BAKU Azərbaycan
27.8 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Sentyabrın 25-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. Komitə sədri Tahir Mirkişili gündəliyə “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsinin birinci oxunuşda daxil edildiyini söyləyib.

Tahir Mirkişili, əvvəlcə, yaxın günlərdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Azərbaycan ordusunun həyata keçirdiyi uğurlu anti-terror tədbirləri ilə bağlı təbriklərini çatdırıb. O, bu uğurun ölkə iqtisadiyyatının da gələcək inkişafına daha geniş imkanlar yaradacağını söyləyib.

Sonra komitə sədri “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi barədə fikirlərini açıqlayıb. O, bazar iqtisadiyyatı şəraitində qiymətləndirmə fəaliyyətinin təşkilinin, qiymətin funksiyasının, qiymətləndirilmənin verdiyi dəyərin əhəmiyyətindən, dövlət mükliyyətinin özəlləşdirilməsi, bazar iqtisadiyyatının formalaşdırılmasının vacibliyindən bəhs edib. Bildirilib ki, ölkəmizdə ilk dəfə 1998-ci ildə “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun qəbul edilib. Bu sənədin o dövr üçün bu sahədə münasibətlərin tənzimlənməsi baxımından mütərəqqi qanun olduğu qeyd edilib.

Tahir Mirkişili ötən müddət ərzində bu sahədə bəzi boşluqların yarandığını və yeni bir qanuna ehtiyac duyulduğunu deyərək, Azərbaycanda ictimai sektorun bu istiqamətdə fəallığının artırılması, habelə Qiymətləndiricilər Palatasının formalaşdırılması ilə bağlı, digər bir sıra yeniliklərin layihədə öz əksini tapdığını bildirib. O, daşınar və daşınmaz əmlakın alqı-satqısı, girov qoyulması, sığorta, vergi, vərəsəlik məsələlərində qiymətləndirmədən geniş istifadə oldunduğunu, düzgün qiymətləndirmənin aparılmasının və bu istiqamətdə haqlı rəqabətin inkişaf etməsinin qarşıda duran əsas məsələlərdən olduğunu qeyd edib.

Komitə sədri bildirib ki, ölkə Prezidenti tərəfindən parlamentə təqdim olunan qanun layihəsinin qəbulu bu sahədə yeni mərhələdə qiymətləndiricilərin fəaliyyətinin tənzimlənməsi, onların məsuliyyətinin müəyyən edilməsi, digər məsələlərin həllinə imkan yaradacaq.

Sonra iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev çıxış edərək, sənədin hazırlanması prosesi barədə məlumat verib. O, qiymətləndirmə sahəsində mövcud problemlərdən, o cümlədən qiymətləndiricinin anlayışının konkret müəyyən edilməməsi, qiymətləndiricilərin peşəkar birliyinin yaradılmaması, mövcud ictimai birliyin statusunun qanunvericiliklə müəyyən edilməməsi, üzvlərinin icbari tədrisə cəlb edilməməsi, onların  vaxtaşırı maarifləndirilməməsi, banklar və digər aidiyyəti qurumlar tərəfindən qiymətləndirmə fəaliyyətinə kənar təsirlərin, o cümlədən haqsız rəqabətin mövcudluğu,  qiymətləndiricilərin davranış qayda və prinsiplərinin müəyyən edilməməsi və digər məsələlərdən bəhs edib.

Elnur Əliyev bildirib ki, 6 fəsil 27 maddədən ibarət qanun layihəsində yuxarıda qeyd olunan məsələlər, habelə sənədlə bağlı aparılan müzakirələrdə Qiymətləndiricilər Cəmiyyəti tərəfindən irəli sürülən təkliflər nəzərə alınıb. Layihənin qəbulu qiymətləndirmə fəaliyyəti sahəsində mövcud olan boşluqların və problemlərin aradan qaldırılması, fiziki və hüquqi şəxlərin qiymətləndirmə fəaliyyəti ilə məşğul olması ilə bağlı tələblərin müəyyən edilməsi, ümumilikdə qiymətləndirmə fəaliyyəti ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə xidmət edəcək.

İclasda iştirak edən Ədliyyə Nazirliyinin Baş İdarə rəisi Adil Əliyev sənədə əks olunan  Qiymətləndiricilər Palatasının təsis edilməsi, fəaliyyətinin təşkili və onun orqanları ilə bağlı məsələ barədə danışıb. O, habelə qiymətləndirmə fəaliyyətinin həyata keçirilməsi üçün layihədə təsbit olunan tələblər, ixtisas imtahanının təşkili və keçirilməsi qaydaları, qiymətləndirməyə görə xidmət haqqı və bir sıra digər məsələlərə də toxunub.

Tədbirdə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. O, sənəddə əks olunan məsələlərin haqsız rəqabətin aradan qaldırılması baxımından əhəmiyyətindən danışıb, sertifikatlaşdırma prosesi, qiymətləndirmə sahəsində müvafiq standartlarla bağlı və digər qeydlərini diqqətə çatdırıb.

Müzakirələr zamanı komitənin sədr müavini Əli Məsimli, üzvləri Vüqar Bayramov, Vahid Əhmədov, Mahir Abbaszadə, Aydın Hüseynov, Məzahir Əfəndiyev, Rüfət Quliyev layihə barədə öz fikirlərini, qeyd və təkliflərini bildiriblər.

Deputatların qaldırdıqları bəzi məsələlərə aydınlıq gətirildikdən sonra, qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İclasda komitə üzvləri Elnur Allahverdiyev, İmamverdi İsmayılov, Anar Məmmədov, İqbal Məmmədov, Məşhur Məmmədov, Ziyad Səmədzadə və digər rəsmi şəxslər iştirak ediblər.


İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında

 

Son xəbərlər

Azərbaycanın Dövlət Mədəniyyət Siyasəti Türk dünyasında mədəni diplomatiyanı sistemləşdirən imperativ mexanizmlərin prioritetləşdirməsinə gətirib çıxarıb

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

Bütün xəbərlər