BAKU Azərbaycan
19.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

"Son aylar Ermənistan Respubliaksının atdığı müəmmalı, təhlükəli, həm də səmərəsiz addımları atalar sözlərimizlə ifadə etmək olardı, amma buna tərbiyəm və etik normalar imkan vermir".Bu sözləri KİV-ə açıqlamasında siyasi ekspert Əhməd Abbasbəyli söyləyib.

Siyasi ekspert deyib ki, iilkin baxışda mürəkkəb, çoxgedişli,  riskli və təhlüküəli  kimi görünən bu fəaliyyət,  əslində ilk növbədə Ermənistan dövləti və erməni xalıq üçün təhlükəli və risklidir: "Bu çabalar, vurnuxmalar çarəsizyinin, zəifliyin və gücsüzlüyün alımətidirr. Ermənistan hakimiyyəti nə ilə məşğuldur? Bu hərəkətlər nə kimi dəyişikliyiə səbəb ola bilər? Diqqəti çəkən əsas məqamlar hansılardır? Bbu günə hansı oaln reaksiyalar və nəticələr necədir?

  Görünən odur ki, bu fəaliyyətdə ana xətt yenə də Ermənistan öz ənənəsinə və xislətinə uyğun olaraq yalan,  təxribat və dezinformasiyadır. Yəni erməni  və onların təsiri altında olan mənbələr tərəfindən bilərəkdən otraya atılmış, guya ki, Azərbaycanın Ermənistan hücum edəcəyi barədə, Zəngəzuru zəbt edəcəyi və  İranın Azərbaycanla sərhədə guya hərbi qüvvələr yığması haqda yayılan yalan və təxribat xarakterli məlumatların məqsəd ilk növbədə Azərbaycan aqressor və işğalçı dövlət kimi qələm vermək, beynəlxalq alımdı “militarist dövlət” imici formalaşdıraraq, özünə yeni tərəfdaşlar, himaydarlar tapmaq, və eyni zamanda İranla Azərbaycan arasında münasibətləri gərginləşdirmək olub".

    Əhməd Abbasbəyli bildirb ki, ənənəsinə sadiq qalan Ermənistan  yalan və ifiralarla, altı boş bahənələrlə haqlı Azərbaycanı haqsız duruma salmaq,  regiona əlavə yeni qüvvələr cəlb edərək, regionda gərginliyi artırmaq, sülh müqaviləsinin bağlanmasını ləngitmək, vaxt qazanaraq,  revanşist niyyətlərinin həyata keçirmək üçün müttəfiqlər qazanmaq, silahlanmanı artırmaq, sonda isə regionu daha təhlükəli bir vəziyyət salmaqdır: "Əslində, bu gün Ermənistanın sərgilədiyi hərəkərlər, N. Paşinyanın seçkiərəfəsində çıxışlarında, irəli sürdüyü platformasında irəli sürdüyü tezislər,  verdiyi sözlərdi. Paşimnyan regionu açıq şəkildə Qərbin kəşfiyyat mərkəzinə çevrməklə, guya ki, Rusiya qoşunlarının Ermənistandan çıxarılmasına çalışırmış kimi görüntü yaratmaqla, NATO və Aİ-ni bölgəyə gətirmək istəməsi, Rusiya rəsmiləri ilə münasibətlərdə gərginlik yaratmaqla bir tərəfdən Qərbdəki kuratorlarının tapşırığını yerinə yetirmiş olur, digər tərfdən də Rusiyanı şantaj edir, onu Azərbaycanla bağlı daha sərt davranmağa, Ermənistanın açıq müdafiə etməyə sövq edir, onun prosesə 90-ca illərdəki kimi birbaşa müdaxiləsinə nail olmağa cəhd edir.

   Digər tərəfdən isə,  Ermənistan hakimiyyəti düşünür ki,  bu cür “hiyləgər” addımlarla, İranı da şantaj edə bilcək və Azərbaycanla münasibətlərinin daha da pisləşməsinə nail olacaq. Nəhayətdə isə Rusiya və İranın vasitəsi ilə Azərbaycanı haqlı tələblərindən geri çəkilməyə məcbur etdirməkdir.

   Bəs Paşinyan və onun komandası bu “ağıllı” gedişləri nəyə nail olur və nə ilə nəticələnir? Əlbəttə Ermənistan özünün bu  addımlarını “ağıllı”, “hiyləgər” hesab edə bilər, amma nə Qərb, NATO,  nə də Rusiya və İran sadəlövh deyillər ki, bu cür primitiv və təhlükəli oyunlara inansınlar.  Əlbəttə BMT-nin təhlükəzilik Şurasındakı uğursuzluqdan, “humanitar fəlakət” oyunbazlıqlarından sonra,  Qərbin Azərbaycanla bağlı, ona qarşı hər hansı  bir sərt qərar qəbul etməsinə,  ciddi tədbirlər görəməsinə nail ola bilməyəcəyini başa düşən və meydanda “böyük bacısı” Fransa ilə yalnız qalan Ermənistan bu təxribatları və avatrüist addımları ilə hansı “uğurlara” nail oldu? Təbii ki, Aİ və NATO ilə, xüsusuilə ABŞ-la bu cür yaxınlaşma, hərbi sahədə əməkdaşlığın genişləndirilməsi və Qərb kəşfiyyatının Ermənistanda əl-qol açması nə Rusiyanın, nə də İranın xoşina gələ bilməzsdi. Ermənistanın Rusiya ilə fərqli, “başından yekə” davranışları nəhayət ki, ikinci tərəfin səbr kasasının daşırdı,  qəzəbinə səbəb olmağa başladı. Rusiya imperiyasının forpostu olan Ermənistanın ərköyünlüklərinə, şıltaqlıqlarına  daim dözən, Moskva ən yüksək səviyyədə İrəvana sərt xəbərdarlıq etməyə məcbur oldu, hətta ilk dəfə Ermənistan səfirinin Rusiya Xarici İşlər Nazirliyinə çağırılaraq nota verilməsi kimi bu iki dövlət arasında münasibətlərdə yeni  bir hadisə baş verdi.  Rusiya -Ermənistan münasibətlərinin bu səviyyədə olmasını heç xatırlamıram. 

