BAKU Azərbaycan
23.37 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Məlumat üçün bildiririk ki, 13 sentyabr 2023-cü il tarixdə Gəncliyə Yardım Fondunun akt zalında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Gənclərə Qayğı” İctimai Birliyinin təşkilatçılığı, “Gənclərin Töhfəsi” İctimai Birliyi və “Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi” İctimai Birliyinin tərəfdaşlığı ilə “Axısxa Türkləri – Azərbaycanın sosial və mədəni həyatında rolu” adlı layihə çərçivəsində tədbir keçirildi. Tədbiri girişi sözü ilə layihə eksperti, “Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi” İctimai Birliyinin sədri Məhsəti Hüseynova açıq elan edərək, layihənin məqsədi və Axısxa Türkləriin cəmiyyətimizin həyatında oynadığı rol barədə geniş məlumat verdi. Layihənin məqsədi – Axısxa türklərinin Azərbaycanın sosial və mədəni həyatından oynadığı rolu və Azərbaycan cəmiyyətinə verdiyi töhfələri təbliğ etmək, birlik və bərabərliyimizi möhkəmləndirməkdən ibarətdir. Layihə çərçivəsində 2 günlük tədbir təşkil olunacaq. Daha sonra Saatlı rayonunda “Axısxa Türklərinin mətbəx kültürü”, “Axısxa türklərinin adət-ənənələri”, “Axısxa türklərinin tarixi Vətənlərinə qayıdış prossesi” mövzularından panel müzakirələrdən ibarət təşkil olunacağı haqqında məlumat verdi. Həmçinin Axısxa türklərinin milli geyimləri, mətbəxi sərgilənəcək, maarifləndirici kitabçalardan ibarət sərginin təşkil olumacağını bildirdi.

Daha sonra Axısxa Türklərinin etnik kökəni, sürgün tarixi barədə qısa videosüjet izləndi.

Milli məclisin deputatı Jalə Əhmədova tədbir iştirakçılarını salamlayaraq, Axısxa Türklərinin soykökünə bağlı bir toplum olduqlarını və sürgünə məruz qalmalarına baxmayaraq öz milli kimliklərini qoruyub saxladıqlarını vurğuladı. Həmçinin Axısxa Türklərinin tarixinin, mədəniyyətinin gənc nəsil arasında təbliğinin böyük önəmə malik olduğunu bildirdi.

Layihə rəhbəri, Dünya Alpaqut Federasiyasının vitse-prezidenti, Axısxa türkü Emil Rəhimov Axısxa Türklərinin Azərbaycanın sosial-mədəni həyatına töhfələrindən və Axısxalıların sürgün tarixi barədə məlumat verdi.

“Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev layihə çərçivəsində hazırlanmış “Axısxa Türkləri - Azərbaycanın sosial və mədəni həyatında rolu” adlı kitabça haqqında və kitabın ərsəyə gəlməsində istifadə olunan qaynaqlar barədə məlumat verdi. Azərbaycan İlahiyyət İnistitutunun dosenti, kafedra müdiri Ahmet bəy Niyazov “Axısxa Türklərinin etnik kökəni, mədəniyyəti və adət-ənənələri” barədə geniş təqdimat etdi. Həmçinin gənclərin suallarını cavabladı.

Tanınmış siyasi şərhçi Turab Rzayev Axıxsa Türklərinin Vətənə qayıdış prossesində görülən işlərdən, həmçinin bu istiqamətdə atılacaq addımlar barədə məlumat verdi.

“Dialoq və İnkişaf Naminə” İctimai Birliyinin sədri Çingiz Bayramov birinci və ikinci Qarabağ savaşında Axısxa Türklərinin qəhrəmanlıqlarından danışdı. Tədbirdə “Miqrasiya Sahəsinin İnkişafı” İctimai Birliyinin sədri Vidadi Fətullayev, “Regionların sosial-iqtisadi və kənd təsərrüfatının inkişafına dəstək” İctimai Birliyinin icraçı direktoru Zülfiyyə Nuriyeva, sosial məsələlər üzrə ekspert Rüxsarə Axundova , “Psixoloji Maarifləndirməyə Dəstək” İctimai Birliyinin sədri Kamil Həmidov, “Mübarizlər” Vətənpərvərliyin Təbliği İctimai Birliyinin sədr müavini Gülnar Nəsirli, “Əbədi Birlik” İctimai Birliyinin sədri Şahin Əliyev, “Gənclərin Töhfəsi” İctimai Birliyinin idarə heyəti və fəal gənclər iştirak edirdi. Sonda iştirakçılara “Axısxa Türkləri – Azərbaycanın sosial və mədəni həyatında rolu” adlı kitabçalar paylanıldı.

    

Son xəbərlər

Yasamal bələdiyyəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir keçirildi

Yaponlar Azərbaycana təşəkkür ediblər

2 nömrəli Bakı Baza Tibb kollecində məişət zorakılığının qarşısının alınması haqqında tədbir keçirilib

"Xocalı harayı" kitabının təqdimatı olub

Kitablar səltənətinin inciləri: Mirvarid Dilbazi “Anam yadıma düşdü”

Hicama terapiyası gələcəyin sağlam həyatıdır

Şuşa Bəyannaməsinin strateji mesajı

Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi

İstanbulda Türk DEGS Mərkəzində Heydər Əliyevin Tarixi Rolu Anılıb

Qurtuluşdan inkişafa: müstəqil Azərbaycanın strateji yolu

Elxan Qəmbərov: “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının simvoludur”

Binəqədidə “Milli qurtuluşdan başlanan tərəqqi və zəfər yolu” adlı tədbir keçirilib

Kitablar səltənətinin inciləri: Əhməd Cavad “Çırpınırdın Qara dəniz”

Yasamal rayonunda “Məişət zorakılığına yox!” layihəsi çərçivəsində tədbir keçirilib

YAXŞI ADAM...

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirildi

Cənubi Qafqaz əməkdaşlıq zonasına çevrilir

Şəhidin xatirəsinə həsr olunmuş “Göylər mələyi” adlıxatirə gecəsi keçirildi

Sankt-Peterburqda Azərbaycan-Rusiya biznes dialoqu keçirilib

“Cəfər Cabbarlı – Müasirimizdir” adlı layihənin icrasına başlanılıb

Ölkədə ilk dəfə “Təbiətin Dostları” Festivalı keçirildi

Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının rəsmi açılışı keçiriləcək

QHT “Regionlarda qadınlarla iş” layihəsinin icrasına başlayıb

“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrasına başlanıldı

Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə

Uşaqlara mərhəmət, qayğı, şəfqət

Biz həmişə sizinləyik xeyriyyə aksiyasi keçirildi

Prezident İlham Əliyevin sülhə, regional sabitliyə və beynəlxalq əməkdaşlığa yönəlmiş siyasəti Qlobal Həmrəylik Şurası tərəfindən yüksək qiymətləndirilir

“Həqiqəti demək borcumdur: mənim tanıdığım Adil Əliyev”

Bütün xəbərlər