BAKU Azərbaycan
24.6 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Bu ilin fevral ayının 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri yaxınlaşdıqca cəmiyyətin müxtəlif təbəqələrinin üzvləri öz mövqelərini açıqlayırlar.

 

Modern.az bununla bağlı Milli Qəhrəmanlar arasında sorğu keçirib.


İnsanlar böyük sevinclə, həvəslə seçkiyə hazırlaşır, İlham Əliyev bütün xalqın səsini qazanacaq...

Saytımıza açıqlamasında Milli Qəhrəman İbad Hüseynov seçkilərdə İlham Əliyevin alternativsiz lider olduğunu bildirib:

 

“Mən həmişə qorxurdum ki, torpaqlarımız bizə sülh yolu ilə azad edək... Bir hərbiçi kimi mənim istəyim başqaydı.  Mən o anı gözləyirdim ki, Ali Baş Komandanımız döyüş əmri verə. O an gəldi və döyüş əmriylə bütün xalq ayağa qalxdı, igid oğullarımız döyüşə yollandı. Çox şükür ki, bizim belə Ali Baş Komandanımız var və o, bu döyüşü şanlı zəfərlə başa vurdu, düşməni diz çökdürdü. Bu, tariximizin ən parlaq səhifəsidir. Əlbəttə buna Cənab Prezidentin ətrafında sıx birləşməklə nail olduq. 7 fevralda növbədənkənar prezident seçkilərində də yenə bir olmalıyıq, səsimizi  o böyük şəxsiyyətə verməliyik. Tez-tez tədbirlərdə, şəhid ailələri ilə görüşlərdə oluram. İnsanlar böyük sevinclə, həvəslə bu seçkiyə hazırlaşırlar. Birmənalı şəkildə deyirəm ki, Cənab İlham Əliyev bütün xalqın səsini qazanacaq və yenidən Azərbaycan Prezidenti olacaq. Çünki bu gün Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilib və bu böyük həqiqətin altında cəmi bir imza var - Ali Baş Komandan, Prezident İlham Əliyev.

Bizim başqa seçimimiz ola da bilməz!”

Xalqımız İlham Əliyevə inanır...


Milli Qəhrəman Ehtiram Əliyev də İlham Əliyevdən başqa kimsənin prezident seçiləcəyinin mümkünsüz olduğunu və bunun İlham Əliyevə bütöv xalqın inamından qaynaqlandığını söyləyib:

 

"Bizim bir prezidentimiz var, o da Ali Baş Komadnanımız İlham Əliyev cənablarıdır. Allah onu qorusun. Bu  gün azərbaycanlılar olaraq dünyanın ən xoşbəxti bizik. Bunun da başında cənab İlham Əliyev dayanır. Bu boyda qara buludlar başımızın üstündən götürüldü.  Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin! Bu Zəfər Prezidentimizin, Ali Baş Komandanımızın hesabınadır”.

İnsanlar böyük coşğu ilə İlham Əliyevi dəstəkləyir... 


Digər Milli Qəhrəman Vahid Quliyev hər kəsin İlham Əliyevi birmənalı olaraq dəstəklədiyini vurğulayıb: “Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində İlham Əliyevin qalib gələcəyi şəksizdir. Özüm də seçki kampaniyasında iştirak edirəm. Sumqayıtda olmuşam. Camaat böyük coşğu ilə İlham Əliyevi dəstəkləyir. 
Xalq gördü ki, cənab İlham Əliyev torpaqları işğalan azad etdi. Azərbaycanın ərazilərini bütövləşdirdi və separatçılardan təmizlədi. Hazırda da ölkədə güclü qurulucuq işləri gedir. Bu gün hər bir azərbaycanlı İlham Əliyevi dəstəkləyir”.


Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası 7 nəfərin namizədliyini qeydə alıb.  Belə ki, seçkilərdə hazırki Prezident İlham Əliyev, Milli Məclisin deputatları, Zahid Oruc, Fazil Mustafa, Razi Nurullayev, eləcə də Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev və Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev mübarizə aparacaq.

Son xəbərlər

QHT-lərin maliyyələşdirilməsində “bir pəncərə” mexanizmi nə vəd edir?

Yasamal bələdiyyəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir keçirildi

Yaponlar Azərbaycana təşəkkür ediblər

2 nömrəli Bakı Baza Tibb kollecində məişət zorakılığının qarşısının alınması haqqında tədbir keçirilib

"Xocalı harayı" kitabının təqdimatı olub

Kitablar səltənətinin inciləri: Mirvarid Dilbazi “Anam yadıma düşdü”

Hicama terapiyası gələcəyin sağlam həyatıdır

Şuşa Bəyannaməsinin strateji mesajı

Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi

İstanbulda Türk DEGS Mərkəzində Heydər Əliyevin Tarixi Rolu Anılıb

Qurtuluşdan inkişafa: müstəqil Azərbaycanın strateji yolu

Elxan Qəmbərov: “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının simvoludur”

Binəqədidə “Milli qurtuluşdan başlanan tərəqqi və zəfər yolu” adlı tədbir keçirilib

Kitablar səltənətinin inciləri: Əhməd Cavad “Çırpınırdın Qara dəniz”

Yasamal rayonunda “Məişət zorakılığına yox!” layihəsi çərçivəsində tədbir keçirilib

YAXŞI ADAM...

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirildi

Cənubi Qafqaz əməkdaşlıq zonasına çevrilir

Şəhidin xatirəsinə həsr olunmuş “Göylər mələyi” adlıxatirə gecəsi keçirildi

Sankt-Peterburqda Azərbaycan-Rusiya biznes dialoqu keçirilib

“Cəfər Cabbarlı – Müasirimizdir” adlı layihənin icrasına başlanılıb

Ölkədə ilk dəfə “Təbiətin Dostları” Festivalı keçirildi

Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının rəsmi açılışı keçiriləcək

QHT “Regionlarda qadınlarla iş” layihəsinin icrasına başlayıb

“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrasına başlanıldı

Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə

Uşaqlara mərhəmət, qayğı, şəfqət

Biz həmişə sizinləyik xeyriyyə aksiyasi keçirildi

Prezident İlham Əliyevin sülhə, regional sabitliyə və beynəlxalq əməkdaşlığa yönəlmiş siyasəti Qlobal Həmrəylik Şurası tərəfindən yüksək qiymətləndirilir

Bütün xəbərlər