BAKU Azərbaycan
23.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Özbəkistanda 2022-ci il üzrə Azərbaycana dair elan edilmiş müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzində 31 dekabr - dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib, Özbəkistanda 2022-ci il üzrə Azərbaycana dair elan edilmiş müsabiqənin qaliblərinə  mükafatlar təqdim edilib.

Tədbirdə Azərbaycanın Özbəkistandakı Səfirliyi, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti, Özbəkistan Jurnalistlər Birliyinin rəhbərliyi, Özbəkistanın elm, mədəniyyət, incəsənət xadimləri, təhsil sahəsinin nümayəndələri, yerli azərbaycanlılar, ali məktəblərin müəllim və tələbələri, jurnalistlər iştirak ediblər.

Əvvəl qonaqlar ulu öndər Heydər Əliyevin Mədəniyyət Mərkəzinin qarşısındakı abidəsi önünə gül-çiçəklər düzüb, xatirəsini ehtiramla yad ediblər.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov giriş çıxışında azərbaycanlıların həmrəylik günü haqqında məlumat verib, qeyd edib ki, 1991-ci il dekabr ayının 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin birinci iclasında Ulu öndər Heydər Əliyevin Qərarı ilə dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilib.

Diplomat vurğulayıb ki, soydaşlarımızın həmrəyliyi və onların Azərbaycançılıq ideyası ətrafında birləşdirilməsi layihəsi məhz, ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında ən böyük tarixi xidmətlərindən idi. Samir Abbasov bugün həmrəylik bayramının dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlının bayramı olduğunu qeyd edib.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov yola saldığımız 2022-ci ilin Azərbaycan-Özbəkistan münasibətləri üçün uğurlu il olduğunu, bir ildə Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana üç dəfə səfər reallaşdırdığını, dövlətlərimiz strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini, Daşkənddə Mirabad rayonunda Heydər Əliyev xiyabanının açılışı olduğunu qeyd edib.

O, 2022-ci ildə Azərbaycanın qazandığı nailiyyətlər barədə danışaraq, Şuşa ili münasibəti ilə həyata keçirilən layihələr barədə məlumat verib, hazırda işğaldan azad edilmiş rayonlarda Qarabağda və Şərqi Zəngəzurda aparılan tikinti və təmir işlərinə toxunub. Diplomat erməni işğalından azad edilmiş bölgələrdə geniş quruculuq işlərinin reallaşdırıldığını, iki beynəlxalq hava limanı - Füzuli və Zəngilan hava limanlarının açıldığını və  hazırda Azərbaycanın Laçın rayonunda üçüncü beynəlxalq hava limanın tikildiyini qeyd edib.

Özbəkistan Jurnalistlər İttifaqının rəsmisi, tanınmış jurnalist Akbar Maqdiyev ölkələrimiz arasında mədəniyyət və jurnalistika sahələrində əlaqələrin durmadan inkişaf etdiyini bildirib, Azərbaycan Mədəniyyət Mərkəzinin bu istiqamətdə böyük işlərə imza atdığını, Özbək mətbuatı ilə sıx əməkdaşlığın qurulduğunu bildirib. Ötən il Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanın media təmsilçiləri, Yazıçılar Birliyinin rəhbərliyi və özbək şairlərin  mədəniyyət paytaxtımız Şuşaya səfərinin reallaşdırıldığını qeyd edən natiq xalqlarımız, dövlətlərimiz arasında yüksək səviyyəli münasibətlərdən danışıb.

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov Azərbaycan-Özbəkistan dostluğu və əməkdaşlığından danışıb, 2023-cü ildə Özbəkistanın Səmərqənd şəhərinin Ümumdünya Turizm Təşkilatı tərəfindən dünyanın turizm paytaxtı, TÜRKSOY təşkilatı tərəfindən isə Şuşa şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı elan edildiyini qeyd edib.

Sonra müxtəlif nominasiyalar üzrə Özbəkistanda 2022-ci il üzrə Azərbaycana dair elan edilmiş müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Qeyd edək ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin elan etdiyi müsabiqənin qaliblərinə Fəxri diplom və pul mükafatları nəzərdə tutulub.

 “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı” adlı nominasiya üzrə Özbəkistanın turkona.uz xəbər saytının rəhbəri Davronbek Oripov, Özbəkistanda “İnsan maraqlarının təminatı və məhəllələrin inkişafı İli” ilə əlaqədar Özbəkistanın "darakchi.uz" saytının baş redaktoru Farida İgamberdievaya xüsusi mükafatlar təqdim olunub.

“Azərbaycan-Özbəkistan dostluğu, əməkdaşlığına dair ilin televiziya verilişi” nominasiyası üzrə Özbəkistanın “Mening Yurtim 5” telekanalının “Xush ko'rdik” verilişinin jurnalisti Manuchexr Kalandarzoda, Azərbaycanın “RealTV” telekanalı “AFİŞA” verilişinin aparıcısı Ülviyyə Hüseynova, Özbəkistanın “BİZtv” telekanalının redaktoru Caloliddin Mirzayev, Azərbaycanın “CBC” telekanalının redaktoru Fuad Ağamalıyev, Özbəkistan dövlət telekanalının "O'zbekiston tarixi" verilişinin aparıcısı Dildor Xasanova, "Avtoradio" Daşkənd radiostansiyasının proqram direktoru Nazira İnoyatova mükafatlara layiq görülüblər.

