyasi mərkəzlərinin diqqət mərkəzində idi. Əslində, bu seçkilər Ermənistanın müstəqil dövlət olaraq tarixində həm ölkə, həm də regional baxımdan ən diqqəti çəkən, ən əlamətdar və dövlətlərarası münasibətlər baxımından həlledici və tarixi bir proses oldu.

   Məlumdur ki, bir müddətdir ki, bu seçkilərlə bağlı Ruisya və Qərbin gözə görünən və görünməyən rəqbəti və mübarizəsi açıq hiss olunurdu. Dünyada, o cümlədən regionda təsirini və nüfuzunu itirən Rusiya heç olmasa post-sovet məkanın bir hissəsində, yəni Avrasiya İqtisadi İttifaqına və KTMT-yə daxil olan dövlətləri öz orbitində saxlamağa çalışır. Əksinə Qərb isə Rusiyanın zəifləməsindən və artıq 4 ildən çox müddətrdir ki, “Ukrayna müharibəsi” adlı bataqlıqda çapalayan, hər hansı bir uğur qazana bilməməsindən istifadə edərək, öz təsir coğrafiyasını genişləndimək üçün ciddi həmlələr edir. Bu prosesdə Rusiyanın rolu və təsiri bir neçə əsas amillə bağlıdır. Moskvanın əsas məqsədləri , Cənubi Qafqazda öz geosiyasi nüfuzunu saxlamaq, Ermənistanın tam şəkildə Qərb orbitinə keçməsinin qarşısını almaq, regionda təhlükəsizlik və enerji məsələlərində təsir imkanlarını qorumaq, Ermənistan vasitəsilə Cənubi Qafqazdakı strateji mövcudluğunu davam etdirməkdir. 

  Rusiya uzun illər Ermənistanla tarixi bağlılığı mövcuddur və onun əsas təhlükəsizlik tərəfdaşı olub. Ermənistan KTMT-nin üzvüdür, ölkədə Rusiya hərbi bazası fəaliyyət göstərir və enerji sektorunda Moskvanın ciddi təsiri mövcuddur. Lakin son illər Rusiyanın siyasi təsir imkanlarının zəifləməsi aydın sezilirdi. Xüsuslı 2020-ci ildə 44 günlük müharibədən, 20 sennyabr 2023-cü ildə Azərbaycanın həyata keçirdiyi antiterror əməliyyatından və sonrakı hadisələrdən sonra Ermənistan cəmiyyətində Rusiyanın təhlükəsizlik zəmanətlərinə inama ciddi təsir edib. Bu da Paşinyan hökumətinin daha müstəqil xarici siyasət kursu yürütməsinə şərait yaratdı. Həmçinin regional balansın qorunması marağı, Moskvanın Cənubi Qafqazda öz təsirini saxlamağa sövq edir. Qısası,Ermənistanın tam şəkildə Qərb düşərgəsinə inteqrasiyası Rusiyanın strateji maraqlarına uyğun deyil.

  Əlbəttə ki, bu prosesdə əks tərəfin, Rusiaynın əsas rəqibi olan Qərbin də möbqelərini gücləndriən bir neçə amil var. Belə ki, bu əsasən Qərbin Ermənisatana siyasi və diplomatik dəstəyi, yəni Avropa İttifaqı və ABŞ Ermənistanın demokratik institutlarının gücləndirilməsi, iqtisadi islahatlar və hüquqi sistemin inkişafına dəstək göstərməsi, ayrı-ayrı istisnalara baxmayaraq bütövlükdəQərbin, xüsusilə ABŞ-ın sülh prosesinə marağı və nəhayət Rusiyanın təsirinin məhdudlaşdırılmasına çalışması və s. kimi məsələlər mühüm əhəmiyyət kəsb edir. Belə ki, Qərb, ilk növbədə ABŞ Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını və regionda uzunmüddətli sabitliyin yaranmasını dəstəkləyir. Bunu, həm enerji təhlükəsizliyi, həm də Avropa-Asiya nəqliyyat marşrutlarının inkişafı baxımından vacib hesab edir. Həmçinin ABŞ və Avropa İttifaqı Ermənistanla əməkdaşlığı genişləndirərək Cənubi Qafqazda Rusiyanın geosiyasi təsirini azaltmağa çalışırlar.

