BAKU Azərbaycan
26.52 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycan Vətən müharibəsində qazandığı misilsiz qələbə və yaratmış olduğu yeni reallıqlarla dünyada güclər balansını tamamilə dəyişdirmişdir. Aydın məsələdir ki, qütbləşən və konfliktlər mənbəyinə çevrilən beynəlxalq münasibətlər sisteminin fonunda yeni dünya nizamı formalaşır. Bu baxımdan ölkəmiz dünyada iqtisadi, siyasi gücü ilə bərabər beynəlxalq təsisatlarda günbəgün artan nüfuzu ilə də xüsusi diqqət çəkir. Dövlət Başçısı cənab Prezident İlham Əliyevin Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısındakı çıxışı və Ona göstərilən xüsusi diqqət ölkəmizə qarşı göstərilən yüksək münasibətin növbəti təzahürü idi. 
Bu fikirləri saytımıza açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Deputat açıqlamasında bildirib ki, Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında təmsil olunmaq Azərbaycan üçün əlamətdar hadisədir. Sözügedən fakt dostluq və qardaşlıq əlamətidir. Sammitdə Azərbaycanın iştirakı ölkələrimiz arasında birliyi nümayiş etdirir. Ölkəmiz 2006-cı ildən Ərəb Dövlətləri Liqasının müşahidəçi statusunda üzvüdür. Müsəlman ölkələri arasında münasibətlərin inkişafı baxımından Azərbaycan Ərəb Dövlətləri Liqasına üzv olan ölkələrlə  əməkdaşlığa xüsusi önəm verir. Bu baxımdan deməliyik ki, multikultural dəyərlərin hökm sürdüyü və əhalisinin mütləq əksəriyyəti müsəlman olan bir ölkə kimi Azərbaycan beynəlxalq siyasi arenda İslam həmrəyliyinə kifayət qədər töhfə verməsi ilə xüsusi seçilir. Azərbaycan bütün beynəlxalq forumlarda müsəlman qardaşlarına öz dəstəyini əsirgəməyib. Ölkəmiz İslam həmrəyliyinə kifayət qədər töhfə verib. 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilmiş və Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmişdir. Bu idman tədbiri həmrəylik,  dostluq bayramına çevrilmiş və ölkəmizdə xüsusi təntənə ilə keçirilmişdir.
Ölkəmizin beynəlxalq təsisatlarda artan nüfuzunu vurğulayan millət vəkili Tamam Cəfərova qeyd edib ki, ölkə başçısı cənab İlham Əliyevin toplantıya evsahibliyi edən Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə tədbirin açılış mərasimində fəxri qonaq statusunda iştirakı və çıxışının xüsusi diqqətlə dinlənilməsi ölkəmizə və onun Liderinə göstərilmiş ən yüksək hörmət və diqqətin açıq nümayişi idi. Şübhəsiz ki, cənab Prezidentin bu toplantıya fəxri qonaq statusunda dəvət olunması ölkəmizin siyasi, iqtisadi gücünü, benəlxalq arenadakı nüfuzunu nümayiş etdirməklə yanaşı,  ermənipərəst Fransanın iç üzünün dünyaya nümayiş olunması baxımından mühüm əhəmiyyət kəsb edirdi. Həm daxili, həm də xarici auditoriya ölkə Başçımızın çıxışında vurğuladığı tarixi faktların fonunda Fransa və Ermənistan arasındakı həmrəyliyin və doğmalığın eyni qəddarlıq və zorakılıqdan qaynaqlandığını gördü. Cənab Prezidentin çıxışında vurğuladığı məqamları bir daha xatırlatmaq lazımdır: “Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır. Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmışdır. Bu müharibə 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnmişdir. Gələcəkdə belə faciələrin qarşısının alınması üçün əlimizdən gələni etməliyik”. 
Müqayisə üçün qeyd edək ki, fransızlar Əlcəzairdə  5 milyondan çox, oxşar senari ilə Ermənistan Azərbaycanın tarixi torpaqlarında bir milyondan çox mina basdırmşdır. Bu fakt özlüyündə Fransa və Ermənistan arasında kifayət qədər vacib “oxşarlıq” olduğunu əyani şəkildə göstərir. Şübhəsiz ki, bütün bu qəddarlıq və zorakılıq islamafob yanaşmanın nəticəsidir. Bir məsələni də xüsusilə qeyd etmək lazımdır ki, bütün bu vəhşilikləri törədən Fransa Paris muzeylərində ölkəsinin müstəmləkəsi olan xalqların 21 min nümayəndəsinin  kəllə sümüyünü nümayiş etdirir. Həmin sümüklərdən 500-nün əlcəzairlilərə məxsus olduğu məlumdur. Bu gün Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mütəmadi olaraq kütləvi məzarlıqlar, skeletlər aşkarlanır. Bütün bu faktlar Fransa və Ermənistan arasında “oxşarlıqlar”ın mövcud olduğunu ortaya qoyur. Ən vacib məsələ isə ondan ibarətdir ki, bu qəddar, vandal ölkələrin heç biri törətdikləri cinayətlərə görə cavab verməyib.  Göründüyü kimi, xarici siyasətdə Fransanın əsas xəttini ikili standartlar və riyakarlıq təşkil edir. Bu riyakarlıq isə bu gün demokratiya və insan haqları adı altında pərdələnir. İnanırıq ki, dünyada dəyişən güclər balansı bu ölkələrin törətdikləri cinayətlərə görə beynəlxalq hüquq qarşısında cavab verməsini təmin edəcək.  Millət vəkili Tamam Cəfərova belə deyib.

