BAKU Azərbaycan
1.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycan tarixində çoxlu şanlı səhifələrlə yanaşı faciələr və soyqırımlı səhifələr də vardır. Bu dəhşətli hadisələrdən biri 1918-ci il  mart-aprel  aylarında erməni millətçiləri tərəfindən yaşanmışdı. Mart  soyqırım təkcə Azərbaycan tarixində deyil, dünya tarixində törədilən ən qanlı faciələrdən biridir.

          Hələ 1917-ci ilə Rusiyada baş vermiş oktyabr inqilabı nəticəsində erməni millətçisi Stepan Şaumyanın başçılığı ilə bolşevik Bakı Soveti Bakıda  hakimiyyəti ələ keçirmişdi. Onlar türk-müsəlman əhalisini qırmaq, Bakını rus-erməni şəhərinə çevirmək istəyirdilər. Bu işdə erməni “Daşnaksutyun” partiyası da yaxından kömək edirdi. Beləliklə, 1918-ci ilin martın 30-da bolşevik-daşnak qüvvələri Bakıda azərbaycanlıların kütləvi qırğınına başladılar. Düşmənlər qocaya, qadına, hətta azyaşlı körpə uşaqlara da vəhşicəsinə qanlı divan tutdular, insanları süngüdən keçirərək  diri-diri yandırdılar, evlərini  dağıtdılar. Aprelin 3-dək minlərlə müsəlman əhali qətlə yetirildi.

          Mart soyqırımı nəticəsində təkcə Bakıda 12 mindən çox azərbaycanlı qətlə yetirildi, ümumilikdə isə 30 mindən çox azərbaycanlı qətlə yetirilmişdir. Milli memarlıq abidələrimiz, məktəblər, xəstəxanalar, məscidlər və digər binalar dağıdıldı. Bakının böyük bir hissəsi xarabalığa çevrildi, nadir memarlıq abidəmiz olan “İsmailiyyə” binası, Tağıyev teatrı, “Açıq söz” və “Kaspi” qəzetinin redaksiyaları yandırıldı, “Təzəpir” məscidi dağıdıldı. Bu qırğınlar təkcə Bakıda deyil, Qarabağda, Naxşıvanda, Göyçayda, Şamaxıda, Qubada, Kürdəmirdə, Salyanda və Lənkəranda törədilmişdi. Mart hadisələri ilə bağlı məlumatların çoxu məhv olunduğu üçün  yenidən araşdırılır. Son  araşdırmalara görə təkcə Şamaxı şəhərində təqribən ermənilər tərəfindən 14-16 min nəfərin, onun 40 kənd və obasında 6-8 min nəfərin  öldürüldüyü bildirilir, didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olmuşdur. Quba qəzasında isə ümumilikdə 4 min nəfərdən artıq olduğu bildirilir. Bu soyqırım nəticəsində Quba qəzasının 122 kəndi tamamilə dağıdılmış, 2750 ev yandırılmışdır.

          2007-ci il aprelində  Quba stadionunun təmiri ilə əlaqədar qazıntı işləri aparılan zaman kütləvi məzarlıq aşkarlanmışdı. Məzarlıqda 500-dək insan kəlləsi vardı, onların 50-dən çoxu uşaqlara, 100-dən çoxu isə qadınlara məxsus idi. Bu insanların 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımın qurbanı olduğu sübuta yetirildi. Araşdırmalar göstərir ki, ermənilər dinc əhaliyə divan tutarkən odlu silahdan istifadə etməyiblər, sümüklərdə güllə  yeri yoxdur,  buradakı soydaşlarımız  başlarına küt alətlə, mismar vurmaqla qətlə yetirilmişdir, sonra isə quyulara doldurulub üzəri torpaqla örtülmüşdür.

          Ermənilərin xalqımıza qarşı törətdiyi Mart soyqırımı faciəsinin araşdırılması və bu həqiqətlərin dünyaya yayılması işi Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə başlanmışdır. 1998-ci il martın 26-da Heydər Əliyevin imzaladığı “Azərbayacanlıların soyqırımı”  haqqında Azərbaycan Respublikası  Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə siyasi qiymət verilmiş və 31 Mart  “Azərbaycanlıların soyqırım günü” elan edilmişdir. Həmin Fərmanın icrasının ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsilə bağlı Ulu Öndər Heydər Əliyev 30 mart 1999-cu ildə tədbirlər planı təsdiq etmişdir.

