BAKU Azərbaycan
21.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

1 aprel 2024-cü ildə Azərbaycan Universitetində COP29 simulyasiya layihəsi çərçivəsində növbəti təlim keçirildi. Universitetin Biznes və iqtisadiyyat fakültəsinin dekanı Xanım Quliyeva və Siyasi və ictimai elmlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışinskinin birgə moderatorluğu ilə baş tutan təlimdə Qazaxıstan Respublikası və Azərbaycandan olan iqtisadçı alimlər layihə iştirakçıları qarşısında çıxış ediblər.
İlk olaraq çıxış edən M.X.Dulati adına Taraz Regional Universitetinin prorektoru, iqtisad elmləri doktoru, professor Şolpan Yesimova (Qazaxıstan Respublikası) COP29-un Azərbaycanda keçirilməsi barədə qərarın qəbul olunmasına sevindiyini və ölkəmizin bu baxımdan ilk türkdilli dövlət olduğunu qeyd edib. O, dünyada baş verən iqlim dəyişikliyi ilə bağlı bir sıra problemlərin aradan qaldırılması istiqamətində Qazaxıstan hökumətinin apardığı siyasət, bu sahə üzrə qlobal potensial və məsuliyyət indeksi, əsas iqtisadi və enerji tendensiyalarının proqram təminatları ilə bağlı göstəricilər haqqında məlumat verib.

Sonra Azərbaycan Universitetinin İqtisadiyyat və idarəetmə kafedrasının müəllimi, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru Əli-Ağa İsmayılzadə layihə iştirakçıları qarşısında çıxış edib. O, ilk növbədə yaşıl iqtisadiyyatın yaranma səbəbini izah edərək, yaşıl iqtisadiyyatın yeni sahələri haqqında geniş məlumat verib. Ə.İsmayılzadənin fikrincə, yeni sahələr yeni bacarıq və yeni biliklərin formalaşmasını zəruri edir, çünki BƏT artıq Bərpa olunan enerji işləri, Enerji səmərəliliyi işləri, Tullantıların idarə edilməsi və təkrar emalı üzrə işlər, Davamlı kənd təsərrüfatı və meşə təsərrüfatı işləri, Ətraf mühitin mühafizəsi və bərpası işləri, Yaşıl tikinti və infrastruktur işləri kimi trend iş yerlərini kateqoriyalara ayırmış və müasir əmək bazarında bu sahəhələrə tələbatın böyük olduğunu bildirmişdir. O, Azərbaycanın artıq bu sahələr üzrə bacarıqların formalaşması istiqamətində tədbirlər görməli olduğunu vurğulayaraq, qalib ölkəmizdə Yaşıl iqtisadiyyat davamlı olaraq inkişaf etdiyini və cəmiyyətimizin ekoloji problemləri həll etməyə və daha davamlı təcrübələrə keçid etməyə çalışdığını qeyd edib. Təsadüfi deyildir ki, ölkəmiz COP29 tədbirinə ev sahibliyi edir və bu da öz növbəsində ölkəmizin trenddən geri qalmamasının bariz nümunəsidir.
Qeyd edək ki, simulyasiyanın əsas məqsədi Azərbaycanın COP29 Zirvə Toplantısına ev sahibliyi etməsi və “Yaşıl Dünya naminə Həmrəylik İli” çərçivəsində dövlətlərin siyasi qərarlarının ətraf mühitə və planetimizə təsiri və nəticələri ilə bağlı biliklərin tələbələrə ötürülməsi, onlarda natiqlik, arqument formalaşdırmaq və debat aparmaq bacarıqlarının inkişaf etdirilməsi və qeyd olunan beynəlxalq tədbirlə bağlı tələbələrin məlumatlandırılmasıdır.
COP29 simulyasiya layihəsinin təlimləri aprel və may aylarında da davam edəcəkdir.
Azərbaycan Universitetində COP-29 Simulyasiyasının növbəti təlimi keçirildi
Azərbaycan Universitetində COP-29 Simulyasiyasının növbəti təlimi keçirildi
Azərbaycan Universitetində COP-29 Simulyasiyasının növbəti təlimi keçirildi
Azərbaycan Universitetində COP-29 Simulyasiyasının növbəti təlimi keçirildi
Azərbaycan Universitetində COP-29 Simulyasiyasının növbəti təlimi keçirildi
Azərbaycan Universitetində COP-29 Simulyasiyasının növbəti təlimi keçirildi

Son xəbərlər

Tanınmış yazıçı Nüşabə Məmmədlinin “Zəfər zənguləsi” kitabının təqdimatı keçirildi

Salyan gəncləri arasında sağlam həyat tərzi təbliğ olunub

Özbək tələbələri üçün “Azərbaycanı tanıyaq” mövzusunda açıq dərs keçirilib

Prezidentin Cəbrayıl səfəri ölkənin ümumi inkişafına təkan verir

Evdə kifayət qədər zəngin kitabxanam var

Cəbrayılın azad olunmasının çox böyük əhəmiyyəti vardır

Beynəlxalq Müəllimlər Günü münasibəti ilə tədbir keçirilib

“İran bununla özünün məhvinə fərman vermiş olar”-Qüdrət Həsənquliyev

"Ermənistanın Gəncədə mülki yaşayış binalarını bombalaması insanlıq əlehinə, bəşəriyyətə qarşı olan qatı cinayətidir"

Bir qərinəlik müəllimlik təcrübəsi

Binəqədidə “Qalib ölkənin qalib gəncləri” adlı təhsil konfransı keçirilib

Cəbrayıllılar üçün əlamətdar gün

KOBSKA və "Davamlı Gələcək Platforması"nın COP29-da birgə təşkil olunacaq pavilyonu ilə bağlı təqdimat mərasimi keçirilib - FOTO

İlham Əliyev Almaniya Prezidentinə məktub göndərib

Prezident və xanımı Cəbrayıla getdi- Yenilənir

Azərbaycançılıq məfkurəsi - dövlətin qüdrətinin artırılmasında real siyasi amilŞƏRH

"1993-cü ilin 3 oktyabr seçimi xalqımızın müstəqil Azərbaycanın gələcəyini müdrik rəhbərə həvalə etmək istəyinin təcəssümü idi"

Qüdrətli Azərbaycan dövlətinin təməli

“Ana və uşaqlar narkomaniyaya qarşı” adlı layihə çərçivəsində Şirvanda tədbir keçirilib

Cəbrayılın azad olunması ilə tarixi Qələbəyə olan inam daha da artdı

Qərbi Azərbaycan bizim tarixi torpağımızdır

Xalqımızın 31 il əvvəlki seçimi Azərbaycan tarixində dönüş yaratdıŞƏRH

Ölkə iqtisadiyyatının şaxələndirilməsi bundan sonra da davam etdiriləcək

Almaniyada “Mavi sevgi bağı” adlı tədbir keçirilib

Aşıq yaradıcılığının Aşıq Ələsgər zirvəsi

“COP29 möhtəşəm tədbirdir”

Azərbaycan yeni dövrün reallıqları ilə addımlayır

Fiziki məhdudiyyətli uşaqlarla bağlı layihə yekunlaşıb-FOTOLAR

Təhlükəsizlik təmin olunur

Bəzi məmurları "ötən günlərə qayıtmaq" arzusu niyə rahat buraxmır…?

Bütün xəbərlər