BAKU Azərbaycan
17.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Türkiyədən yayınlanan "Azərbaycan Rüzgarı" proqramı yenidən tamaşaçılarının görüşünə gəlir.

2018-2021 illərdə həftədə bir dəfə  Türkiyənin “Bengü Türk” Kanalında Azərbaycan mədəniyyətini, tarixini, coğrafiyasını təbliğ edən televiziya programı bu dəfə Türkiyənin “Ulusal” tele kanalında yenidən ekranlara gələcək. 
"Azərbaycan Rüzgarı"nın müəllifi və aparıcısı həmyerlimiz, İstanbul Universitetinin  doktorantı, telejurnalist Səidə Ömərin verdiyi məlumata görə,  yaxın günlərdə  layihə daha fərqli mövzuları da əks etdirməklə ekranlara çıxacaq.
 Program Azərbaycan Diasporuna Dəstək Fondunun  dəstəyi ilə həftədə bir dəfə bazar günləri axşam saat 16:30-da (Bakı vaxtı ilə 17:30) yayınlanacaq.
“Bu layihənin-“Azərbaycan Rüzgarı” proqramının əsas məqsədi ölkəmizin qədim tarixi, ecazkar coğrafiyası, tarixi şəxsiyyətləri və zəngin mədəniyyəti ilə bağlı məlumatları Türkiyə ictimaiyyətinə çatdırmaqıdr. Çünki Türkiyə ictimaiyyətində buna çox ehtiyac var. Xüsusilə Azərbaycanın dövlət, ordu, xalq birliyilə əldə etdiyi Qarabağ Zəfərindən sonra Türkiyə cəmiyyətində Azərbaycanı, Qarabağı tanımaq istiqamətində maraq yaranıb. Azərbaycanı Türkiyə tamaşaçısına tanıtmaq üçün azərbaycanlı olmaq, ölkəmizdə böyümək, musiqimizi, ədəbiyyatımızı,incəsənətimizi, adət-ənənələrimizi, təbiətimizi bilmək, bir sözlə Azərbaycan ruhundan anlamaq şərtdir. Bizim də məqsədimiz həm Azərbaycan mədəniyyətinin təbliğatına töhfə vermək, həm də dünyada alternativi olmayan Azərbaycan-Türkiyə münasibətlərinin, qardaşlığının möhkəmlənməsinə bacardığımız xidməti göstərməkdir”, deyə Səidə Ömər bildirib.  
Layihənin müəllifi yeni formatdakı “Azərbaycan Rüzgarı”nın ilk buraxılışının martın 12-də olacağını qeyd edib: "Proqramın seyirçiləri ilə görüşü çox səbirsizliklə gözləyirəm. Türkiyədən dünyaya açılan “Azərbaycan Rüzgarı” pəncərəsinə bütün dünya azərbaycanlıları da hər zaman maraq göstərib. Odur ki, hər həftənin bazar günü, Türkiyə vaxtı ilə saat 16.30-da  ekran önündə "Azərbaycan Rüzgarını" gözləyəcəklərindən əminəm”

Son xəbərlər

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

Bütün xəbərlər