          31 Mart soyqırımı təcavüzkar erməni millətçilərinin xalqımıza qarşı törətdiyi soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsidir. Azərbaycan dövləti ötən illər ərzində erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlər, o cümlədən, bu soyqırım haqqında həqiqətlərin dünya ictimiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün ardıcıl fəaliyyət göstərib. Xalqımızın başına gətirilən bu müsibətlər, faciələr dövlətimizin başçısı  cənab İlham Əliyevin təşəbbüsü ilə tədqiqatçılar tərəfindən  qəti şəkildə araşdırılır, yeni faktlar üzə çıxarılır. Məhz xalqımızın tarixi yaddaşının qorunması və soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Prezident cənab İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırım memorial kompleksi” yaradılmasına qərar vermiş və Soyqrımı memorial kompleksinin açılışı zamanı çıxış edərək demişdir: “1918-ci il mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırım törətmişlər. Beş ay ərzində  50 mindən çox soydaşımız faşizmin qurbanı olmuşdur... Bakı soyqırımı, Quba soyqırımı, İkinci dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlə və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməlidir”. Eyni zamanda, bolşevik-daşnak silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı  törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə düzgün çatdırılması məqsədilə Prezident cənab İlham  Əliyev 18 yanvar 2018-ci ildə “1918-ci il azərbaycanlıların soyqırımınin 100 illiyi haqqında” Sərəncam imzalamışdır.

          Xalqımız ona qarşı törədilən bu cinayətləri heç vaxt unutmayacaq, daim güclü və mübariz xalq kimi yaşayacaqdır.

 

 

İradə ƏLİYEVA, N.Fərəczadə adına 100 nömrəli tam orta məktəbin Tarix müəllimi, Əməkdar müəllim

Son xəbərlər

Azərbaycan və Gürcüstanın regional sabitliyə xidmət edən münasibətləri

“Qara brilyant” klubunun yetirmələri yenə də qaliblər sırasında

Mədəniyyət Nazirliyindən tarixi abidələrimizə hörmətsizlik: Tarixi abidələr MƏHV OLUR -VİDEO

QHT Azərbaycan Polisi ilə bağlı bəyanat verdi

QAZİLƏR BİZİM CANLI ŞƏHİDLƏRİMİZDİR...

"İnsan alverinə qarşı mübarizə: mövcud vəziyyət və gözləntilər"adlı ictimai müzakirə keçirilib

ARMQTİB-nın Bakı və rayon Nümayəndə sədrlərinə Fəxri Fərmanlar təqdim edilib

"20 Yanvar faciəsi milli şüurun formalaşmasında silinməz izlər qoydu” –Mehriban Vəliyeva

"Azərbaycanın xarici siyasətində qarşılıqlı maraqlara hörmət prinsipi mühüm əhəmiyyət kəsb edir"

“20 YANVAR-ÜMUMXALQ HÜZN GÜNÜ"NÜN 35-Cİ İLDÖNÜMÜNƏ VİDEOÇARX HAZIRLANDI-VİDEO

«HƏR ŞEY YAXŞI OLACAQ...»

Deputat Sumqayıtda qəbul keçirib

İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının İdarə Heyəti seçilib -FOTOLAR

"Mücahid ömrü, Məhəmmədsadıq Aran" kitabının təqdimat mərasimi keçirilib

İlham Əliyev BƏƏ Prezidenti ilə görüşdü- Fotolar

Mirozyan Vaşinqtona gedir

Türkiyənin yeni səfirindənİLK AÇIQLAMA

Müəllimlərin maaşı üçün ayrılan vəsaitAÇIQLANDI

Paris Olimpiadasının 100-dən çox keyfiyyətsiz medalı təşkilat komitəsinə qaytarılıb

Məşhur klinikanın rəhbəri VƏFAT ETDİ

“Bakı” qəzetinin yaradılmasından 67 il ötür

Yazıçı Gülzar İbrahimovanın Ağdaş və Zərdab rayonlarının oxucuları ilə görüşləri keçirildi

Sürətli inkişaf yolunda

Siyasi və ictimai elmlər kafedrası “İlin kafedrası” nominasiyasının qalibidir

Bərdə rayonunda məktəbəqədər təhsilin inkişafı üçün layihəyə start verilib

Kitabxananın fəal oxucusunun növbəti rəsm sərgisi

Gənclərimizi xarici təsirlərdən qorumalıyıq

“Eyni dürüstlüyü, ləyaqətli davranışı Rusiyadan tələb etməyə haqqımız var” -Mehriban Vəliyeva

Azərbaycan maksimum ədalətli olmağa çalışır

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar tədbir keçirildi

Bütün xəbərlər