BAKU Azərbaycan
21.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

"Ölkəmizdə ilin sonuna kimi inflyasiyanın aradan qaldırılması üçün cənab Prezident tərəfindən ciddi tapşırıqlar verildi. Qeyd edim ki, ölkəmizdə inflyasiyanın ikirəqəmli olmasının müxtəlif səbəbləri var". 

Bu fikirləri Xeber7.az-a Milli Məclisin deputatı Mahir Abbaszadə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə səslənən fikirləri şərh edərkən bildirib.

Millət vəkili bildirib ki, hökumət inflyasiya ilə bağlı ciddi tədbirlər görməlidir: 

"Azərbaycanın bütövlükdə iqtisadi potensialı və iqtisadi sahədə əldə edilmiş nəticələr fonunda inflyasiyanın 12 faiz səviyyəsində olması, əlbəttə ki, arzuolunan deyil və bu istiqamətdə ciddi işlər aparılmalıdır. Yəni, süni amillər aradan qaldırılmalıdır. Müşahidə olunan qiymət artımları bəzi hallarda süni şəkildə həyata keçirilir. Azərbaycan hökuməti, xüsusilə uyğun nazirliklər tərəfindən bu halların qarşısı alınmalıdır".

Millət vəkili qeyd edib ki, inflyasiyanın ikirəqəmli olması insanların sosial vəziyyətinə olduqca ağır təsir edir: 

"Çünki ötən il əhalinin real minimal dəyərləri təxminən 20 faiz olub. Amma inflyasiya 14 faiz olduğuna görə əhalinin real gəlirləri 6 faiz təşkil edib. İnflyasiyanın ikirəqəmli olması əhalinin gəlirlərinə mənfi təsir göstərir və gəlirlərinin azalmasına səbəb olur. Digər tərəfdən, inflyasiyanın yüksək olması sosial müdafiə ehtiyacı olan ailələrə olduqca mənfi təsir göstərir. Düzdür, inflyasiyanın mənfi təsirlərinin aradan qaldırılması üçün dövlət başçısı tərəfindən bir neçə dəfə sosial paket həyata keçirilib. Amma qiymətlər sürətlə qalxdıqca, inflyasiya prosesi dərinləşdikcə, sosial müdafiəyə ehtiyacı olan insanların yaşamasında müəyyən çətinliklər ortaya çıxır. Ona görə Cənab Prezident tərəfindən verilmiş tapşırıq hökumət tərəfindən düzgün və vaxtından həyata keçiriləcək. Biz ilin sonuna qədər yəqin ki ölkəmizdə birrəqəmli inflyasiyanın olmasının şahidi olacağıq".

Son xəbərlər

Qarabağdakı təhlükə mənbəyinin sonu

Taleyi ilə tarixi dəyişdirənlər

Qərbi Azərbaycan haqqında kitabın və sosialoji-tədqiqatın nəticələri ilə bağlı hesabatın təqdimatı keçirilib

“Peşə təhsilindən okean sularına qədər” məsafə başa çatdı

Müasir Azərbaycanın tarixinə yazılan növbəti Şanlı Zəfər

“Su anbarları və Xəzərlə əlaqəsi olan çay və kollektorlara balıq buraxılması vacibdir”

Saatlı rayonunda “Axısxa türkləri - Azərbaycanın sosial və mədəni həyatında rolu” adlı tədbir keçirildi

Qarabağda uğurlu antiterror tədbirləri

“Qarabağ iqtisadi rayonu ərazisində olan su hövzələrimizin mütəmadi olaraq monotorinqi aparılmalıdır”

Bioresursların qorunmasında hansı səmərəli üsullardan istifadə edilməlidir?

Novorossiyskdə 31-ci milli mədəniyyətlər festivalında Azərbaycan mətbəxi diqqət çəkib

Sağlam Qidalanma və Qida Təhlükəsizliyi 2-ci Respublika Forumu keçirildi - FOTO

İnsan alverinə həsr olunan “Saxta elanlara aldanma” adlı film təqdim olundu

DƏYİŞMƏZ VƏ ƏBƏDİ DƏYƏRLƏR

Səmərəli əməkdaşlığın siyasi göstəriciləri

“Axısxa Türkləri - Azərbaycanın sosial və mədəni həyatında rolu” adlı tədbir keçirildi

Mərkəzi Asiya ölkələri ilə perspektivli körpü

Xankəndini tərk edən erməni kamera qarşısında çətin anlar yaşadı, dili topuq vurdu - VİDEO

Şamaxıda “Erkən nikah - sağlam gələcək!” adlı layihə icra olundu

Su hövzələrinin təmiz saxlanması və qorunması aktuallaşır

Milli Mədəniyyətin Təbliği İctimai Birliyi növbəti layihəsinin yekun toplantısını keçirib

Seyfəddin Dağlının “Gəcil qapısı” romanının təqdimatı keçirilib

Xarizmatik lider və telefonçu baş nazir

Qərbi Azərbaycanda erməni oğurluğu

Qaxdakı tarix-diyarşünaslıq muzeylərinin fəaliyyəti araşdırılıb

“Güney Azərbaycana işıq tutan tədqiqatlar”

Ermənistanın hoqqabazlığı əks-təsir verməyə, qurduğu oyunlar öz başında çatlamağa başlayır – Ekspert

Dilini itirən xalq məhvə məhkumdur

Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə Milli Məclisə Rəqabət Məcəlləsinin layihəsi daxil olmuşdur

“Partiya funksionerinin politoloji terminlərdən xəbərsizliyi trajikomik haldır”-Nurlan Qələndərli

Bütün xəbərlər