    Həmçinin  NATO/ABŞ-ın Ermənistandan İrana qarşı plasdarm kimi istifadə etməsinə İran da laqeyd və susqun qala bilməzdi. İran rəsmi dairələri də Ermənistanın bu tavrlarına qarşı çıxış edərək, bəlkə də 30 ildə ilk dəfə olaraq Erməistanın mövqeyini qınadı və Cənubi Qafqazda “3+3” formatından kənar əməkdaşlıqlara etdiyini və bunun regionda vəziyyəti daha da çətinləşdirəciyin bildirdi.

    Görünən odur ki, Ermənistanın “hoqqabazlığı” əks-effekt verməyə başlayır, qurduğu oyunlar öz başında çatlamağa başlayır. Bəlkə də bu cür davranışlar Ermənistanın əsl simasını, məkrini üzə çıxarmasına şərait yaradacaq,  ədaqlətsiz, işğalçı, xəyanətkar mövqeyinə rəğmən 30 ildən artıq daim onu himayə edən, müdafiə edən, hətta qoruyan Rusiya və İranın da gözünün açılmasına, proseslərə daha əadlətli yanaşmalarına səbəb olacaqdır".

 

Son xəbərlər

Qarabağdakı təhlükə mənbəyinin sonu

Taleyi ilə tarixi dəyişdirənlər

Qərbi Azərbaycan haqqında kitabın və sosialoji-tədqiqatın nəticələri ilə bağlı hesabatın təqdimatı keçirilib

“Peşə təhsilindən okean sularına qədər” məsafə başa çatdı

Müasir Azərbaycanın tarixinə yazılan növbəti Şanlı Zəfər

“Su anbarları və Xəzərlə əlaqəsi olan çay və kollektorlara balıq buraxılması vacibdir”

Saatlı rayonunda “Axısxa türkləri - Azərbaycanın sosial və mədəni həyatında rolu” adlı tədbir keçirildi

Qarabağda uğurlu antiterror tədbirləri

“Qarabağ iqtisadi rayonu ərazisində olan su hövzələrimizin mütəmadi olaraq monotorinqi aparılmalıdır”

Bioresursların qorunmasında hansı səmərəli üsullardan istifadə edilməlidir?

Novorossiyskdə 31-ci milli mədəniyyətlər festivalında Azərbaycan mətbəxi diqqət çəkib

Sağlam Qidalanma və Qida Təhlükəsizliyi 2-ci Respublika Forumu keçirildi - FOTO

İnsan alverinə həsr olunan “Saxta elanlara aldanma” adlı film təqdim olundu

DƏYİŞMƏZ VƏ ƏBƏDİ DƏYƏRLƏR

Səmərəli əməkdaşlığın siyasi göstəriciləri

“Axısxa Türkləri - Azərbaycanın sosial və mədəni həyatında rolu” adlı tədbir keçirildi

Mərkəzi Asiya ölkələri ilə perspektivli körpü

Xankəndini tərk edən erməni kamera qarşısında çətin anlar yaşadı, dili topuq vurdu - VİDEO

Şamaxıda “Erkən nikah - sağlam gələcək!” adlı layihə icra olundu

Su hövzələrinin təmiz saxlanması və qorunması aktuallaşır

Milli Mədəniyyətin Təbliği İctimai Birliyi növbəti layihəsinin yekun toplantısını keçirib

Seyfəddin Dağlının “Gəcil qapısı” romanının təqdimatı keçirilib

Xarizmatik lider və telefonçu baş nazir

Qərbi Azərbaycanda erməni oğurluğu

Qaxdakı tarix-diyarşünaslıq muzeylərinin fəaliyyəti araşdırılıb

“Güney Azərbaycana işıq tutan tədqiqatlar”

Ermənistanın hoqqabazlığı əks-təsir verməyə, qurduğu oyunlar öz başında çatlamağa başlayır – Ekspert

Dilini itirən xalq məhvə məhkumdur

Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə Milli Məclisə Rəqabət Məcəlləsinin layihəsi daxil olmuşdur

“Partiya funksionerinin politoloji terminlərdən xəbərsizliyi trajikomik haldır”-Nurlan Qələndərli

Bütün xəbərlər