BAKU Azərbaycan
27.49 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və təşkilatçılığı ilə 27 ölkədən 130 diaspor nümayəndəsinin Şuşaya beşinci səfəri başa çatıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” layihəsi çərçivəsində həyata keçirilən növbəti səfər Azərbaycan Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının V Qurultayında diaspor üzvlərinə tövsiyələrindən sonrakı dövrə təsadüf edib. Dövlətimizin başçısının tövsiyələrində diasporumuzun işğaldan azad edilmiş doğma Qarabağın dirçəldilməsində və inkişafında fəal iştirakının önəmli olduğu bir daha nəzərə çatdırılıb. Qarabağa səfərlərin həm Azərbaycan həqiqətlərinin dünyada təbliğ olunması kimi nəcib missiyaya xidmət etdiyi, həm də dünya ictimaiyyətinin diqqətinin bölgəyə cəlb olunmasına və xarici sərmayənin yatırılmasına ciddi təsir edəcəyi vurğulanıb.

Əllərində Azərbaycan bayraqlarını dalğalandıran soydaşlarımız öz sevinclərini Qarabağa həsr olunmuş xalq və bəstəkar mahnılarını birgə oxumaqla nümayiş etdiriblər. Səfər çərçivəsində diaspor nümayəndələri Şuşanın baş meydanı “Bazarbaşı”, Cıdır düzü, erməni vandalizminə məruz qalmış “Güllələnmiş heykəllər”in olduğu meydan, Şuşa Bəyannaməsinin imzalandığı məkan, Xurşidbanu Natəvanın evi, “Xan qızı bulağı”, Bülbülün ev-muzeyi, Gəncə Qapısı, Saatlı, Aşağı və Yuxarı Gövhər ağa məscidlərini və digər görməli yerləri ziyarət ediblər və postmüharibə dönəmində qədim şəhərimizdə aparılan yenidənqurma və abadlıq işləri ilə tanış olublar.

Səfərin sonunda ənənəyə uyğun olaraq diaspor nümayəndələri Cıdır düzündə Azərbaycan bayrağını dalğalandırıblar. Onlar bu xoşbəxtliyi xalqımıza bəxş edən Müzəffər Ali Baş Komandana və Azərbaycan Ordusuna təşəkkür ediblər.

Antalya-Azərbaycan Kültür və Həmrəylik Dərnəyinin sədri Ceyran Səttarova Şuşanı ilk dəfə gördüyünü deyib: “Heç vaxt Şuşada olmamışdım. Çox həyəcanlıyıq. Elə hissdir ki, bunu sözlə anlatmaq mümkün deyil. Qürürvericidir, çünki 30 ilə yaxın müddətdən sonra torpaqlarımız öz sahiblərinə qayıtdı. Ömürboyu şəhidlərimizə və qazilərimizə borcluyuq, çünki onlar bizi utancverici vəziyyətdən qurtardılar. Biz də diaspor üzvləri olaraq bundan sonra da Azərbaycanın ədalətli mövqeyini dünyaya çatdırmaq, vətənimizi təbliğ etmək naminə əlimizdən gələn hər şeyi edəcəyik”.

İsveçdəki Azərbaycan Qarabağ Cəmiyyətinin təsisçisi Abdulla Əmir Haşimi Cavanşir Şuşa səfərini həyatının zirvəsindəki an kimi dəyərləndirib. “Çünki 207 ildən sonra Azərbaycanda elə sərkərdə tapıldı ki, ölkəmizi misilsiz qələbəyə çatdırdı. Artıq siyasi, diplomatiya və iqtisadi cəhətdən çox güclü olan, sözü dünya çapında qəbul edilən Azərbaycan dünyanın inkişaf edən ölkələri ilə bir sırada dayanır. Fürsətdən istifadə edib, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə və bu qələbənin əldə olunmasında əməyi keçən bütün şəxslərə minnətdarlığımı bildirirəm”.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi 2021-ci ildə dörd dəfə (27 iyul, 17 avqust, 9 oktyabr və 2 dekabr tarixlərində) diaspor nümayəndələrinin Şuşa şəhərinə səfərlərini təşkil edib. “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı ilə reallaşan səfərlər Azərbaycan diaspor tarixinin ən mühüm hadisələrindən biridir.

Son xəbərlər

"Xocalı harayı" kitabının təqdimatı olub

Kitablar səltənətinin inciləri: Mirvarid Dilbazi “Anam yadıma düşdü”

Hicama terapiyası gələcəyin sağlam həyatıdır

Şuşa Bəyannaməsinin strateji mesajı

Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi

İstanbulda Türk DEGS Mərkəzində Heydər Əliyevin Tarixi Rolu Anılıb

Qurtuluşdan inkişafa: müstəqil Azərbaycanın strateji yolu

Elxan Qəmbərov: “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının simvoludur”

Binəqədidə “Milli qurtuluşdan başlanan tərəqqi və zəfər yolu” adlı tədbir keçirilib

Kitablar səltənətinin inciləri: Əhməd Cavad “Çırpınırdın Qara dəniz”

Yasamal rayonunda “Məişət zorakılığına yox!” layihəsi çərçivəsində tədbir keçirilib

YAXŞI ADAM...

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirildi

Cənubi Qafqaz əməkdaşlıq zonasına çevrilir

Şəhidin xatirəsinə həsr olunmuş “Göylər mələyi” adlıxatirə gecəsi keçirildi

Sankt-Peterburqda Azərbaycan-Rusiya biznes dialoqu keçirilib

“Cəfər Cabbarlı – Müasirimizdir” adlı layihənin icrasına başlanılıb

Ölkədə ilk dəfə “Təbiətin Dostları” Festivalı keçirildi

Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının rəsmi açılışı keçiriləcək

QHT “Regionlarda qadınlarla iş” layihəsinin icrasına başlayıb

“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrasına başlanıldı

Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə

Uşaqlara mərhəmət, qayğı, şəfqət

Biz həmişə sizinləyik xeyriyyə aksiyasi keçirildi

Prezident İlham Əliyevin sülhə, regional sabitliyə və beynəlxalq əməkdaşlığa yönəlmiş siyasəti Qlobal Həmrəylik Şurası tərəfindən yüksək qiymətləndirilir

“Həqiqəti demək borcumdur: mənim tanıdığım Adil Əliyev”

Eko Aləm İctimai Birliyi Hacıqabul və Çala göllərində araşdırmalar həyata keçirib

Şneor Seqal və onun kimi düşünənlər anlamalıdırlar ki, Azərbaycan kiminsə şəxsi dini laboratoriyası deyil

Daşkənddə muğam və makom dərsi təşkil olunub

Bütün xəbərlər