BAKU Azərbaycan
14.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Prezident İlham Əliyev: “Ağdam rayonunun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir”
 1993-cü ildə ağdamlılar da Qarabağ hadisələrinin günahsız qurbanları olmuşdular. Vətəndə vətənsiz yaşamışllar. Amma Qarabağın qeyrət qalası olan Ağdam işğal olunmaya bilərdi. 1987-88-ci illərdən bəri başlayan hadisələr, erməni xofu ağdamlıları qorxutmamışdır. Millət əliyalın Əskərana, Xankəndinə tərəf axın edimişdir. Əli silahlı erməniləri, onların havadarları vahiməyə salmışdır. Yerli özünümüdafiə könüllü batalyonlar yaradılmışdır. İgid oğlanlar xain qonşulara qan uddurdu. Ermənilər Xankəndindən qaçmağa başlamışdılar. Lakin məsuliyyətsiz, vəzifəpərəst ölkə rəhbərliyi bilə-bilə xalqın əhval-ruhiyyəsini qırmışdır. Yavaş-yavaş Ağdamın dayaq nöqtələri zəiflədildi. Yerli batalyonlar sıxışdırıldı. Tarixin çətin sınaq meydanında qalmış Azərbaycan iki cəbhədə döyüşürdü. Bakıda hakimiyyət, Qarabağda torpaq uğrunda döyüş gedirdi. Nətciədə Ağdam xəyanətin qurbanı oldu. Ağdam uğrunda 42 gün davam edən döyüş 1993-cü il 23 iyul tarixində Ağdam ərazisinin 73 faizinin işğalı ilə bitdi. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunmuş, işğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur olub. İşğal nəticəsində Ağdam rayonunun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçmişdir. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan yaralanmış, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışdır. Ağdamın işğalı ərəfəsində respublikada vahid rəhbərlik olmamışdır. Cəbhəyə kömək, qayğı edilməmişdir. Özbaşınalıq, anarxiya hökm sürürmüşdür. Lakin 1993-cü ilin iyununda ikinci dəfə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev cəbhədə dönüş yaratdı. Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında bu müstəsna xidmətləri xalqımız tərəfindən yüksək dəyərləndirilir. 30 il Qarabağ məsələsi ilə bağlı danışıqlar səngiməmişdir. Prezident İlham Əliyev işğal olunmuş torpaqlarımızı sülh yolu ilə həll etməyə çalışırdı. Amma Ermənistan rəhbəliyinin qeyri-konstruktiv mövqe sərgilməsi sülh üçün imkan vermirdi. Təmas xəttində mütəmadi olaraq terror hadisələri törədilirdi. Buna cavab olaraq 2020-ci ilin 27 sentyabrında Azərbaycan Ordusu bütün təmas xəttində antiterror əməliyyatı keçirdi. 44 gün ərzində hərbiçilərimiz qəhrəmancasına döyüdülər və şanlı Qələbə qazandıq. 
Münaqişə Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə başa çatdı. 10 noyabr tarixli Üçtərəfli Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Noyabrın 10-da Bəyanatın imzalanması ilə noyabrın 20-də Ağdam, Laçın, Kəlbəcər rayonlarının, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin qan tökülmədən geri qaytarıldı. Prezident İlham Əliyev 2020-ci ilin 20 noyabrında Ağdam rayonunun işğaldan azad olunması münasibətilə xalqa müraciətində deyib ki, Ağdam rayonunun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir: “Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir. Deyə bilərəm ki, işğal edilmiş rayonların arasında əhalinin sayına görə Ağdam ən böyük rayondur. İşğaldan əvvəl Ağdam rayonunda 143 min insan yaşayırdı. Hazırda Ağdam rayon sakinlərinin sayı 204 mindir. Rayonun 73 faizi işğal edilmişdi və qalan ərazilərdə - bizim nəzarətimizdə olan ərazilərdə biz son illər ərzində böyük quruculuq, abadlıq işləri aparmışıq. Biz Quzanlı kəndinə qəsəbə statusu verdik və Quzanlını faktiki olaraq Ağdam rayonunun mərkəzinə çevirdik. Mənim göstərişimlə Quzanlıda sosial obyektlər, infrastruktur və sənaye müəssisələri yaradılmışdır. İnsanlar üçün iş yerləri yaradıldı. Quzanlı təbii qazla təchiz edildi, orada bütün digər infrastruktur layihələri icra olundu, böyük Olimpiya İdman Kompleksi, xəstəxana, məktəblər, Muğam Mərkəzi inşa edilmişdir. Bütün bu obyektlərin açılışlarında mən şəxsən iştirak etmişəm. Onu da bildirməliyəm ki, son illər ərzində mənim göstərişimlə Ağdam rayonunun bizim nəzarətimizdə olan hissəsində 18 köçkün şəhərciyi salınmışdır və biz Ağdam rayonuna 93 min köçkünü yerləşdirə bildik. Görülmüş işlər və böyük investisiyalar hesabına bu gün Ağdam rayonunun əhalisinin 45 faizi Ağdam rayonunun ərazisində yaşayır”.
Bu gün ağdamlıların Vətən, yurd dərdi aradan qaldrılıb. 20 noyabr ölkəmizdə “Ağdam şəhəri günü” kimi qeyd edilir. Artıq Ağdam üçün yeni dövr başlamışdır. 2021-ci 28 may tarixində Azərbaycan ictimaiyyətinə təqdim olunmuş Baş Plan əsasında Ağdam tamamilə bərpa olunur. Prezident İlham Əliyev bu müddət bir neşə dəfə Ağdama səfər edib, saysız ictimai işə, sənaye və s. obyektlərin, yaşayış kompleklrinin təməlqoyma, eləcə də açılış mərasimlərində işritak edib. Beləkilə Ağdamda vəhşi düşmən tərəfindən dağıdılan bütün infrastruktur, bütün binalar, evlər, tarixi abidələr, dini abidələrimiz yendiən bərpa edilir. Ağdamın əvvəlki şöhrəti zünə qaytarılır.

