BAKU Azərbaycan
17.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda keçirilən X Qlobal Bakı Forumu regional və qlobal problemlərin müzakirəsi və həlli baxımından mühüm əhəmiyyət kəsb edir. Forumda bir çox dövlət başçıları, keçmiş prezidentlər, Nobel mükafatçıları və digər tanınmış şəxslər iştirak edirlər. Şübhəsiz ki, X Qlobal Bakı Forumu kimi mötəbər bir tədbirə evi sahibliyi etmək Azərbaycanın beynəlxalq nüfuzuna müsbət təsir göstərəcək.
Bu barədə "Xeber 7"-ə politoloq Ramiz Alıyev bildirib.
Onun sözlərinə görə, cənab Prezident İlham Əliyev Forumda çıxış edərək çox vacib məqamlara toxundu. Dövlət başçısı əsasən Azərbaycanın Avropanın və dünyanın enerji təhlükəsizliyindəki rolundan bəhs edir: “Azərbaycanın 2018-ci ildən TANAP, 2021-ci ildən isə TAP vasitəsilə Avropaya qaz ixracına toxunan cənab Prezident qeyd etdi ki, ölkəmiz 2021-ci ildə 19 milyard kubmetr qaz ixrac etmişdisə, 2023-cü ildə bu rəqəmin 24,5 milyard kubmetr olacaq. Ümumi qaz ixracımızı 31-32 milyard kubmetrə çatdıracağıq, Avropa İttifaqına isə 20 milyard kubmetrdən daha çox qaz ixracı TAP vasitəsilə həyata keçiriləcək. Bu rəqəmlərin arxasında böyük zəhmət, strategiya dayanır. Azərbaycanın qaz resurslarından gəliri ümumi enerji ixracında ilk dəfə olaraq 2022-ci ildə 42-43 faizlik paya malik olub. Bu kiçik rəqəm deyil”.
Politoloq qeyd etdi ki, Azərbaycan enerji strategiyasında bərpaolunan mənbələr əsasında elektrik enerjisinin ixracına da xüsusi əhəmiyyət verir: “Bununla bağlı Azərbaycanın 200 qiqavata qədər potensialı var. Bunun 157 qiqavatı dəniz üzərində külək enerjisi, 27 qiqavatı isə quruda günəş, külək enerjisidir. Qalanı isə hidrogen və digər bərpaolunan enerji mənbələridir. Yaxın 5 ildə Azərbaycan özünün yaşıl enerji mənbələri hesabına elektrik enerjisi istehsalını 6 qiqavata qədər qaldırmağı və bunun da 80 faizə qədərinin ixracını hədəfləyir. Biz bu istiqamətdə olan planlarımızı həyata keçirmək üçün xarici şirkətlərlə, beynəlxalq qurumlarla yaxından əməkdaşlıq edirik”.
R.Alıyev onu da əlavə etdi ki, Bakı Forumu Azərbaycanın dünyanı narahat edən problemlərə nə qədər həssas və ciddi yanaşdığını bir daha göstərir: “Qlobal Bakı Forumu öz əhəmiyyətinə və sambalına görə yalnız Davos Dünya İqtisadi Forumu kimi müqayisə oluna bilər. Bir sıra hallarda Bakı forumu bir sıra digər beynəlxalq forumları geridə qoyur. Qlobal Bakı Forumunda dünyanı narahat edən məsələlər ətrafında müzakirələr aparılır, çıxış yolları aranır. Tam müstəqil bir platforma olan Bakı Forumunda aktual məsələlər - münaqişələr,post pandemiya dövründə inkişaf məsələləri və digər mühümproblemlər müzakirə olunacaq. Hesab edirəm ki, Qlobal Bakı Forumu dünyanın bu günü və gələcəyi üçün çox mühüm əhəmiyyət kəsb edən toplantıdır".

Son xəbərlər

"Türk Dövlətləri Təşkilatı daxilində çoxtərəfli sıx əməkdaşlıq və koordinasiya mexanizmləri yaradılıb"

Binəqədidə “Novruz-dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır” adlı konsert keçirilib

Cəbi Quliyev növbəti dəfə seçiciləri ilə görüşüb

Ucar rayonunda qızların təhsil və peşə inkişafına dair Forum keçirildi

Diplomatımız Küveytin dövlət radiosunda jurnalistlərin suallarını cavablandırıb

İnternat məktəbində bayramla əlaqədar xeyriyyə tədbiri keçirilib

Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığı

Tahir Mirkişili: Bütün sahələrdə artım olub

“Bu təşkilatların maliyyə rəhbərləri dövlətə hesabat verməlidir”

Almaniya Azərbaycanı Qafqazda etibarlı tərəfdaş kimi qəbul edir

“Avropa Parlamenti erməni lobbisinin sifarişlərini yerinə yetirir”-Ramiz Alıyev

Böhtana qarşı ondan da güclü olan silahın adı həqiqətdir

Novruz bəşəriyyətin mənəvi dəyəri hesab edilir

Hüquq siyasəti və dövlət quruculuğu və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında

İbtidai siniflər üçün stimullaşdırıcı sosial çarx çəkilib

Prezidentin Almaniya səfəri ikili münasibətlərə təkan verəcək

Agentliyin nümayəndə heyyəti Cenevrədə görüşlər keçirəcəklər

Rəcəb Tayyib Ərdoğan YAP Mərkəzi Aparatın rəhbərinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

"İran hərbi təyyarələrinin Azərbaycan dövlət sərhədi üzərində təhlükəli uçuşlar etməsi beynəlxalq hüquq normalarına ziddir"

Nüfuzlu beynəlxalq platforma: Qlobal Bakı Forumu

Azərbaycanlı alimlər Özbəkistanlı gənclərə mühazirələr oxuyur - FOTOLAR

Binəqədidə “Musiqidə əbədiləşən ömür” adlı tədbir keçirilib

Bakı Forumunda beynəlxalq münasibətlərin aparıcı aktorlarına ciddi mesajlar verildi

“İT-Akademiya”da məzun günü

"Azərbaycan Rüzgarı" proqramı Türkiyədə yenidən efirdə

Politoloq: “Qlobal Bakı Forumu Azərbaycanın beynəlxalq nüfuzunu daha da artıracaq”

HEYDƏR ƏLİYEV: Dahiliyin və siyasi uzaqgörənliyin gətirdiyi uğurlar-TƏHLİL

Avstraliya hökuməti İrandakı vəziyyətlə əlaqədar Azərbaycan icmasının müraciətinə cavab verib

Orenburqdakı Azərbaycan diaspor təşkilatı dövlət qeydiyyatına alınıb

Xarici siyasət kursunun uğurlu Parlament diplomatiyası

Bütün xəbərlər