BAKU Azərbaycan
16.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

İyunun 5-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin cari ilin növbədənkənar sessiyasında ilk iclası keçirilib. Komitə sədri Tahir Mirkişili iclasın gündəliyinə 41 məsələnin daxil edildiyini söyləyib.

Tahir Mirkişili, əvvəlcə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib. O, qeyd edib ki, layihə ilə əlaqədar komitə üzvlərinin 9 təklifi olub və onlar qanun layihəsi təşəbbüskarı subyektinə  göndərilib. Bu təkliflərin 5-i razılaşdırılıb və qanun layihəsində öz əksini tapıb. Bildirilib ki, qanunda nəzərdə tutulan dəyişikliklərin əsas məqsədi sahibkarların hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlıdır.

Sonra komitə sədri “Kosmik fəaliyyət haqqında” Azərbaycan Respublikası qanununun layihəsini (ikinci oxunuş) təqdim edib. O, bildirib ki, qanun Azərbaycan Respublikasında kosmik fəaliyyətin hüquqi, iqtisadi və təşkilati əsaslarını, kosmik sənayedə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair ümumi tələbləri müəyyən edir və Yerətrafı orbitlərdə, Ay və digər səma cisimləri və onların orbitləri daxil olmaqla, kosmik fəzada milli fəaliyyətə aid edilən münasibətləri tənzimləyir.

Digər iki məsələni diqqətə çatdıran Tahir Mirkişili bildirib ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) yerli istehsal olunan avtomobillərin 10 il müddətinə əlavə dəyər vergisindən azad olunması ilə əlaqədar,  “Gömrük tarifi haqqında”  Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) isə işğaldan azad edilmiş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi çərçivəsində texniki vasitələrin və qurğuların istehsalı üçün idxal olunan texnologiyaların gömrük rüsumlarından azad edilməsi məqsədilə hazırlanıb.

Bu 4 qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Sonra gündəlikdəki digər 37 məsələ - Mülki Məcəllədə, Mülki Prosessual Məcəllədə, Vergi Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, İnzibati Prosessual Məcəllədə, Seçki Məcəlləsində, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 140-VQD nömrəli, “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 141-VQD nömrəli, “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 142-VQD nömrəli, “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 143-VQD nömrəli, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 144-VQD nömrəli, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 145-VQD nömrəli və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 146-VQD nömrəli qanunlarında, habelə “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Kredit ittifaqları haqqında”, “Poçt haqqında”, “Əmanətlərin sığortalanması haqqında”, “Kredit büroları haqqında”, “Valyuta tənzimi haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İcbari sığortalar haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Aqrar sığorta haqqında”,  “Tibbi sığorta haqqında”, “Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında”, “Qiymətli metallar və qiymətli daşlar haqqında”, “Publik hüquqi şəxslər haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Hesablama Palatası haqqında”, “Mühasibat uçotu haqqında”, “Dövlət satınalmaları haqqında”, “Reklam haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Büdcə sistemi haqqında”, “Auditor xidməti haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “İcra haqqında” qanunlara təklif edilən dəyişikliklər müzakirəyə çıxarılıb.

Komitə sədri Tahir Mirkişili bu məsələlərlə bağlı fikirlərini açıqlayaraq bildirib ki, son 20 il ərzində Azərbaycan iqtisadiyyatında müşahidə olunan artımda bank sektorunun dəstəyi, bu sahəyə investisiyaların qoyulması mühüm əhəmiyyət kəsb edir. O, qeyd edib ki, ölkə Prezidentinin “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” 2019-cu il 28 noyabr tarixli 1616 nömrəli Sərəncamına əsasən, Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları Mərkəzi Banka verilib. Sərəncamın 2.1-ci bəndində qanunvericilik aktlarında zəruri dəyişikliklərin edilməsi barədə təkliflərin hazırlanması nəzərdə tutulub. Bununla bağlı 37 qanun layihəsindən ibarət paket hazırlanıb, Milli Məclisə təqdim edilib.

Tahir Mirkişili bildirib ki, layihələrdə Mərkəzi Bankın İdarə Heyəti üzvlərinin sayı, üzvlərinin fəaliyyət müddəti və onların səlahiyyətləri ilə bağlı dəyişiklik öz əksini tapıb. Digər düzəlişlərdə pul siyasətinin əsas istiqamətlərində növbəti il üçün inflyasiya hədəfi və ona nail olmaq üçün istifadə olunacaq pul siyasətinin əsas alətlərinə dair məqamlar qeyd olunur. Habelə, ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən xidmət haqqı tariflərinin (interçeyncin) yuxarı həddinin müəyyən edilməsi ilə bağlı müddəalar ehtiva olunur. Tənzimləmə və nəzarət sahəsinə aid məsələlər ayrıca maddədə müəyyən edilir. Xüsusi tənzimləmə rejiminin prinsipləri, onun tətbiqi ilə bağlı qaydalar, yoxlamaların müddəti və digər bir sıra məqamlar da bu dəyişikliklərlər sırasında yer alıb.