Başqa sözlə desək, Ermənistanda keçirilən parlament seçkiləri təkcə ölkədaxili hakimiyyət uğrunda mübarizə deyil, həm də Cənubi Qafqazın gələcək siyasi arxitekturasına təsir edə biləcək mühüm hadisə kimi qiymətləndirilə bilər. hakim komandanın qələbəsi Ermənistanın daxili, regional və qlobal siyasətində bir sıra nəticələr vəd edir. Ölkədaxilində: 

- Hakimiyyətin legitimliyinin möhkəmlənməsi:Paşinyanın qələbəsi onun islahatlar və sülh gündəmini davam etdirmək üçün yeni siyasi mandat əldə etməsi deməkdir.

- Müharibə tərəfdarlarının, nasist və revanşist qüvvələrin zəifləməsi: Keçmiş hakimiyyətlə əlaqəli və daha irticaçı mövqe tutan qüvvələrin hakimiyyətə qayıtmaq imkanları azalır. 

- Konstitusiya və institusional islahatlar üçün imkanlar:Hakimiyyət gücləndikcə dövlət idarəçiliyində dəyişikliklərin həyata keçirilməsi daha real görünür. 

    Regional siayəst baxımından: 

- Regionda yeni siaysi mühitin, düzənin yaranması. Azərbaycan-Ermənistan sülh prosesinə təsir: Mövcud iqtidarın hakimiyyətdə qalması danışıqların davamlılığı baxımından müəyyən sabitlik yaradır və sülh sazişinin imzalanması perspektivini qoruyur. 

- Türkiyə ilə normallaşma imkanları: Ermənistanın qonşularla münasibətləri yaxşılaşdırmaq siyasəti davam edə bilər. 

- Yeni iqtisadi mühidin yaranması, nəqliyyat marşrutlarının işə düşməsi və regionda kommunikasiya xətlərinin açılması Cənubi Qafqazın iqtisadi inteqrasiyasını gücləndirə bilər. 

- Rusiyanın bölgədə təsir balansının dəyişməsi, Əlbəttə ki, Ruisya ilə Ermənistanın əlaələri tamam kəsilməyəcək, ancaq, Yerevanın çoxşaxəli xarici siyasət kursu seçməsi regional qüvvələr nisbətinə təsir göstərir. 

  Qlobal beynəlxalq siyasət baxımından ərblə münasibətlərin genişlənməsi:

- ABŞ və Avropa İttifaqı Ermənistanı Cənubi Qafqazda mühüm tərəfdaş kimi görməyə davam edə bilər. 

- Rusiya-Ermənistan münasibətlərinin yenidən formalaşması: Moskvanın İrəvan üzərində əvvəlki təsir imkanlarının azalması ehtimalı. 

- Enerji və tranzit layihələrinə dolayı təsir: Regionda sabitliyin artması Avropa ilə Asiya arasında alternativ nəqliyyat marşrutlarının inkişafına töhfə verə bilər. 

Yuxarıda qeyd olunalarla yanaşı, şübhəszi ki, bu prosesdə, bir ciddi məqamı xüsusi vurğulamağa ehtiyac var. Belə ki, bütün seçki prosesində Ermənistanda olan, hakimiyyət uğrunda mübarizə aparan bütün siyasi qüvvələrin təbliğat və təşviqat proqesində əsas faktor, əsas istinad nöqtəsi “Azərbaycan, onunla olan münasibətlər, ölkə Prezidenti İ. Əliyev,” oldu. Müşahidələr də sübut etdi ki, Azərbaycan faktorunun seçkilərdə rolu çox əhəmiyyətli idi və seçki kompaniyası dövründə Azərbaycan məsələsi daxili siyasi mübarizənin alətinə çevrilmişdi, hakimiyyət və müxalifət arasında əsas ideoloji fərqlərdən, siyasi çəkişmə seqmentlərindən birini təşkil edirdi, seçicilərin təhlükəsizliklə bağlı narahatlıqlarına təsir göstərirdi və nəhayət Ermənistanın gələcək xarici siyasət kursu ilə bağlı müzakirələrin mərkəzində dayanırdı.  

