BAKU Azərbaycan
30.19 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Xəbər verildiyi kimi, bir neçə gün öncə Moskvada - “Crocus City Hall” konsert zalında terror törədildi.və nəticədə, xeyli sayda günahsız insan həlak oldu. Hazırda hadisə ilə bağlı istər Rusiyada, istərsə də beynəlxalq səviyyədə rəylər verilir, media olayı gündəmdə saxlayır. Eyni zamanda, onlarla insanın ölümünə səbəb olmuş terror aktı ilə bağlı yayılmış informasiyalara həssas yanaşılması da ağlabatandır. Amma məsələ ilə bağlı cılız ambisiyalardan çıxış edənlər, gündəmə gəlməyə çalışanlar da yox deyil. Onlardan biri də antiazərbaycan mövqeyi ilə seçilən, erməni lobbisinin maraqlarına oynayan jurnalist Vladimir Slovyovdur. Məşum terror aktı, faktlardan çıxış etməli olan həmin “media” nümayəndəsinə qərəz püskürməyə yeni fürsət verib. O, hadisə barədə cəfəng mülahizələri ilə ölkəmizə qarşı informasiya təxribatı aparır. Halbuki, terrorun və terrorçunun heç bir milli və dini mənsubiyyəti yoxdur, bununla yanaşı, terrorda şübhəli bilinənlər də saxlanılıblar. “Qərəz bülbülü” olan Solovyovun haqqında danışılan terror aktından yararlanmağa çalışaraq ölkəmizi hədəfə alması, əslində, kimsəni təəccübləndirməməlidir. İstər İkinci Qarabağ savaşında, istərsə də ondan sonra bu şəxsin erməni diasporunun mənsubları ilə eyni tezislərdən çıxış etməsi, rusiyalı erməni jurnalist Marqarita Simonyan və erməni media maqnatı Aram Qabrielyanovla sövdələşmələrinin nəticəsi kimi anlaşılmalıdır. Bu adam şəxsi maraqlarını güdərək Rusiyada milli zəmində münaqişəyə, antiazərbaycan əhval-ruhiyyə yaratmağa cəhd edir. Bu isə Rusiya və Azərbaycanın maraqlarına daban-dabana ziddir. Bu adam ermənilərlə işbirliyinə o qədər hərisliklə girişib ki, Rusiya xalqının və dövlətinin mənafeyini, ictimai rəyini belə, satmağa hazır olduğunu gizlədə bilmir. Bununla  belə, Solovyov “açılmış kart”dır, onun kimilərinin hansı maraqlara işləməsi Rusiya dairələrinə və publikasına da məlumdur və yəqin ki, “cəhcəhi” çox ötməyəcək…

 

İlkin Ağayev

Son xəbərlər

2 nömrəli Bakı Baza Tibb kollecində məişət zorakılığının qarşısının alınması haqqında tədbir keçirilib

"Xocalı harayı" kitabının təqdimatı olub

Kitablar səltənətinin inciləri: Mirvarid Dilbazi “Anam yadıma düşdü”

Hicama terapiyası gələcəyin sağlam həyatıdır

Şuşa Bəyannaməsinin strateji mesajı

Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi

İstanbulda Türk DEGS Mərkəzində Heydər Əliyevin Tarixi Rolu Anılıb

Qurtuluşdan inkişafa: müstəqil Azərbaycanın strateji yolu

Elxan Qəmbərov: “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının simvoludur”

Binəqədidə “Milli qurtuluşdan başlanan tərəqqi və zəfər yolu” adlı tədbir keçirilib

Kitablar səltənətinin inciləri: Əhməd Cavad “Çırpınırdın Qara dəniz”

Yasamal rayonunda “Məişət zorakılığına yox!” layihəsi çərçivəsində tədbir keçirilib

YAXŞI ADAM...

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirildi

Cənubi Qafqaz əməkdaşlıq zonasına çevrilir

Şəhidin xatirəsinə həsr olunmuş “Göylər mələyi” adlıxatirə gecəsi keçirildi

Sankt-Peterburqda Azərbaycan-Rusiya biznes dialoqu keçirilib

“Cəfər Cabbarlı – Müasirimizdir” adlı layihənin icrasına başlanılıb

Ölkədə ilk dəfə “Təbiətin Dostları” Festivalı keçirildi

Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının rəsmi açılışı keçiriləcək

QHT “Regionlarda qadınlarla iş” layihəsinin icrasına başlayıb

“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrasına başlanıldı

Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə

Uşaqlara mərhəmət, qayğı, şəfqət

Biz həmişə sizinləyik xeyriyyə aksiyasi keçirildi

Prezident İlham Əliyevin sülhə, regional sabitliyə və beynəlxalq əməkdaşlığa yönəlmiş siyasəti Qlobal Həmrəylik Şurası tərəfindən yüksək qiymətləndirilir

“Həqiqəti demək borcumdur: mənim tanıdığım Adil Əliyev”

Eko Aləm İctimai Birliyi Hacıqabul və Çala göllərində araşdırmalar həyata keçirib

Şneor Seqal və onun kimi düşünənlər anlamalıdırlar ki, Azərbaycan kiminsə şəxsi dini laboratoriyası deyil

Bütün xəbərlər