Türk dövlətləri arasında  dostluq və əməkdaşlığı” təbliğ edən Özbəkistanın uza.uz Dövlət İnformasiya Agentliyinin baş redaktoru Qayrat Khonnazarov, “Cahan adabiyoti” jurnalının baş redaktoru Axmadjon Meliboev, “Toshkent Haqiqati” xəbər qəzetinin şöbə müdiri Sergey Mutinə xüsusi mükafatlar təqdim olunub.

Özbəkistanda Azərbaycana dair “İlin tərcümə layihəsi” nominasiyası üzrə Azərbaycanın tanınmış şairi Xurşidbanu Natəvanın və istiqlal şairimiz Əhməd Cavadın əsərlərini Özbək dilinə tərcüməsini həyata keçirən Özbək tərcüməçisi Shaxlo Kasımovaya təqdim edilib.

“Azərbaycan-Özbəkistan dostluq əlaqələrini təbliğ edən ilin fəal dövlət, mədəniyyət və elm xadimi” nominasiyası üzrə Özbəkistan Ali Məclisinin deputatı Gulbaxor Saydganiyeva, Özbəkistan Milli Universitetinin kafedrasının müdiri Niginahon Şermuhamedova və Daşkənd Mühəndislər İnstitutunun müəllimi Rano Kadırova təltif olunublar.

2022-ci ildə Azərbaycan-Özbəkistan dostluğu, əməkdaşlığını geniş təbliğ edən Özbəkistanın Mirabad rayonu "Dəmiryulçular" məhəllə komitəsinin sədri,  Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin təmsilçisi Mehriban Rahimova və diaspora fəalı Gulnar Mexraliyeva xüsusi mükafata layiq görülüblər.

Özbək mediasında “Türk dövlətləri arasında tarixi dostluq, iqtisadi əlaqələr və tranzit imkanları mövzusunda maraqlı analitik-ekspert çıxışı” nominasiyası üzrə Özbəkistanlı analitik-ekspertlər Abduvalı Saybanazаrov, Sharafitdin Tulegenov və “azon.uz” xəbər portalın jurnalisti Nurbek Gofurova mükafatlar təqdim edilib.

Dostluğumuzu təbliğ edən azərbaycanlı jurnalistlər də mükafatlandırılıb. Azərbaycanın Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə, Azərbaycanın “innews.media” xəbər saytının icraçı direktoru Bəhruz Məmmədov mükafata layiq görülüblər.

Sonda Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən hazırlanan bayram konserti təqdim edilib.  Konsert proqramında tanınmış müğənnilər azərbaycanlı müğənnilər Vahid Əliyev, Fatimə İsgəndərova, Rəna Əzizova, habelə Özbək müğənnilər Temur Rahmanov, Aziz Madumarov müxtəlif Azərbaycan musiqi nömrələrini ifa etmiş, “Kaykəb Əliyeva adına Azərbaycan qızları” rəqs ansamblının üzvləri  isə milli rəqslərimizi icra ediblər.

  •  

Son xəbərlər

Dövlət Suverenliyi Günü - Azərbaycanın mövcudluğunun və institusional davamlılığının əsasıdır

Binəqədidə 20 Sentyabr-Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib

Bakının beynəlxalq mədəniyyət və dialoq məkanı kimi rolu

" “İstisu" gündəlik qidalanmada özünəməxsus yeri olan təbii mineral sudur” – Məhsəti Hüseynova

Türk Dünyasının ortaq yaddaşı uşaqlarla gələcəyə daşınır

“Bizim birliyimiz hər birimizi gücləndirəcək”

Azərbaycanın Türk dünyası və Qafqaz arasında mənəvi körpü missiyası

Sülhə qarşı Ermənistan cəmiyyətinintəəssüf doğuran reaksiyası

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının XII konfransı keçirilib

"Xəzər Biznes Təşəbbüsü” nəzdində “Xəzər Körpüsü” Biznes-Diplomatiya Klubu yaradılıb

Diplomatik korpusun nümayəndələri Qarabağvə Şərqi Zəngəzurda

Şahin Əliyevin qələmə aldığı “Kiprdən dünyaya hayqıran səs: Zorlu Töre” kitabı nəşr olunub

Tələbə qəbulu imtahanında Binəqədi rayonu üzrə yüksək nəticə göstərən gənclərlə görüş keçirilib

Səfir Dr. Rəşad Məmmədov Özbəkistanda yaşayan Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb

Sabirin maarifçilik ideyaları və milli düşüncənin inkişafına təsiri

Holon Texnologiya İnstitutunda Azərbaycan gəncləri ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

QHT rəhbəri layihə çərçivəsində Qazaxstana səfər edib

Bakıda Cəfər Cabbarlının bədii irsinin təbliği məqsədi ilə 2 yeni kitabın təqdimatı keçirilib

Tanzania and UAE Forge a New Global Corridor with OBS One Business Season Expansion

Sabir irsi: Keçmişdən gələcəyə uzanan maarif və həqiqət yolu

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla başa çatıb

Bakı metrosu: Şəhər dəyişir, bəs yeraltı şəhər?

Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb

“Sağlam bədəndə sağlam ruh ” adlı maarifləndirici təlim keçirilib

Rəşad Məmmədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən təltif edilib

26 Avqust – Laçın Şəhəri Günü mübarək!

Yasamal rayonunda abadlıq-quruculuq və şəhərsalma tədbirləri icra edilir

Özbəkistanda Azərbaycan sərmayələrinin coğrafiyası genişlənir

26 Avqust - Laçın şəhəri günü

"Azərbaycan və Özbəkistan güclü dövlətlərdir"

Bütün xəbərlər