Son xəbərlər

2 nömrəli Bakı Baza Tibb kollecində məişət zorakılığının qarşısının alınması haqqında tədbir keçirilib

"Xocalı harayı" kitabının təqdimatı olub

Kitablar səltənətinin inciləri: Mirvarid Dilbazi “Anam yadıma düşdü”

Hicama terapiyası gələcəyin sağlam həyatıdır

Şuşa Bəyannaməsinin strateji mesajı

Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi

İstanbulda Türk DEGS Mərkəzində Heydər Əliyevin Tarixi Rolu Anılıb

Qurtuluşdan inkişafa: müstəqil Azərbaycanın strateji yolu

Elxan Qəmbərov: “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının simvoludur”

Binəqədidə “Milli qurtuluşdan başlanan tərəqqi və zəfər yolu” adlı tədbir keçirilib

Kitablar səltənətinin inciləri: Əhməd Cavad “Çırpınırdın Qara dəniz”

Yasamal rayonunda “Məişət zorakılığına yox!” layihəsi çərçivəsində tədbir keçirilib

YAXŞI ADAM...

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirildi

Cənubi Qafqaz əməkdaşlıq zonasına çevrilir

Şəhidin xatirəsinə həsr olunmuş “Göylər mələyi” adlıxatirə gecəsi keçirildi

Sankt-Peterburqda Azərbaycan-Rusiya biznes dialoqu keçirilib

“Cəfər Cabbarlı – Müasirimizdir” adlı layihənin icrasına başlanılıb

Ölkədə ilk dəfə “Təbiətin Dostları” Festivalı keçirildi

Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının rəsmi açılışı keçiriləcək

QHT “Regionlarda qadınlarla iş” layihəsinin icrasına başlayıb

“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrasına başlanıldı

Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə

Uşaqlara mərhəmət, qayğı, şəfqət

Biz həmişə sizinləyik xeyriyyə aksiyasi keçirildi

Prezident İlham Əliyevin sülhə, regional sabitliyə və beynəlxalq əməkdaşlığa yönəlmiş siyasəti Qlobal Həmrəylik Şurası tərəfindən yüksək qiymətləndirilir

“Həqiqəti demək borcumdur: mənim tanıdığım Adil Əliyev”

Eko Aləm İctimai Birliyi Hacıqabul və Çala göllərində araşdırmalar həyata keçirib

Şneor Seqal və onun kimi düşünənlər anlamalıdırlar ki, Azərbaycan kiminsə şəxsi dini laboratoriyası deyil

Bütün xəbərlər