BAKU Azərbaycan
26.53 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

7 oktyabr 2024-cü il tarixində Polşanın paytaxtı Varşava şəhərində ATƏT – Varşava İnsan Ölçüsü Beynəlxalq Konfransının nəzdində “Dağlıq Qarabağda niyə ermənilər yoxdur?” adlı yan tədbir keçirilib. Tədbir erməni rəhbərliyi altında Demokratiyanın İnkişafı Fondu (Democracy Development Foundation) və Beynəlxalq Hüquq Müdafiəsi Tərəfdaşlığı (International Partnership for Human Rights) tərəfindən təşkil edilmişdir. Tədbirdə  Qarabağla bağlı müharibə cinayətləri və insanlıq əleyhinə törədilmiş cinayət ittihamları irəli sürüldü və müəyyən təhrif olunmuş məlumatlar müzakirə olundu.

Konfransda iştirak edən əsas spikerlərdən biri Demokratiyanın İnkişafı Fondunda Ədalət və İnsan Haqları üzrə portfel meneceri Arpi Harutyunyan, Tədqiqat və Müdafiə Məsələləri üzrə əməkdaş Alen Şadunts və Ermənistan üzrə Freedom Houseun ölkə təmsilçisi Andranik Şirinyan idi. Tədbiri Beynəlxalq Hüquq Müdafiəsi Tərəfdaşlığının Proqram Direktoru Simon Papuaşvili moderator qismində idarə etmişdir.

Tədbirdə Azərbaycan tərəfinin mövqeyi nəzərə alınmadan birtərəfli ittihamlar irəli sürülmüş, ənənəvi olaraq Ermənistan tərəfi və erməni ictimai birliklərinin əlacsız şikayətləri tədbirin ümumi kontekstini təşkil etmişdir.

Tədbirdə, Polşa Azərbaycanlıları Şurasının üzvləri də iştirak etmişdir. Şura üzvü Ləman Ələkbərova və idarə heyətindən Şamo Qubadov öz çıxışları ilə tədbirin obyektivliyini sual altına qoymuşlar.

Belə ki, Şamo Qubadov, başda erməni spiker Arpi Harutyunyan və Andranik Şirinyan olmaqla digər spikerlərə, və tədbir iştirakçılarına Dağlıq Qarabağda yaşayan etnik ermənilərin Azərbaycan Konstitusiyası altında vətəndaşlıq məsələləri üzrə reinteqrasiya edilməsinin gerçəklərini sübutlarla izah etmişdir.
O qeyd etmişdir ki – “…hətta Ermənistan Baş Naziri Nikol Paşinyan yaxın günlərdə çıxışında bildirib ki, separatçı erməni liderlərinin reinteqrasiya prosesində Azərbaycan tərəfi ilə danışıqlar aparılmasına mane olur. Qarabağda yaşayan erməniləri təşvişə və xaosa sürüklüyərək onların Qarabağı tərk etməsinə səbəb olur. Bu da açıq aşkar bugünkü tədbirdə müzakirə edilən mövzuların absurd olduğu mənasına gəlir.
Əlavə olaraq Şamo Qubadov onuda qeyd edib ki, Azərbaycan tərəfi Qarabağ erməniləri üçün bir çox humanitar yardımlar təmin etmiş, alternativ ərzaq təchizatı yolları, hərtərəfli inteqrasiya planı, hətta onların qeydiyyatı üçün elektron portal belə yaratmışdır.

Əlavə olaraq onu da vurğulamışdır ki, Qarabağ ermənilərinin köçü sivil və humanitar prinsiplər çərçivəsində olsa da illər öncə indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılar vəhşiliklə və məcburi şəkildə sürgün edilmişdir. Bütün bu arqumentlərə qarşı bu tədbirdə müzakirə edilən mövzular dayanıqsızdır.”

PAŞ üzvü Laman Ələkbərova isə nitqində onu qeyd edib ki – “Niyə Qarabağda ermənilərin olmadığını danışmazdan əvvəl, 300 000-dən çox azərbaycanlının güc yolu ilə öz ata-baba torpaqlarından sürgün edilməsindən danışıb, Niyə? Hal-hazırda Ermənistanda bir nəfər belə olsun azərbaycanlı qalmadığını araşdıraraq başa düşmək lazımdır.”

Bu cür tədbirlərin obyektivliyinin təmin olunması və hər iki tərəfin mövqelərinin nəzərə alınması zəruridir. Beynəlxalq ictimaiyyətin, xüsusilə insan hüquqları təşkilatlarının belə həssas mövzulara qərəzsiz yanaşması və gerçək vəziyyəti tam əks etdirməsi vacibdir.

Video Oynadıcı

 

 

00:00

 

01:04

 

 

Video Oynadıcı

 

Son xəbərlər

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Binəqədidə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində növbəti tərbir keçirilib

Qubada “Azərbaycanda trüfel istehsalının təşviqi” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib

Bütün xəbərlər