BAKU Azərbaycan
16.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Ümumdünya “Hunarmand” (Əl sənəti) Assosiasiyasının təşəbbüsü ilə Özbəkistanın  Kokand şəhərində keçirilən  Beynəlxalq  Əl Sənəti Festivalı çərçivəsində Beynəlxalq Sənətkarlıq muzeyinin açılışı olmuşdur.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Kokand şəhərindəki Beynəlxalq Sənətkarlıq muzeyində Azərbaycanın əl sənətinə aid daimi stendin açılışı olub.

Tədbirdə Fərqanə vilayət hakimiyyətinin rəhbərliyi, Kokand şəhər hakimiyyətinin rəhbəri, dövlət və ictimaiyyət nümayəndələri, ziyalılar, ali məktəb tələbələri və jurnalistlər iştirak ediblər.

İlk öncə tədbiri giriş sözü ilə açan Kokand şəhər hakimiyyətinin rəhbəri Maruf Usmanov Azərbaycan və Özbəkistan arasında yüksək səviyyəli münasibətlər, son zamanlar inkişaf edən əlaqələrimizdən danışıb. O, Kokand  şəhərinin qədim tarixi, burada əl işi sənətinin geniş inkişaf etdiyini və hər iki ildən bir şəhərdə keçirilən Beynəlxalq  Əl Sənəti Festivalı çərçivəsində dünyanın 70-dən çox ölkəsinin sənətkarlarının qatıldığını bildirib.

Hakim bu il keçirilən festival çərçivəsində açılışı edilən Beynəlxalq Əl Sənəti Muzeyinin dünyanın müxtəlif ölkələrindən –  Çin, İndoneziya, İran, Qazaxıstan, Hindistan və başqa ölkələrin məşhur  sənətkarların əl işlərinin yer aldığını bildirərək, muzeydə artıq Azərbaycan əl sənətinə aid eksponatların da daimi olaraq nümayiş etdiriləcəyini bildirib.

Tədbirdə çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov dövlətlərimiz arasında əməkdaşlığın uğurla inkişaf etdiyini, mədəni əlaqələrinin genişlənməsi istiqamətində görülən işlərdən danışıb. O, «Heydər Əliyev ili» münasibəti ilə Özbəkistanın Kokand şəhərində yaradılmış muzeydə Azərbaycan əl sənətinə dair maraqlı eksponatların sərgilənməsinin hər il bu şəhəri ziyarət edən milyonlarla turistin və ənənəvi olaraq keçirilən festival iştirakçıları arasında milli mədəniyyətimizin geniş təbliğinə şərait yaradacağını bildirib.

Diplomat Özbəkistanın Fərqanə vilayətinin iki şəhəri – Kokand şəhəri ilə Azərbaycanın Şəki şəhəri, Riştan şəhəri ilə isə İsmayıllı şəhərinin  qardaşlaşdığını qeyd etmiş və bu məqsədlə Özbəkistanın bu vilayəti ilə Azərbaycan şəhərləri arasında əlaqələrin inkişafına  önəm verildiyini vurğulayıb.

Çıxış edən digər natiqlər – Kokandakı Beynəlxalq Sənətkarlıq Muzeyinin direktoru Xeyrulla Zakirov və  “Hunarmand” (Əl sənəti) Assosiasiyasının Fərqanə vilayəti üzrə rəhbəri Rəsul Mirzaahmedov yaradılmış Muzeydə yaradılmış stenddə Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, sənətkarlarının istedadını nümayiş etdirən əl işləri, eksponatların daimi nümayişinin muzeyin Özbək ziyarətçiləri ilə yanaşı, Kokanda gələcək çoxsaylı turistlər üçün də maraqlı və faydalı olacağını bildiriblər.

Açılış lenti kəsildikdən sonra, Azərbaycan əl sənətinə aid milli stend baxış keçirilib.

Kokand şəhərindəki Beynəlxalq Sənətkarlıq Muzeyində yaradılan Azərbaycan stendində Azərbaycan xalçası, kəlağayılar, tikmə sənətinə aid işlər, ağac üzərində oyma ilə hazırlanmış əl işləri sərgilənir.

Azərbaycan Mədəniyyət Mərkəzi  tərəfindən stendə yaşı 130 il  olan Azərbaycanın Qarabağ xalçası, xalqımıza məxsus ən qədim tikmə növü olan təkəlduz, ipəkdən hazırlanmış, qadın baş geyimi – kəlağayılar, ağac üzərində oyma ilə hazırlanmış – tarixi İçərişəhərin və Şuşa qalasının görüntülərini əks etdirən tablolar, Azərbaycan bayrağının əks olunduğu xəritəmiz, milli geyimdə kuklalar, milli naxışlarla bəzədilmiş və xalqımızın çay mədəniyyətini əks etdirən eksponatlar, xüsusi dizayn ilə misdən hazırlanmış qədim çırağın maketi və başqa eksponatlar hədiyyə olunub.

Bundan başqa, milli stendimizdə ulu öndər Heydər Əliyevin ağac üzərində rəsmi və imzası, Azərbaycan milli musiqi alətləri və rəqsləri, xalq oyunları-pəhləvanlıq sənəti, xalça toxuyan Azərbaycan qadını, muğam ifa edən üçlüyü əks etdirən ağac və plastikdən hazırlanmış xüsusi maketlər nümayiş etdirilir.

Sərgidə Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanda özbək dilinə tərcümə olunmuş klassiklərimizin – Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Xurşidbanu Natəvan və s. əsərləri də təqdim olunub.

Qeyd edək ki, Azərbaycan əl sənətinə dair sərgi muzeydə dünya Azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramına qədər davam edəcək və sonda sərgidəki eksponatlar daimi olaraq Kokand şəhərindəki Beynəlxalq Sənətkarlıq Muzeyinin inventarına veriləcəkdir.

Muzeydə digər ölkələrin stendləri kimi daimi olaraq Azərbaycan stendi də fəaliyyət göstərəcəkdir.

image-2-1 image-3-1 image-4 image-7 image-8 image-10 image-11 image-13 image-14

Son xəbərlər

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

Bütün xəbərlər