BAKU Azərbaycan
27.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

 Vətən müharibəsində Böyük Qələbə Ali Baş Komandan İlham Əliyevə dünya azərbaycanlılarının sevgisini və inamını daha da artırıb

 Bu gün dünya azərbaycanlıları Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəşadəti və əmrilə Milli Ordumuzun torpaqlarımızı işğaldan azad etməsinə görə ən xoş anlarını yaşayır. Hər bir soydaşımız azərbaycanlı olmağına görə milli qürur hissi keçirir. 44 günlük Vətən müharibəsi azərbaycançılığımızın-milli kimliyimizin gücünü dünyaya göstərdi. Həmin günlərdə erməni vandallığı insanlarımızı daha da birləşdirdi, siyasi baxışından asılı olmayaraq hər kəs bir çatı altında toplaşdı, ordumuzun göstərdiyi şücaət soydaşlarımızı daha da ruhlandırdı. Bütün bunlar bir daha göstərdi ki, torpalaqrımızın işğaldan azad olunması üçün dünya azərbaycanlıları ayaqda idi. Vətən müharibəsində əldə olunmuş Qələbə effektiv ordu quruculuğu siyasətinin və iqtisadi inkişafın nəticəsidir. Uzun illər ərzində Azərbaycan danışıqlar masasında prinsipiallıq göstərərək, eyni zamanda, güclü ordu yaradırdı. Ordu quruculuğu hər zaman Prezident İlham Əliyevin dövlət siyasətinin prioritet istiqaməti olub. Bütün illər ərzində dövlətin büdcə xərclərinin əsasını məhz hərbi xərclər təşkil edib. Ordunun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi. Bir ölkədən asılı olmamaq üçün hərbi texnika bir çox mənbələrdən alınıb. Vətən müharibəsi göstərdi ki, Azərbaycanda silahlanma siyasəti düzgün aparılıb.

Müstəqillik əldə edildikdən sonra Azərbaycanda ordu quruculuğu istiqamətində güclü iş aparılıb. Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına Qələbəni bəxş etmiş müzəffər Orduya çevrilib.

Ərazi bütövlüyümüzün bərpa olunması Milli Ordunun qarşısında duran əsas vəzifə idi. Məhz buna görə də ordu buna hazırlanırdı. Azərbaycan dövləti heç zaman müharibə istəmirdi. Lakin Ermənistanın cəbhədə törətdiyi təxribatlar Azərbaycanı anti-terror əməliyyatı keçirməyə məcbur etdi. Bu gün fəxrlə deyə bilirik ki, Cənubi Qafqazın ən qüdrətli ordusu Vətən müharibəsində öz missiyasını uğurla başa vurdu.

Vətən müharibəsi günlərində hər bir azərbaycanlı əzəli torpaqlarımız olan Qarabağ yolunda canını verməyə hazır idi. Bu gün də soydaşlaarımzı buna hazırdırlar. Xalq və ordu birliyi Vətən müharibəsi günlərində bir daha özünü göstərdi. Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi. On minlərlə insanın orduya könüllü kimi yazılması, eləcədə təxribatlar zamanı öz evlərinin tərk etməməsi faktı Azərbaycanda xalq-ordu birliyi və orduya olan inamından xəbər verir.

Ali Baş Komandanın hər hansı çağırışınıza soydaşlarımız qürur hissi ilə əməl edirlər. Vətən müharibəsi zamanı Azərbaycan xalqı “İrəli” əmrini gözləyirdi. Azərbaycan xalqı Qələbəni 30 ilə yaxın müddət ərzində gözləyirdi, 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib.

Bu tarixi Qələbə Azərbaycan xalqının yaddaşında unudulmaz izlər buraxdı. Böyük Qələbə münasibətilə xalqı təbrik edən Prezident İlham Əliyevin müraciətində qeyd edildiyi kimi, Zəfərimiz qürurumuzdur: “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür! Bu Qələbəni biz döyüş meydanında qazandıq. Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir”.

Ölkədəki və xaricdəki soydaşlarımız hər zaman Azərbaycan dövlətinə və Prezidentə arxalanaraq öz fəaliyyətini qürurla davam etdirirlər. Vətən müharibəsində şanlı Qələbə Ali Baş Komandan İlham Əliyevə dünya azərbaycanlılarının sevgisini və inamını daha da artırıb. Dövlətimizin başçısı hazırda diplomatik cəbhədə də qətiyyətli addımlar atır. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesində Brüsseldə, Praqada, Soçidə əldə olunan uğurlar məhz cənab Prezidentin diplomatik səyləri nəticəsində mümkün olub.  

 

Nurullayeva Zenfira İslam qızı

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

Son xəbərlər

2 nömrəli Bakı Baza Tibb kollecində məişət zorakılığının qarşısının alınması haqqında tədbir keçirilib

"Xocalı harayı" kitabının təqdimatı olub

Kitablar səltənətinin inciləri: Mirvarid Dilbazi “Anam yadıma düşdü”

Hicama terapiyası gələcəyin sağlam həyatıdır

Şuşa Bəyannaməsinin strateji mesajı

Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi

İstanbulda Türk DEGS Mərkəzində Heydər Əliyevin Tarixi Rolu Anılıb

Qurtuluşdan inkişafa: müstəqil Azərbaycanın strateji yolu

Elxan Qəmbərov: “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının simvoludur”

Binəqədidə “Milli qurtuluşdan başlanan tərəqqi və zəfər yolu” adlı tədbir keçirilib

Kitablar səltənətinin inciləri: Əhməd Cavad “Çırpınırdın Qara dəniz”

Yasamal rayonunda “Məişət zorakılığına yox!” layihəsi çərçivəsində tədbir keçirilib

YAXŞI ADAM...

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirildi

Cənubi Qafqaz əməkdaşlıq zonasına çevrilir

Şəhidin xatirəsinə həsr olunmuş “Göylər mələyi” adlıxatirə gecəsi keçirildi

Sankt-Peterburqda Azərbaycan-Rusiya biznes dialoqu keçirilib

“Cəfər Cabbarlı – Müasirimizdir” adlı layihənin icrasına başlanılıb

Ölkədə ilk dəfə “Təbiətin Dostları” Festivalı keçirildi

Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının rəsmi açılışı keçiriləcək

QHT “Regionlarda qadınlarla iş” layihəsinin icrasına başlayıb

“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrasına başlanıldı

Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə

Uşaqlara mərhəmət, qayğı, şəfqət

Biz həmişə sizinləyik xeyriyyə aksiyasi keçirildi

Prezident İlham Əliyevin sülhə, regional sabitliyə və beynəlxalq əməkdaşlığa yönəlmiş siyasəti Qlobal Həmrəylik Şurası tərəfindən yüksək qiymətləndirilir

“Həqiqəti demək borcumdur: mənim tanıdığım Adil Əliyev”

Eko Aləm İctimai Birliyi Hacıqabul və Çala göllərində araşdırmalar həyata keçirib

Şneor Seqal və onun kimi düşünənlər anlamalıdırlar ki, Azərbaycan kiminsə şəxsi dini laboratoriyası deyil

Bütün xəbərlər