 Əgər əvvəlki illərdə Ermənistan seçkilərində Qarabağ məsələsi və milli emosiyalar dominant mövzu idisə, son dövrdə Azərbaycan faktoru daha çox "sülh, təhlükəsizlik və gələcək münasibətlər modeli" kontekstində müzakirə olunur. Bu isə göstərir ki, Azərbaycan-Ermənistan münasibətləri artıq təkcə xarici siyasət məsələsi deyil, həm də Ermənistanın daxili siyasi gündəmini formalaşdıran əsas amillərdən birinə çevrilib. 

Başqa sözlə, seçki kampaniyasında Azərbaycan faktoru həm hakimiyyət, həm də müxalifət üçün mühüm siyasi resurs idi, lakin tərəflər ondan fərqli məqsədlərlə və fərqli siyasi mesajlar üçün istifadə edirdilər. Yeri gəlmişkən, Rusiya meylli qüvvələrin təbliğatının daha çox revanşist, düşmənçilik və qisasçılqı şüarları üzrəində qurulması  diqqətdən qaçmadı.

  Məhz bu məsələdə Azərbaycanın rolu həlledici amillərdən biri hesab olunduğu inkar olunmaz bir faktdır. Bu həm də yalnız bu günə qədər olan münasibətlərlə bağlı deyildi, bu həm də gələcəkdə qurula biləcək münasibətlərlə bağlı idi. Əslində, Ermənistandakı seçkilərin nəticəsi nə qədər vacib olsa da, regionda sülh və sabitliyin formalaşması böyük ölçüdə Bakı ilə İrəvan arasında münasibətlərin gələcək inkişafından asılıdır. Seçkilər Ermənistanda sülh gündəmini dəstəkləyən qüvvələrin mövqeyini gücləndirsə, Azərbaycanla danışıqların sürətlənməsi ehtimalı artır. Həm bu seçilərə,həm də Ermənistanin gələcək daxili və xarci siyasətinə Azərbaycanın təsiri bir neçə istiqamətdə özünü göstərir. 1.Sülh prosesinin əsas tərəfi kimi- Azərbaycan son illərdə yekun sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və qarşılıqlı ərazi bütövlüyünün tanınmasını əsas şərtlər kimi irəli sürür. Ermənistan daxilində bu məsələlər ətrafında gedən müzakirələrdə Bakının mövqeyi mühüm təsir faktorudur. 2. Regional iqtisadi layihələrin əsas aktoru və hətta açarı kimi Azərbaycan faktoru danılmazdır.Nəqliyyat dəhlizləri, ticarət marşrutları və regional inteqrasiya layihələri Azərbaycanın iştirakı olmadan mümkün deyil. Buna görə də Ermənistanda hakimiyyətə gələn hər hansı qüvvə Bakı ilə münasibətləri nəzərə almağa məcburdur. 3. Ermənistanın daxili siyasətinə dolayı təsir - Ermənistanda müxtəlif siyasi qüvvələr Azərbaycanla münasibətlərə fərqli yanaşırlar. Paşinyan tərəfdarları daha çox normallaşma xəttini müdafiə edir, müxalifətin bir hissəsi isə daha sərt mövqe nümayiş etdirir. Bu səbəbdən Azərbaycanla münasibətlər Ermənistanın daxili siyasi gündəminin əsas mövzularından birinə çevrilib (əslində seçkiləırin nəticələrinə təsit edən əsas amillərdən biri də məzh bu oldu). 4. Yeni regional düzənin formalaşdırılması- 2020-ci ildən sonra yaranmış geosiyasi reallıqlar Azərbaycanın bölgədə siyasi və iqtisadi çəkisini artırıb. Türkiyə ilə strateji tərəfdaşlıq, enerji layihələri və tranzit imkanları Bakının regional təsirini daha da gücləndirib.

