BAKU Azərbaycan
30.67 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycanın Küveytdəki səfirliyinin yerli kütləvi informasiya vasitələri ilə fəaliyyəti çərçivəsində və ölkəmizin turizm imkanlarının Küveytdə təbliği, dövlətimiz haqqında daha ətraflı və dolğun məlumatların bu ölkənin ictimaiyyətinə çatdırılması məqsədilə “Kuwait Radio” dövlət radiostansiyasının rəhbərliyinin dəvətinə əsasən, səfir Emil Kərimov canlı yayımlanan “İkinci xətt” ictimai proqramının qonağı olub.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, bu ictimai proqrama dəvətə görə təşəkkürünü bildirən E.Kərimov Azərbaycan ilə Küveyt arasında münasibətlərin dərin tarixi, dini və mədəni köklər üzərində qurulduğunu diqqətə çatdırıb, müasir dövrdə Küveyt Dövləti ilə dostluq və qardaşlıq münasibətlərinin əsasının xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Küveyt Əmiri Şeyx Cabir əl-Əhməd əl-Sabah ilə 1994-cü il dekabrın 13-də Mərakeş Krallığında keçirdiyi görüş zamanı qoyulduğunu vurğulayıb.

Səfir E.Kərimov 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında məlumat verərək, cari ildə Azərbaycanda və ölkə hüdudlarından kənarda, o cümlədən Küveytdə müxtəlif tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Diplomatımız 2023-cü ildə Şuşa şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan edildiyini bildirib, həmçinin dinləyicilərə Azərbaycanın və Qafqazın bu qədim mədəniyyət paytaxtının tarixi, coğrafi mövqeyi və mədəniyyəti, dövlətimiz tərəfindən Şuşa şəhərində aparılan bərpa və yenidənqurma işləri, orada keçirilən mədəni tədbirlər barədə ətraflı məlumat verib.

Azərbaycan və Küveyt arasında turizm sahəsində əlaqələrin inkişafının geniş potensialı olduğunu vurğulayan səfir bildirib ki, 2022-ci ildə Küveytdən Azərbaycana turist axını sürətlənib, küveytli turistlərin sayı 22 min nəfərə çatıb. O əlavə edib ki, ölkələrimiz arasında birbaşa müntəzəm aviareyslərin həyata keçirilməsi çox əhəmiyyətlidir. Hazırda Küveytin Cəzirə Hava Yolları və Küveyt Hava Yolları aviaşirkətləri birbaşa uçuşlar həyata keçirir, apreldə isə Azərbaycan Hava Yollarının da iki ölkə arasında birbaşa uçuşları bərpa edəcəyi gözlənilir.

Bununla yanaşı, E.Kərimov canlı efirdə ölkəmizin tarixi, coğrafi mövqeyi, turizm potensialı, gəzməli-görməli yerləri, xalçaçılıq sənəti, musiqisi və zəngin mətbəx mədəniyyətindən danışıb, Küveyt vətəndaşlarına, bu ölkədə yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi proseduru barədə məlumat verib. O, proqramın aparıcılarının digər suallarını da cavablandırıb.

Son xəbərlər

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Bütün xəbərlər