Sonra Mərkəzi Bankın sədri Taleh Kazımov çıxış edərək, makro-iqtisadi mühitlə bağlı açıqlamalar təqdim edib. O, bildirib ki, aprel ayının sonuna olan məlumata əsasən, ölkə üzrə  Ümumi Daxil Məhsul (ÜDM) 0,1 faiz, qeyri-neft sahəsində ÜDM isə 3,7 faiz artıb. Qeyd edilib ki, Mərkəzi Bankın gözləntilərinə görə artım 2023-cü ilin sonunda ÜDM üzrə 1,8 – 2 faiz arasında olacaq, qeyri-neft sahəsində isə ÜDM 5,7 faizə çatacaq. Taleh Kazımov illik inflyasıyanın 12,8 faiz təşkil etdiyini və bunun əsasən qiymətlərin artımı ilə bağlı olduğunu söyləyib. Mərkəzi Bankın proqnozlarına əsasən ilin sonuna inflyasiyanın 8,3 faiz olacağını deyib. O, ölkənin strateji valyuta ehtiyatlarının 12 faiz artaraq, 66 milyard ABŞ dolları, Mərkəzi Bankın ehtiyatların 2,2 faiz artaraq 9,2 milyard ABŞ dolları təşkil etdiyini qeyd edib.

Bildirilib ki, ümumiyyətlə, bank sektoru 45,6 milyard manat həcmində aktivlərdən ibarətdir. Kreditin həcmi 4 faiz artaraq 20 milyard manata çatıb, depozit bazasında (hüquqi və fiziki şəxslər) 5 faizdən çox artım olub. Sığorta sektorunda da ötən 4 ay ərzində artımın müşahidə olunduğu, sığorta haqlarının artımının 30 faiz, sığorta ödənişlərində isə 33 faiz artım olduğu nəzərə çatdırılıb. Həmçinin, qiymətli kağızlar bazarında da müsbət inkişafın qeydə alındığı söylənilib.

İclasda Mərkəzi Bankın Baş direktoru Gülər Paşayeva qanunlara təklif edilən dəyişikliklərin mahiyyəti barədə məlumat verib. Bildirilib ki, qanun layihələrinin əsas məqsədi maliyyə bazarlarında tənzimləmə və nəzarət sisteminin müasir çağırışlara uyğun olaraq təkmilləşdirilməsi və effektivliyinin artırılması, mərkəzi bankçılığın hüquqi əsaslarının daha da möhkəmləndirilməsidir. Layihələr üzərində hazırlıq prosesində beynəlxalq təcrübə, Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun tövsiyələri nəzərə alınıb.

Diqqətə çatdırılıb ki, Mərkəzi Bankın məqsəd və funksiyalarının genişləndirilməsi ilə bağlı dəyişikliklərdə maliyyə bazarlarının fəaliyyətinin sabitliyi və dayanıqlığının  təmin edilməsi, tənzimləmə və nəzarətin həyata keçirilməsi, ödəniş sistemlərinin sabit, təhlükəsiz və effektiv fəaliyyətinin təmin olunması, istehlakçıların və investorların hüquqlarının qorunması üçün tədbirlərin görülməsi və maarifləndirmə işlərinin aparılması kimi funksiyaların əlavə edilməsi təklif olunur.

Bildirilib ki, sənədlərdə Mərkəzi Bankın iqtisadi və əməliyyat müstəqilliyini təmin edən normaların təkmilləşdirilməsinə aid hesabatlılıq, şəffaflıq və məsuliyyət prinsiplərinin əsas götürüldüyü düzəlişlər də nəzərdə tutulub. Habelə, makroiqtisadi sabitliyin və maliyyə bazarlarının sabitliyinin təmin olunması məqsədilə kredit təşkilatları tərəfindən Mərkəzi Bankda saxlanan məcburi ehtiyatlara görə faizlərin ödənilməsi imkanının yaradılması, pul nişanlarının dəyişdirilməsinə dair tələblərin təkmilləşdirilməsi ilə bağlı dəyişikliklər öz əksini tapıb. Bununla yanaşı, Mərkəzi Bankın İdarə Heyəti üzvlərinin sayının 7-dən 9-a artırılması təklif olunur.

Qeyd olunub ki, maliyyə bazarlarının tənzimlənməsi və nəzarəti sahəsində dəyişikliklərdə yoxlamalarla bağlı bütün prosedurların, o cümlədən yoxlamaların planlaşdırılması, keçirilməsi, tərəflərin hüquq və vəzifələrinin müvafiq qanunvericiliklə  tənzimlənməsi, nəzarət subyektlərinin yerli filial, şöbə və nümayəndəliklərinin açılması prosesinin sadələşdirilməsi və digər məsələlər öz əksini tapıb. Eyni zamanda, hesabatların düzgünlüyünün və mötəbərliyinin yerində monitoringi məqsədilə Mərkəzi Bankın öz əməkdaşları arasından nəzarət subyektlərinə səlahiyyətli nümayəndələr təyin etməsi, maliyyə texnologiyalarının xüsusi nəzarət altında test edilməsi və xüsusi tənzimləmə rejiminin tətbiqinə dair müddəalar ehtiva olunur.