 Bəs Azərbaycanın əsas maraqları və əsas gözləntiləri nədir?

Əlbəttə ki, rəsmi Bakı ənənəvi olaraq digər dövlətlərin daxili siyasi proseslərinə müdaxilə etməmək prinsipinə hörmətlə yanaşır. Buna görə də Azərbaycan üçün əsas məsələ seçkinin qalibi deyil, seçkidən sonra formalaşacaq hökumətin, sülh prosesinə münasibəti, regional əməkdaşlığa hazırlığı və öhdəliklərin yerinə yetirilməsi istiqamətində siyasi iradəsidir. 

1. Yekun sülh sazişinin imzalanması

Azərbaycanın prioritet məqsədi ən mühüm gözləntisi Ermənistanla münasibətlərin hüquqi əsasda normallaşdırılması və dövlətlərarası uzunmüddətli və hüquqi əsaslara söykənən sülh müqaviləsinin bağlanmasıdır.  Bu, gələcəkdə hərbi qarşıdurma risklərini azaltmaq və regionda sabitliyi təmin etmək baxımından vacib hesab olunur. Bu yolda Ermənisatnın əvvəlcədən verdiyi vədlərin yerinə yetirlməsi də önəmlidir. 

2. Ərazi bütövlüyünün qarşılıqlı tanınması

Bakı Ermənistan tərəfindən Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün birmənalı şəkildə tanınmasını strateji əhəmiyyətli məsələ hesab edir.

3. Erməistanda sabit və qərar qəbul edə bilən hakimiyyətin formalaşması

Bakı üçün Ermənistanda siyasi qeyri-sabitliyin dərinləşməsi və ya daxili böhranların yaranması arzuolunan ssenari deyil. Çünki sülh danışıqlarının nəticə verməsi üçün öhdəlikləri yerinə yetirə bilən legitim və sabit hökumətin mövcudluğu vacibdir.

4. Revanşist meyllərin zəifləməsi

Azərbaycan üçün Ermənistanda keçmiş münaqişə ritorikasını davam etdirən və qarşıdurma siyasətini müdafiə edən qüvvələrin güclənməməsi mühüm əhəmiyyət daşıyır. Bakı daha praqmatik və proqnozlaşdırılan siyasi tərəfdaşla işləməyə üstünlük verir. Bu mənada Bakı Ermənistan hələ də siyasi mühitində “at oynadan”, ölkənin daxili və xarici siyasi həyatına, dövlətlərarası müansibətlərə təsir etməyə çalışan, xüsusilə Azərbaycana qarşı cinayətlərdə birbaşa iştirak etmiş canilərin, terrorçuların, uşaq qatillərinin cəzalandırılması və ya onların Azərbaycan təhvil everilməsi ilə bağlı tələb haqqını özündə saxlaması başa düşüləndir. Bu istiqamətdə, həm də Qarabağ separatçılarının, bu cinayətkarların bütün tör-töküntülərinin rəsmi olaraq təmizlənməsi,ölkəmizə qarşı, həm daxildə, həm də xaricdə  xaricdə aparılan bütün növ fəaliyyət, aparılan çirkin təbliğatın qarşısnın alınamsı üçün ciddi tədbilər görülməli, bütün maliyyələşdirmə, dəstək göstərilməsi dayandırılmalıdır..

4. Regional kommunikasiyaların açılması və iqtisadi əməkdaşlığın inkişafı

Nəqliyyat və ticarət əlaqələrinin bərpası, Şərq-Qərb və Şimal-Cənub marşrutlarının inkişafı Azərbaycanın iqtisadi və geostrateji maraqlarına uyğundur.

5. Xarici güclər arasında balansın qorunması

Azərbaycan Cənubi Qafqazın böyük güclərin geosiyasi rəqabət meydanına çevrilməsində maraqlı deyil. Bakı region problemlərinin əsasən regional dövlətlərin iştirakı ilə həll olunmasını dəstəkləyir və balanslaşdırılmış xarici siyasət yürüdür.

