Dünya
22.11.2022 / 15:45
“Qazprom“: Ukrayna vasitəsilə Moldovaya qaz tədarükü azaldılacaq
“Qazprom” Moldovaya Ukrayna vasitəsilə qaz tədarükünün azaldılmasına başlayacağını açıqlayıb.
APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə şirkətdən bildirilib.
Qeyd olunub ki, şirkət tərəfindən “Moldovaqaz”la müqavilə əsasında Moldova istehlakçılarına çatdırılması nəzərdə tutulan Rusiya qazının Ukraynada “oğurlandığı” qeydə alınıb: “Ukrayna vasitəsilə Moldovaya qaz tədarükündə disbalans saxlanılacağı təqdirdə, bazar ertəsindən etibarən Ukrayna vasitəsilə tədarükün azaldılmasına başlayacağıq”.