BAKU Azərbaycan
24.01 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

AMEA Mərkəzi Elmi Kitabxanasında Ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib.

Tədbirdə öncə MEK-in baş direktoru, Prof. Məmməd Əliyev çıxış edərək H.Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə gördüyü işlərdən, apardığı islahatlardan danışıb. Həmçinin Azərbaycan gənclərini SSRİ-nin müxtəlif şəhərlərinə ali təhsil almağa göndərməsindən, 20 Yanvar faciəsinə ilk olaraq Heydər Əliyevin etirazından söhbət açıb. Professor onu da deyib ki, Azərbaycanın qazandığı böyük zəfərdə məhz H.Əliyevin izi, rolu var. Çıxışı zamanı baş direktor “Heydər Əliyev İli” çərçivəsində MEK-də keçirilən lektoriyalar, Vikipediyada Heydər Əliyev – 100 məqalə layihəsi, Heydər Əliyevin kəlamlarının video formatda hazırlanması, I Beynəlxalq elmi konfrası da xatırladıb. M.Əliyev MEK tərəfindən Heydər Əliyevin biblioqrafik göstəricisinin ilin sonunadək hazır olunacağını qeyd edib.

Ardınca MEK-in Beynəlxalq əlaqələr şöbəsinin müdiri, siyasi şərhçi Mübariz Göyüşlü çıxışında qeyd edib ki, H.Əliyev Azərbaycanda bütün sahələr üzrə öz izini qoyub, hər zaman Azərbaycanın inkişafı üçün çalışıb. O, Ulu öndərin təşəbbüsü ilə 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılmasını o dövrdə hərbi sahədə görülmüş mühüm işlərdən biri olduğunu vurğulayıb. Bildirib ki, məhz həmin məktəbin yetirmələri bu gün Azərbaycan xalqının ən böyük problemini 30 ilə yaxın bir müddətdə işğal altında qalan Azərbaycan torpaqlarını azad etdilər.

Sonra Elektron resusrlar şöbəsinin baş mütəxəssisi Xəyalə Məmmədli çıxış edərək Vikipediyada “Heydər Əliyev İli” çərçivəsində yaradılmış 100 məqalə haqqında danışıb. Qeyd edib ki, məqalələrdən 70-ni özü, 30-nu isə şöbənin digər əməkdaşı Xəyalə Kərimova yaradıb. O həmçinin bu mövzuda məqalələrin yaradılmasını davam etdirəcəklərini deyib.

Daha sonra MEK əməkdaşı Allahverən Allahverdiyev çıxış edərək H.Əliyevin Naxçıvana getdiyi zaman özünün şahid olduğu məqamlardan danışıb, xatirələrini bölüşüb.

Sonda Ulu öndərin həyat və fəaliyyətini əks etdirən video nümayiş olunub.

Son xəbərlər

Yasamal bələdiyyəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir keçirildi

Yaponlar Azərbaycana təşəkkür ediblər

2 nömrəli Bakı Baza Tibb kollecində məişət zorakılığının qarşısının alınması haqqında tədbir keçirilib

"Xocalı harayı" kitabının təqdimatı olub

Kitablar səltənətinin inciləri: Mirvarid Dilbazi “Anam yadıma düşdü”

Hicama terapiyası gələcəyin sağlam həyatıdır

Şuşa Bəyannaməsinin strateji mesajı

Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi

İstanbulda Türk DEGS Mərkəzində Heydər Əliyevin Tarixi Rolu Anılıb

Qurtuluşdan inkişafa: müstəqil Azərbaycanın strateji yolu

Elxan Qəmbərov: “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının simvoludur”

Binəqədidə “Milli qurtuluşdan başlanan tərəqqi və zəfər yolu” adlı tədbir keçirilib

Kitablar səltənətinin inciləri: Əhməd Cavad “Çırpınırdın Qara dəniz”

Yasamal rayonunda “Məişət zorakılığına yox!” layihəsi çərçivəsində tədbir keçirilib

YAXŞI ADAM...

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirildi

Cənubi Qafqaz əməkdaşlıq zonasına çevrilir

Şəhidin xatirəsinə həsr olunmuş “Göylər mələyi” adlıxatirə gecəsi keçirildi

Sankt-Peterburqda Azərbaycan-Rusiya biznes dialoqu keçirilib

“Cəfər Cabbarlı – Müasirimizdir” adlı layihənin icrasına başlanılıb

Ölkədə ilk dəfə “Təbiətin Dostları” Festivalı keçirildi

Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının rəsmi açılışı keçiriləcək

QHT “Regionlarda qadınlarla iş” layihəsinin icrasına başlayıb

“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrasına başlanıldı

Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə

Uşaqlara mərhəmət, qayğı, şəfqət

Biz həmişə sizinləyik xeyriyyə aksiyasi keçirildi

Prezident İlham Əliyevin sülhə, regional sabitliyə və beynəlxalq əməkdaşlığa yönəlmiş siyasəti Qlobal Həmrəylik Şurası tərəfindən yüksək qiymətləndirilir

“Həqiqəti demək borcumdur: mənim tanıdığım Adil Əliyev”

Bütün xəbərlər