BAKU Azərbaycan
28.72 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

 

Azərbaycanın müstəqillik əldə etdiyi dövrdən etibarən, bütün ölkələrlə qarşılıqlı tərəfdaşlıq çərçivəsində qurduğu münasibətlər böyük etimada əsaslanır. Dövlətin bu istiqamətdə həyata keçirdiyi siyasət Azərbaycanın milli maraqlarını qorumaq şərti ilə beynəlxalq aləmdə xarici ölkələrlə münasibətlərin inkişafı istiqamətində xoşməramlı niyyətinin təzahürüdür. Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş əlaqələr ötən müddət ərzində siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə dinamik şəkildə inkişaf etmiş və səmərəli əməkdaşlıq daha da yüksəlmişdir. Azərbaycan dövləti reallıq prizmasından çıxış edərək, dünya dövlətləri ilə  səmərəli əməkdaşlığın davamlılığına önəm verir. Tiicarət, nəqliyyat, xüsusilə yük daşımaları, investisisiyalar, yüksək texnologiyalar, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlər mövcuddur. Azərbaycanda nəqliyyat-logistika infrastrukturunun qurulması və inkişaf etdirilməsi istiqamətində indiyədək həyata keçirilmiş irimiqyaslı layihələr boyük əhəmiyyət kəsb edir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfələr də xüsusilə qeyd edilməlidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən "Avrasiya Orta Dəhlizi: Yoldan magistrala" mövzusunda panel iclasının moderatorunun suallarını cavablandırarkən Azəbaycanın dünya ölkələri ücün önəmli rolunu bir daha ortaya qoymuş oldu. Əlbəttə ki, Davos İqtisadi Forumunda müzakirə olunan məsələlərin məzmunu enerji sahəsində əməkdaşlığın əhəmiyyətinin artdığını göstərir. Regionda nəqliyyat şəbəkəsinin genişlənməsində də fəal rol oynayan Azərbaycan mühüm tranzit-nəqliyyat qovşağına çevrilib. Ölkə ərazisindən regionun müasir geoiqtisadi və geosiyasi vəziyyətini müəyyən edən nəqliyyat və boru kəmərləri çəkilib. Belə strateji tranzit-nəqliyyat qovşağının potensialı Xəzəryanı ölkələr, eləcə də türkdilli ölkələr arasında əməkdaşlığın daha da güclənməsinə müsbət təsir göstərir. Son zamanlar Orta Dəhliz üzrə yükdaşımalara marağın artması Azərbaycanın strateji qovşaq kimi mövqelərinin daha da möhkəmlənməsinə şərait yaradır. Bu irimiqyaslı layihədə iştirak edən ölkələr arasinda etimada əsaslanan münasibətlər mövcuddur. Azərbaycan Prezidentinin bildirdiyi kimi  istənilən çoxmillətli təşəbbüsdə uğurun qazanılması üçün bu, ilkin şərtlərdən biridir. "Azərbaycan özünün Qərbində olan qonşuları Gürcüstan və Türkiyə, Şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir" – deyən Prezident bildirib ki, Qərb və Şərq arasında təbii coğrafi bağlantıya malik olduğumuz üçün biz ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırmışıq: "Azərbaycanda bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır. Yükaşırma qabiliyyəti 15 milyon ton olan dəniz limanımız 25 milyon tona qədər genişlənəcək və artıq bunun üçün vəsait ayrılıb. Çünki biz qeyd etdiyiniz səbəblərdən, mövcud və ənənəvi Şimal marşrutu vasitəsilə daşımalarda çətinliyə görə yük həcminin artmasını gözləyirik. Biz artıq Mərkəzi Asiyadan böyük həcmdə yükün istiqamətinin dəyişilməsini müşahidə edirik və bu, sadəcə, başlanğıcdır. Həmçinin əlavə etmək istərdim ki, biz bu ildən etibarən, artıq neçə illərdir neftin tranzitini təkcə Türkmənistandan yox, Qazaxıstandan da etməyə başlamışıq və bu dəhlizdən, həmçinin karbohidrogenlər üçün də istifadə etmək potensialı mövcuddur".

