
Varşava Azərbaycan evində 2-ci İntensiv Karyera Təlimi uğurla başa çatdı
Varşava Azərbaycan Evində keçirilən 2-ci İntensiv Karyera Təlimi uğurla başa çatıb. Bu haqda Poşa Azərbaycanlılıarı Şurasının sədri Fərid Cəfərli məlumat verib. “2 həftəlik təlimdə iştirakçılarımız yeni bilik və bacarıqlar qazandılar. Maliyyə, mühasibatlıq, MS Excel, SAP ERP, yumuşaq bacarıqlar, özünü təqdimetmə və karyera inkişafı mövzularında həm nəzəri, həm də praktiki dərslərlə dolu məhsuldar günlər keçirdik.
Təlimin təşkilində göstərdiyi dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə və Varşava Azərbaycan evinə minnətdarlığımızı bildiririk!
Təlimdə iştirak edən hər kəsi təbrik edir, gələcək karyeralarında, xüsusəndə işə qəbul müraciətlərində uğurlar arzu edirik!
Gələcək təlimlərimizdən vaxtında xəbərdar olmaq üçün bizi izləməyi və dostlarınızla paylaşmağı unutmayın!”,- deyə o bildirib.

