BAKU Azərbaycan
26.31 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Dekabrın 19-da Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan Akademik Birliyinin təşkilatçılığı və Azərbaycanın Avstriyadakı səfirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və “Şuşa İli” münasibətilə tədbir keçirilib.

     Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

    Tədbiri giriş sözü ilə açan Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli bildirib ki, xalqımız hər il Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü böyük təntənə və qürur hissi ilə qeyd edir.

Səfir bildirib ki, dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesi Azərbaycan dövləti tərəfindən daim diqqət mərkəzində saxlanılır. 2001-ci ildən bu günə kimi Dünya Azərbaycanlılarının 5 qurultayı keçirilib və bu qurultayların keçirilməsi diaspor quruculuğu işinə əsaslı töhfə verib. “Şuşa İli” çərçivəsində bu il Şuşada keçirilən Beşinci Qurultayda Avstriyadakı Azərbaycan diasporunun üzvləri də fəal şəkildə iştirak ediblər.

Daha sonra səfir Azərbaycanın daxili və xarici siyasətinin prioritetləri, regionda mühüm əhəmiyyət kəsb edən hadisə və layihələr barədə, xüsusilə də son günlərdə Xankəndi-Gorus yolu ətrafında erməni tərəfinin mediada yaratdığı əsassız səs-küy barədə məlumat verib. Bildirilib ki, 44 günlük Vətən müharibəsində şanlı Zəfər əldə edənədək Azərbaycan beynəlxalq ictimaiyyətin diqqətini işğal faktı və ərazi bütövlüyünün bərpa edilməsinin vacibliyinə yönəldirdisə, artıq müharibədən sonra bölgədə yeni reallıqlar yaradan Azərbaycan sülh gündəliyini həyata keçirir, işğaldan azad edilmiş ərazilərdə quruculuq işləri aparır. Xaricdə yaşayan soydaşlarımız və diaspor təşkilatları yerli ictimaiyyəti Azərbaycanın dinc qonşuluq və birgəyaşayışa hədəflənmiş fəaliyyəti barədə məlumatlandırılmasında fəal iştirak etməlidirlər.

     Azərbaycan Akademik Birliyinin sədri Kamal Əkbərov çıxışında rəhbərlik etdiyi qurumun sona çatmaqda olan il ərzində göstərdiyi fəaliyyət barədə danışıb, qarşıdakı dövrdə nəzərdə tutulan layihələrdən bəhs edib. O, soydaşlarımızı diaspor quruculuğunda fəal iştiraka dəvət edərək, bu kimi tədbirlərə göstərilən dəstəyə görə minnətdarlıq edib.

 

      Tədbirdə həmçinin, Avstriyanın Anton Brukner adına Konservatoriyasının tələbəsi, Respublika və Beynəlxalq Müsabiqələr Laureatı, “Qran Pri” mükafatçısı, gənc pianoçu Ayan Məmmədli çıxış edərək, qalib, Müstəqil Azərbaycanın qalib gənci kimi Azərbaycanlı olmağından qürur duyduğunu, bu gün sürətli inkişaf yolunda olan doğma vətənin xoşbəxt gələcəyi naminə  hər zaman layiqincə çalışmağı və ölkəsini uğurla təmsil etməyi ən şərəfli vəzifə olduğunu söyləmiş, dünyada yaşayan əlli milyon azərbaycanlı soydaşlarımızı qarşıdan gələn yeni il və 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə təbrik edib.

      Tədbirin bədii hissəsində Avstriyada yaşayan gənc azərbaycanlı musiqiçilər – Ayan Məmmədli (fortepiano), Abuzər Manafzadə (fortepiano) və Orxan Cəlilovun (vokal) tədbir iştirakçılarına təqdim etdikləri Azərbaycan bəstəkarlarının əsərləri və xalq mahnılarından ibarət konserti, tamaşaçılar üçün ən gözəl bayram töhfəsi olub. İfalar tamaşaçılar tərəfindən böyük sevgi və rəğbətlə qarşılanıb.

 

Son xəbərlər

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Binəqədidə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində növbəti tərbir keçirilib

Qubada “Azərbaycanda trüfel istehsalının təşviqi” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib

Bütün xəbərlər