BAKU Azərbaycan
23.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi, Polşa Azərbaycanlıları Şurasının, Polşa Azərbaycanlıları Koordinasiya Şurasının təşkilatçılığı ilə Varşava şəhərində azərbaycanlı repçi Orxan Zeynallının iştirakı ilə 8 Noyabr – Zəfər gününə həsr olunan “40-cı Paralel-Varşava” adlı konsert proqramı keçirilib.

Repçi Orxan Zeynallının və vokalist Nərgiz Məcidlinin ifasında səsləndirilən “40-cı Paralel”, “Torpaqdan Ev” və digər rep, eləcə də musiqi nömrələri böyük maraqla qarşılanıb. Konsertə Avropanın müxtəlif şəhərlərindən 700 nəfərdən çox adam qatılıb.

Zəfər günü münasibətilə tamaşaçıları təbrik edən Orxan Zeynallı torpaqlarımızda bir daha müharibənin olmamasını arzulayıb. Konsertə dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə, təşkilatçılığa görə Polşa Azərbaycanlıları Koordinasiya Şurasına təşəkkür edib.

Konsertin növbəti günü Varşava Azərbaycan Evində Orxan Zeynallının pərəstişkarları ilə görüşü təşkil edilib. Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli və Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Mehriban Sultanova Varşava Azərbaycan Evində görüş iştirakçılarını salamlayaraq, qarşıdan gələn 8 Noyabr – Zəfər Günü, 9 Noyabr – Dövlət Bayrağı Günü, 12 Noyabr – Konstitusiya Günü və 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə onları təbrik edib.

Çıxışlarda Komitənin dəstəyi ilə dünyanın bir çox ölkələrində 8 Noyabr – Zəfər günü münasibətilə tədbirlərin təşkilinin, bu bayramın xaricdə yaşayan soydaşlarımızla birgə qeyd olunmasının əhəmiyyəti diqqətə çatdırılıb.

Tarixi zəfəri xalqımıza yaşadan, müzəffər Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan silahlı qüvvələrinə minnətdarlıq bildirilib, Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi yad edilib, qazilərə və müharibə iştirakçılarına can sağlığı arzulanıb.

Görüş Orxan Zeynallının və soydaşlarımızın səmimi söhbəti ilə davam edib. Sonda xatirə şəkli çəkdirilib.

350935103511

35133512

Son xəbərlər

Dövlət Suverenliyi Günü - Azərbaycanın mövcudluğunun və institusional davamlılığının əsasıdır

Binəqədidə 20 Sentyabr-Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib

Bakının beynəlxalq mədəniyyət və dialoq məkanı kimi rolu

" “İstisu" gündəlik qidalanmada özünəməxsus yeri olan təbii mineral sudur” – Məhsəti Hüseynova

Türk Dünyasının ortaq yaddaşı uşaqlarla gələcəyə daşınır

“Bizim birliyimiz hər birimizi gücləndirəcək”

Azərbaycanın Türk dünyası və Qafqaz arasında mənəvi körpü missiyası

Sülhə qarşı Ermənistan cəmiyyətinintəəssüf doğuran reaksiyası

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının XII konfransı keçirilib

"Xəzər Biznes Təşəbbüsü” nəzdində “Xəzər Körpüsü” Biznes-Diplomatiya Klubu yaradılıb

Diplomatik korpusun nümayəndələri Qarabağvə Şərqi Zəngəzurda

Şahin Əliyevin qələmə aldığı “Kiprdən dünyaya hayqıran səs: Zorlu Töre” kitabı nəşr olunub

Tələbə qəbulu imtahanında Binəqədi rayonu üzrə yüksək nəticə göstərən gənclərlə görüş keçirilib

Səfir Dr. Rəşad Məmmədov Özbəkistanda yaşayan Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb

Sabirin maarifçilik ideyaları və milli düşüncənin inkişafına təsiri

Holon Texnologiya İnstitutunda Azərbaycan gəncləri ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

QHT rəhbəri layihə çərçivəsində Qazaxstana səfər edib

Bakıda Cəfər Cabbarlının bədii irsinin təbliği məqsədi ilə 2 yeni kitabın təqdimatı keçirilib

Tanzania and UAE Forge a New Global Corridor with OBS One Business Season Expansion

Sabir irsi: Keçmişdən gələcəyə uzanan maarif və həqiqət yolu

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla başa çatıb

Bakı metrosu: Şəhər dəyişir, bəs yeraltı şəhər?

Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb

“Sağlam bədəndə sağlam ruh ” adlı maarifləndirici təlim keçirilib

Rəşad Məmmədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən təltif edilib

26 Avqust – Laçın Şəhəri Günü mübarək!

Yasamal rayonunda abadlıq-quruculuq və şəhərsalma tədbirləri icra edilir

Özbəkistanda Azərbaycan sərmayələrinin coğrafiyası genişlənir

26 Avqust - Laçın şəhəri günü

"Azərbaycan və Özbəkistan güclü dövlətlərdir"

Bütün xəbərlər