BAKU Azərbaycan
26.75 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Rusiya Yazıçılar İttifaqının üzvü olaraq “F. M. Dostoyevski” və “Sergey Yesenin” medallarına layiq görülən yazıçı, həkim-stomatoloq Sabit Əliyev Prezident İlham Əliyevə dəstək məktubu ünvanlayıb. “Diaspornews.az” Prezidentin saytına istinadla həmin məktubu təqdim edir: “Əziz və hörmətli Prezident, Rusiyada yaşayan yazıçı olaraq Azərbaycanda 2024-cü ilin fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində Sizin namizədliyinizi birmənalı şəkildə dəstəkləyirəm. Harada yaşamağımızdan asılı olmayaraq hamımızı Azərbaycana böyük məhəbbət hissi birləşdirir. Fəxrlə bildirirəm ki, Azərbaycan Sizin Prezidentliyiniz dövründə həqiqətən də tarixi qələbələr əldə edib. Siz Azərbaycan dövlətinin inkişafı üçün parlaq düşünülmüş strategiya həyata keçirirsiniz. Sizin ali dövlət vəzifəsində fəaliyyətiniz Azərbaycan-Rusiya münasibətlərinin də hərtərəfli dərinləşməsinə və möhkəmlənməsinə töhfə verib. Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsinə Rusiyada yaşayan azərbaycanlılar da ürəkdən sevinirlər.

Cənab Ali Baş Komandan, qalib dövləti və qalib xalqı xaricdə təmsil etmək olduqca qürurvericidir. Bir yazıçı olaraq əsərlərimlə xaricdə Azərbaycanı təbliğ etməkdən və ümumiyyətlə, azərbaycanlı olmağımdan qürur duyuram. Torpaqlarımız işğaldan azad olunduqdan sonra fəxarət hissimiz daha da artıb. Siz dünya azərbaycanlılarına çox böyük sevinc bəxş etmisiniz. Bu sevinc və qürur hissini yeni əsərlərimdə məmnuniyyətlə qeyd edirəm. Əminəm ki, yalnız Sizin rəhbərliyinizlə tarixi Vətənimiz bundan sonra da sürətlə inkişaf edəcək, dünya siyasi arenasında daha mühüm rol oynayacaq, Qarabağımız tam dirçələcəkdir.

Azərbaycan xalqı Sizə inanır, güvənir. Biz Sizi hər zaman Azərbaycanın alternativsiz Lideri olaraq görürük. İnanıram ki, fevralın 7-də keçiriləcək seçkilərdə Siz yenidən böyük səs çoxluğu ilə qalib gələcəksiniz.

Sizə tükənməz enerji, Vətən və xalq naminə görəcəyiniz işlərdə uğurlar arzu edirəm”.

Son xəbərlər

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Bütün xəbərlər