Qanun layihələrində, həmçinin, bank olmayan kredit təşkilatlarının, valyuta mübadilə məntəqələrinin fəaliyyətinin hüquqi əsaslarının təkmilləşdirilməsi, kapital bazarının stimullaşdırılması, sığorta bazarının inkişaf etdirilməsi məsələləri ilə bağlı düzəlişlərin də yer aldığı bildirilib.

Sonra komitə sədrinin müavini Əli Məsimli, üzvləri Vahid Əhmədov, Vüqar Bayramov, Rüfət Quliyev, Ziyad Səmədzadə, Məzahir Əfəndiyev, Mahir Abbaszadə, İqbal Məmmədov, Aydın Hüseynov, iclasda iştirak edən Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, Azərbaycan Makromaliyyə Assosiasiyasının Müşahidə Şurasının sədri Cəlal Əliyev çıxış edərək, qanun layihələri barədə öz fikirlərini, bəzi qeyd və təkliflərini söyləyiblər. Çıxışlarda qanunlarda nəzərdə tutulan dəyişikliklər müsbət qiymətləndirilib.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov öz çıxışında İnzibati Xətalar Məcəlləsində, digər qanunlarda geniş dəyişikliklərin edildiyi, burada “müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum” sözlərinin  “Azərbaycan Respublikasının Mərkəzi Bankı” sözləri ilə əvəz edildiyini deyib. Bunun gələcəkdə hesabatlılığın daha yaxşı təmin olunması, şəffaflığın artırılması istiqamətində müsbət addımlar olduğunu söyləyib.

Sonra Mərkəzi Bankın sədri Taleh Kazımov qaldırılan məsələlərə aydınlıq gətirib, sualları cavablandırıb.

Müzakirələrin sonunda təqdim olunan bu 37 qanun layihələri də baxılmaq üçün Milli Məclisin iclasına tövsiyə olunub.


İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında

Son xəbərlər

Prezident İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul edib

Beynəlxalq Diaspor Mərkəzi “Azərbaycan-Rusiya münasibətləri – yeni reallıqlar” mövzusunda dəyirmi masa keçirdi

Azərbaycan - Almaniya  münasibətlərinin inkişafinda böyük perspektivlər

Deputat QDİƏT-in iclasında Azərbaycanın enerji sahəsindəki təsirli rolunu diqqətə çatdırıb

Brest qalasının müdafiəsinin qarşıdan gələn 83-cü ildönümünə həsr olunmuş “Sonuncuya qədər dayan!” adlı tədbir keçirilib

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

COP29 həmrəylik və əməkdaşlıq platformasıdır         

Sankt-Peterburq şəhərində “Heydər Əliyevin həyatının 100 anı” kitabının təqdimat mərasimi keçirilib

Əmmanda turizm sərgisi keçirildi – Fotolar

Afinada beynəlxalq konfransda Ermənistanın dağıtdığı Azərbaycan məzarları barədə məsələ qaldırılıb

Türkiyənin qabaqcıl 50 klinikası və məşhur həkimləri Bakıda toplanacaq

“Azərbaycan Diaspor Könüllüləri” proqramı çərçivəsində diaspor nümayəndələri ilə görüş keçirilib

“60 çiçək – bir çələng” Zəfər almanaxının təqdimatı keçirildi

Azərbaycanlı gənc Moskva vilayətində keçirilən gözəllik müsabiqəsinin qalibi olub

Şəhid Rəşad Zeynallının mövludu keçrilib

Varşava Azərbaycan Evində şahmat dərsləri keçiriləcək

Regionlarda su təminatı məsələləri həll edilir

Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub göndərib

Şirvan suvarma kanalından minlərlə insan faydalancaq

Fransadakı Azərbaycan diasporu risk altında fəaliyyət göstərir - Fuad Hüseynzadə

“Radikal müxalifətin mötəbər tədbirlər ərəfəsində fəallaşması təsadüfi deyil”

Dövlət Gömrük Komitəsinin Akademiyasında Dövlət Gömrük Komitəsi yanında İctimai şuranın üzvləri ilə görüş keçirilib

Çində Azərbaycan dili virtual formada tədris olunacaq

“Yaşıl dünya naminə həmrəylik ili“ ilə bağlı layihə davam edir

Akademık Zərifə Əliyeva – nurlu ömrün qürurlu  salnaməsi

"Görkəmli oftalmoloq alim Zərifə Əliyevann hayatının hər bir anı mənəvi kamillik və müdriklik məktəbidir"

Dövlət Gömrük Komitəsi yanında İctimai şuranın üzvləri şəhid gömrük əməkdaşının ailəsini ziyarət ediblər

Türkiyədə Türk Birliyi ilə bağlı daha bir addım

Şəhid ailələri və müharibə iştirakçılarının sosial təminatı ilə bağlı sorğunun nəticələri açıqlanıb

Nazirlik və QHT Agentliyi birgə ağacəkmə aksiyası təşkil edib - FOTO

Bütün xəbərlər