BAKU Azərbaycan
27.1 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Mirzə Ələkbər Sabir Fondu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Sabir gözü ilə: media və reklamlarda Azərbaycan dilinin pozulmasına tənqidi baxış (monitorinq)” layihəsinin icrasına başlayıb.

Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirli saytımıza bildirib ki, layihənin məqsədi Azərbaycanda media subyektlərinin və reklamların dilindəki qüsurları aşkar etmək, təhlil etmək və onların dil standartlarına uyğunluğunu qiymətləndirməkdir: “Cəmiyyətin bir hissəsi mediada və reklamlarda dil pozuntularına həssas deyil. Bu da media qurumlarının və reklam agentliklərinin məsuliyyətsizliyinə səbəb olur. Həmçinin keyfiyyətsiz dil istifadəsinin normallaşmasına gətirib çıxarır.

Mövcud qüsurların bir qisminin əsas səbəbi əcnəbi dillərə meyillilik və xarici brendlərin reklam mətnlərinin hərfi tərcümədə təqdim olunmasıdır. M.Ə.Sabir isə həmişə sadə və anlaşıqlı dildən istifadə etməyə çağırırdı. Bu baxımdan  media və reklam sahəsində çalışanlar klassiklərimizdən yararlanmalıdırlar. Hər iki sahədə problemlərin həllində vətəndaş cəmiyyətinin də fəallığının artırılması üçün bu layihəni həyata keçirməyi məqəsədəuyğun hesab edirik. Çap və onlayn medianın və reklamların (Bakı şəhərində) monitorinqinə həsr olunan layihə dükan, ictimai-iaşə obyekt­ləri, idman, sağlamlıq, tədris mərkəzlərinin və s. adlarında, onlara aid lövhələrdə (reklam, məlumat, menyü və s.) fonetik, leksik, qrammatik norma pozuntuları, üslub və ifadə səhvlərini əhatə edəcək”.

3 ay müddətində həyata keçiriləcək layihə çərçivəsində media subyektində və reklamlarda dil pozuntularının monitorinqi olacaq, jurnalistlər üçün dəyirmi masalar keçiriləcək. Bu tədbirlərdə jurnalistlərə tövsiyələr veriləcək, praktiki iş rejimində yazılarda ədəbi dil normalarına əməl olunması qaydaları haqqında danışılacaq. Bununla yanaşı, KİV-də məqalə, video və radio müsahibələrlə də təbliğati və maarifləndirici çıxışlar ediləcək.

Son xəbərlər

Kitabxanada görkəmli memar Əcəmi Naxçıvaniyə həsr olunmuş videoçarxlar hazırlandı

Xızıda ənənəvi “Cəfər Cabbarlı günü” qeyd edilib

Həkimlərin Peşə Bayramı münasibətilə Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutuna mükafat vasitəsi təqdim olunub

Azərbaycan-Türkmənistan münasibətləri dostluğa və strateji tərəfdaşlığa söykənir

QHT-lərin maliyyələşdirilməsində “bir pəncərə” mexanizmi nə vəd edir?

Yasamal bələdiyyəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir keçirildi

Yaponlar Azərbaycana təşəkkür ediblər

2 nömrəli Bakı Baza Tibb kollecində məişət zorakılığının qarşısının alınması haqqında tədbir keçirilib

"Xocalı harayı" kitabının təqdimatı olub

Kitablar səltənətinin inciləri: Mirvarid Dilbazi “Anam yadıma düşdü”

Hicama terapiyası gələcəyin sağlam həyatıdır

Şuşa Bəyannaməsinin strateji mesajı

Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi

İstanbulda Türk DEGS Mərkəzində Heydər Əliyevin Tarixi Rolu Anılıb

Qurtuluşdan inkişafa: müstəqil Azərbaycanın strateji yolu

Elxan Qəmbərov: “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının simvoludur”

Binəqədidə “Milli qurtuluşdan başlanan tərəqqi və zəfər yolu” adlı tədbir keçirilib

Kitablar səltənətinin inciləri: Əhməd Cavad “Çırpınırdın Qara dəniz”

Yasamal rayonunda “Məişət zorakılığına yox!” layihəsi çərçivəsində tədbir keçirilib

YAXŞI ADAM...

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirildi

Cənubi Qafqaz əməkdaşlıq zonasına çevrilir

Şəhidin xatirəsinə həsr olunmuş “Göylər mələyi” adlıxatirə gecəsi keçirildi

Sankt-Peterburqda Azərbaycan-Rusiya biznes dialoqu keçirilib

“Cəfər Cabbarlı – Müasirimizdir” adlı layihənin icrasına başlanılıb

Ölkədə ilk dəfə “Təbiətin Dostları” Festivalı keçirildi

Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının rəsmi açılışı keçiriləcək

QHT “Regionlarda qadınlarla iş” layihəsinin icrasına başlayıb

“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrasına başlanıldı

Bütün xəbərlər