BAKU Azərbaycan
26.69 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin  təşəbbüsü ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor, Azərbaycanda tanınan şairə Mahirə Nağıqızının özbək dilində Daşkənddə çap olunan “Yana oy kechadi, yillar o‘tadi…” (Yenə ay keçər, illər ötər...) adlı şeirlər kitabının təqdimatı keçirilib.

Mərkəzdəki Heydər Əliyev Muzeyində baş tutan təqdimat mərasimində Özbəkistanın mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar, ali məktəblərin müəllimləri, tələbələr iştirak edib.

Təqdimat mərasimini giriş sözü ilə açan Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli Mahirə Nağıqızının ədəbi yaradıcılığı haqqında söz açaraq onu ürəyi vətən sevgisi ilə döyünən bir şairə və eyni zamanda yeni nəslin, tələbələrin sevimlisi olan pedaqoq, vətənini dərin məhəbbətlə sevən bir ziyalı kimi səciyyələndirib. Akif Marifli Mahirə Nağıqızının həm alim, həm də şair kimi çox sayda kitablarının, monoqrafiya və elmi-publisist məqalələrinin olduğunu, onun təkcə Azərbaycanda deyil bütün Türk dünyasında da yaxşı tanındığını qeyd edib. Təqdimatı keçirilən nəşrin Mahirə Nağıqızının özbək dilində işıq üzü görən birinci kitabı olduğunu bildirən Akif Marifli, Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən müəllifin bir elmi monoqrafiyasının da özbək dilinə tərcümə edilərək tezliklə çap olunacağını bildirib.

Daha sonra çıxış edən Özbəkistan Yazıçılar İttifaqı sədrinin müavini Qayrat Məcid bu münasibətlə Mahirə Nağıqızını təbrik edərək kitabdakı şeirlərin məziyyətləri haqqında söhbət açıb. O deyib ki, Mahirə Nağıqızının şeirlərində anaya və vətənə məhəbbət qırmızı xətt kimi keçir. Əminəm ki, bu toplu özbək oxucularının sevimli kitablarından biri olacaq.

Çıxış edən Nizami adına Özbəkistan Milli Pedaqogika Universitetinin prorektoru dosent Dilnoza Xolmuradova sözügedən nəşrdə yer alan şeirlərin gənc nəslin vətənpərvər ruhda yetişməsi baxımından çox dəyərli poetik nümunələr olduğunu, burada yer alan şeirlərin insan qəlbini riqqətə gətirdiyini vurğulayıb.

Daha sonra çıxış edən Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Bədirxan Əhmədov Mahirə Nağıqızının ədəbi yaradıcılığından söz açaraq artıq onun təkcə Azərbaycanda deyil qardaş türk dövlətlərində də əsərlərinin tanıdılması, yayılmasını ədəbiyyatımız üçün böyük uğur kimi qeyd edib.

Təqdimat mərasimində çıxış edənlər – Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetindəki Məhəmməd Füzuli adına Tədqiqatlar Mərkəzinin rəhbəri, dosent Gülbahar Aşurova, azərbaycanlı alimlərdən professor Sevinc Əliyeva, dosent Sevinc Ruintən, Cizzax Dövlət Pedaqoji Universitetinin professoru Azamat Anvarov, Daşkənddə yaşayan əslən Qərbi Azərbaycandan olan İsmayıl Məmmədov, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə və başqaları sözügedən nəşrin vətənpərvərliyin aşılanması, Azərbaycan mədəniyyətinin təbliği, ədəbiyyatımızın, ələlxüsus da müasir poeziyamızın tanıdılması baxımından çox mühüm bir hadisə kimi dəyərləndiriblər.

Tədbirin bədii hissəsində tələbələr tərəfindən Mahirə Nağıqızının şeirləri səsləndirilib, onun şeirinin sözlərinə bəstələnmiş mahnının videoklipi nümayiş etdirilib.

Tədbirin sonunda çıxış edə müəllif Azərbaycan Mədəniyyət Mərkəzinə və tədbir iştirakçılarına öz təşəkkürünü və ürək sözlərini bildirib. Tədbirdən sonra Mahirə Nağıqızı tərəfindən oxucular üçün imza mərasimi təşkil edilib.

Son xəbərlər

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Binəqədidə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində növbəti tərbir keçirilib

Qubada “Azərbaycanda trüfel istehsalının təşviqi” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib

Bütün xəbərlər