6. Yeni regional əməkdaşlıq modelinin formalaşdırılması

Azərbaycan Türkiyə, Gürcüstan və digər tərəfdaşlarla qurduğu əməkdaşlıq formatlarının gələcəkdə Ermənistanın da iştirak edə biləcəyi iqtisadi platformalara çevrilməsini mümkün hesab edir.

   Yekin söz əvəzi:

  Ermənistanda keçirlən seçkilərin nəticələrinin və formalaşacaq hökumətin, yeni idarətmə sisteminin Azərbaycan üçün strateji baxımdan ən əlverişli ssenarisi, sabit və legitim Ermənistan hakimiyyətinin formalaşması, separatçı, nasist və revanşist fəaliyyələrə son qoyulması, sülh müqaviləsi ilə bağlı verilən vədlərə əməl edilməsi və bu sazişin imzalanmasına imkan verən siyasi mühitin yaranması, Cənubi Qafqazın ziddiyyət, konflikt bölgəsindən əməkdaşlıq zonasına çevrilməsi ola bilər.  



Əhməd Abbasbəyli,

siyasi şərhçi

Son xəbərlər

Cənubi Qafqaz əməkdaşlıq zonasına çevrilir

Şəhidin xatirəsinə həsr olunmuş “Göylər mələyi” adlıxatirə gecəsi keçirildi

Sankt-Peterburqda Azərbaycan-Rusiya biznes dialoqu keçirilib

“Cəfər Cabbarlı – Müasirimizdir” adlı layihənin icrasına başlanılıb

Ölkədə ilk dəfə “Təbiətin Dostları” Festivalı keçirildi

Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının rəsmi açılışı keçiriləcək

“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir

Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə

Uşaqlara mərhəmət, qayğı, şəfqət

Biz həmişə sizinləyik xeyriyyə aksiyasi keçirildi

Prezident İlham Əliyevin sülhə, regional sabitliyə və beynəlxalq əməkdaşlığa yönəlmiş siyasəti Qlobal Həmrəylik Şurası tərəfindən yüksək qiymətləndirilir

“Həqiqəti demək borcumdur: mənim tanıdığım Adil Əliyev”

Eko Aləm İctimai Birliyi Hacıqabul və Çala göllərində araşdırmalar həyata keçirib

Şneor Seqal və onun kimi düşünənlər anlamalıdırlar ki, Azərbaycan kiminsə şəxsi dini laboratoriyası deyil

Daşkənddə muğam və makom dərsi təşkil olunub

“Dayaq” Sosial Maarifləndirmə İB-inin Səbail rayonunda “Məişət zorakılığına yox!” layihəsi çərçivəsində növbəti tədbir keçirildi

Yaponiya ekoloji mədəniyyətinə dair seminarlar keçirilib

Kənd təsərrüfatının ölkə iqtisadiyyatındakı rolu

Xalq yazıçısı, tanınmış kinodramaturq Natiq Rəsulzadənin yaradıcılıq gecəsi Beynəlxalq formatda keçirildi

“Dayaq” Sosial Maarifləndirmə İB-inin Səbail rayonunda “Məişət zorakılığına yox!” layihəsi çərçivəsində tədbir keçirildi

Azərbaycanın dövlətçilik ənənələri davam edir

Tariximizin yeni inkişaf mərhələsi

Azərbaycanın şəhərsalma modeli: qədim irslə müasir inkişafın vəhdəti

“Ekoloqlarla memarlıq cəmiyyəti arasında körpü qurulmalıdır”

Kitablar səltənətinin inciləri: Çingiz Abdullayevin“Yalnız özümüzünkülər” romanı

“Ana dilini unutmuruq” layihəsi çərçivəsində dünya azərbaycanlılarının onlayn görüşü keçirilib

Bakıda inklüziv şəhər və əlçatan cəmiyyət mövzusunda tədbir keçirilib

İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb

Xəzər Universitəsinin əməkdaşı 29-cu Avrasiya İqtisadi Zirvə toplantısında -FOTO

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Sibir Federal Universitetində tələblərlə görüşüb

Bütün xəbərlər