Məlumdur ki, Rusiya və Ukrayna arasında gedən müharibə ölkələrin Orta Dəhliz layihəsinə marağını daha da artırmışdır. Ölkəmizin ərazisindən keçən və logistik baxımdan əhəmiyyətli olan Orta Dəhliz ölkəmizə marağı daha da artırıb. Enerji daşıyıcılarının, eləcə də quru yüklərin dünya bazarına çıxışının təmin olunması üçün Azərbaycanda lazımi infrastruktur yaradılıb. Bugünki reallıqlar fonunda tranzit ölkəsi olmağın vacib oldugunu bildirən dövlət başcısı qeyd edib ki, nəqliyyat sahəsi bizə ixracımızı şaxələndirməyə imkan verəcək, çünki biz xidmət ixrac edəcəyik. Bununla yanaşı, Orta Dəhliz üzərində və Şimal-Cənub marşrutu boyu yerləşmə Azərbaycanda əlavə biznes imkanları yaradır. Tezliklə Bakıda dəniz limanının yaxınlığında yerləşən azad zonanın açılışı olacağını da Prezident İlham Əliyev anons olaraq verib: "Ümidvarıq ki, bu azad zona istehsal yeri və şirkətlərin investisiya yatırması üçün əlverişli yer olacaq. Biznes mühitinin təkmilləşdirilməsi, sözsüz ki, uğurun əsas amillərindən biridir, çünki dünyanın bütün ölkələrinin, hətta ən inkişaf etmiş ölkələrin də əlavə investisiyalara ehtiyacı var. Burada təkcə biznes mühiti kifayət deyil. Düşünürəm ki, bu, həqiqətən də unikal vəziyyətdir, zənnimcə qlobal miqyasda ən mehriban mühitlərdən biri Azərbaycanla Gürcüstan arasında, Azərbaycanla Türkiyə arasında, Gürcüstan və Türkiyə arasında münasibətlər və üçtərəfli əlaqələrdir. Yeri gəlmişkən, bizim bir neçə üçtərəfli əməkdaşlıq formatımız var. Xarici işlər, müdafiə, iqtisadiyyat nazirləri səviyyəsində, həmçinin liderlər sammiti olub. Biz artıq bunun bəhrəsini görürük".

Bildiyimiz kimi, regionda nəqliyyat şəbəkəsinin genişlənməsində də fəal rol oynayan Azərbaycan Xəzər dənizində 53 gəmi ilə ən böyük ticarət donanmasına malikdir. "Türkmənistan, Qazaxıstan, Azərbaycan, Mərkəzi Asiya ölkələri arasında dəmir yolu əlaqələri, həmçinin, onların öz aralarında lazımı əlaqələr yoxdur", - deyə Prezident bildirib: "Yeni layihələr var, məsələn, Çinin təşəbbüsü ilə başlayan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsi var ki, bu da nəticə etibarilə Xəzər dənizinə və ardınca bizim istiqamətimizə gəlib çıxacaq. Həmçinin nəqliyyat və Şərq-Qərbin üstünlükləri üzərində işləməklə yanaşı, Qərb-Şərq də mühüm əhəmiyyət kəsb edir. Hələ ki, əsas diqqət Çindən, Mərkəzi Asiyadan Xəzər dənizi vasitəsilə Avropaya yüklərin daşınmasına yönəlib, lakin biz, həmçinin yüklərin əks istiqamətdə daşınması barədə düşünməliyik. Buna nail olmaq üçün əlbəttə ki, əks istiqamətdə biznes mühiti də bizim hədəflərimizə uyğun gəlməlidir."

Təbii ki, bütün bu və ya digər amillər öz növbəsində ölkəmizin beynəlxalq tranzit imkanlarının təqdimatıdır. Müasir dünyada Prezident İlham Əliyevin uzaqgörənliklə həyata keçirdiyi regional və beynəlxalq enerji və nəqliyyat layihələrinin icra olunması ölkəmizin beynəlxalq aləmdə rolunu və gücünü daha da artırmiş olur.  

 

Vilayət İSMAYILOV, iqtisad elmləri doktoru

Son xəbərlər

Azərbaycanın Dövlət Mədəniyyət Siyasəti Türk dünyasında mədəni diplomatiyanı sistemləşdirən imperativ mexanizmlərin prioritetləşdirməsinə gətirib çıxarıb

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

Bütün xəbərlər