Nurullayeva Zenfira İslam qızı 
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor  ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

Son xəbərlər

MEK Azərbaycan dövlətçiliyinə dair nəşrlərin virtual sərgisini təqdim edir

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində

Özbəkistan beyin mərkəzinin rəhbəri STM-də olub

Bu gün Qazaxıstandakı diaspor rəhbərinin doğum günüdür

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanın Gənclərlə İş Agentliyi ilə memorandum imzalayıb

Azərbaycanın güclü iqtisadiyyatı müstəqil xarici siyasət kursu həyata keçirməyə imkan yaradır

Misirdə Azərbaycan xalçaçılıq sənəti kursunun yeni müdavimləri ilə görüş keçirilib

Milli Məclisin futbol komandası beynəlxalq turnirdə bürünc medal qazanıb

Boccia İdman Federasiyası növbəti çempionata hazırlaşır

Azərbaycan-Özbəkistan QHT-nin Əməkdaşlıq Forumunun açılış paneli baş tutub

İstanbulda yeni nəşr olunmuş “Peyğəmbər” romanının təqdimatı keçirildi

SPECA-ın fəaliyyətinə Azərbaycanın töhfəsi

"Azərbaycan qlobal siyasi güc olaraq nüfuzunu hər gün daha çox artırır"

Bakıda Sosial İş və Sosial Tədqiqatlar üzrə beynəlxalq Konfrans keçirilib

“Türk diasporası” televiziya proqramında Qarabağ münaqişəsinin nəticələri təhlil edilib

KADR VƏ MİLLİ TƏHLÜKƏSİZLİK – CAVİD İSMAYIL YAZIR

Lənkəranda müəllimlər üçün mentor dəstəkli təlim kursuna başlanılıb

Heydər Əliyevin həyat yolu – Vətənə, xalqa xidmətin misilsiz nümunəsi

“Varlığın sevincdir, yoxluğun kədər” adlı tədbir tədbir keçirildi

Azərbaycanla İraqın qarşılıqlı maraqları

Deputat: Qanun layihələri özəl sektorun inkişafda payını artırmağa hesablanıb

Həmyerlimiz “Rusiya Sağlamlıq müəllimi-2023” Ümumrusiya müsabiqəsinin qalibi olub

Yeni yaranan 100 QHT-yə təlim keçirilir

Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü

“Məhkəmə-hüquq sistemində şəffaflıq artırılmalıdır”

Qarabağın qeyrət qalası-Ağdam

Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı Küveyt mediasında məqalə dərc edilib

“Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsi davam edir

"Milli Dirçəliş Günü dövlətçiliyimizin möhkəmlənməsi baxımdan önəmlidir"

Böyük Qələbənin üçüncü ildönümü... - “Qayıdışın mübarək” adlı musiqili gecə keçirildi - Fotolar

Bütün xəbərlər