BAKU Azərbaycan
26.63 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

İqtisadiyyatın inkişafında sənayenin rolu xüsusi əhəmiyyətə malikdir. Çünki məhz sənayenin inkişafı məhsul istehsalında rəqabət üstünlüyünü təmin edən əsas amillərdən biri sayılır. Son zamanlar sənayenin inkişafı həm də texnologiyaların aktiv tətbiqi ilə uzlaşmaqdadır. Həm istehsal prosesi, həm də istehsal olunan məhsulun istifadəsi zamanı informasiya texnologiyalarından geniş istifadə günümüzün əsas tələbidir.
Sənaye istehsalının inkişafını göstərən əsas məhsullardan biri məhz avtomobil istehsalıdır. Dünyanın bir çox ölkələri bu sahədə ciddi rəqabət aparır. İstehlakçı zövqünü oxşamaq tələbi ilə üzləşən istehsalçıların daim yenilikləri tətbiq etmək və texnologiyaları izləmək məcburiyyətində olmaları bu prosesi kifayət qədər mürəkkəbləşdirir. Bütün bu şərtlər daxilində qardaş Türkiyənin milli “Togg” elektromobilini istehsal etməsi bu sahədə mühüm yenilikdir və Türkiyə sənayesinin inkişafına mühüm dəstək olacaq.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
O bildirib ki, ilkin hesablamalara görə, bu layihənin yaratdığı ekosistem 15 il ərzində Türkiyə Ümumi Milli Məhsula 50 milyard avro, cari hesab kəsirinə 7 milyard avro töhfə verəcək, birbaşa və ya dolayı yolla təxminən 20 min adamın işlə təmin olunmasına şərait yaradacaq: “Ümumiyyətlə, son illər Türkiyə mühəndislərinin həyata keçirdikləri texnoloji layihələr – pilotsuz uçan aparatlar, təyyarələr, helikopterlər, Altay tankı, rabitə vasitələri, avtomobil kimi layihələr sürətlə inkişaf edən dünya iqtisadiyyatında və texnologiyalarında Türkiyənin və onun dostlarının özünəməxsus yer tutmasına səbəb olmaqdadır. Azərbaycan Türkiyə ilə qardaş ölkədir, biz bir millət, iki dövlətik. Getdikcə daha çox inteqrasiya olunan iqtisadiyyatlarımız uğurlarımızın da birgə olmasını şərtləndirir”. 
Tahir Mirkişili qeyd edib ki, dövlətimizin başçısı daim yenilikləri dəstəkləyən və ona açıq olan iqtisadi siyasət yürüdür. Ölkəmizdə də avtomobil yığımı, informasiya texnologiyalarının inkişaf etdirilməsi, müdafiə sənayesi sahəsində xeyli uğurlar əldə edilib. Hər iki ölkənin texnologiyalar sahəsində aktiv əməkdaşlığının artıq şahidi olmaqdayıq. Elmi tədqiqat, birgə investisiya istiqamətində birgə düşüncələr həm Azərbaycanın, həm də Türkiyənin, bütövlükdə isə Türk dünyasının inkişafı üçün çox mühüm gələcək vəd edir.
“Azərbaycan və Türkiyə üçün milli müstəqillik ən önəmli dəyərlərdən biridir. Milli müstəqilliyi təmin edən ən vacib vasitələrdən biri isə texnoloji müstəqillikdir. Bu baxımdan Azərbaycan və Türkiyə prezidentlərinin hər iki ölkədə milli texnoloji həmlələri dəstəkləmələri bu sahələrin inkişafı üçün açar rolunu oynayır. Əminəm ki, bu istiqamətdə yeni layihələr həyata keçdikcə, iqtisadi sahədə də hər iki ölkənin əldə edəcəyi faydalar artacaq, ümumi iqtisadiyyatın daha sürətli inkişafı reallaşacaq”,- deyə deputat vurğulayıb.

Son xəbərlər

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Binəqədidə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində növbəti tərbir keçirilib

Qubada “Azərbaycanda trüfel istehsalının təşviqi” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib

Milli Birliyimizin və Dirçəlişin davamı olan gün…

Sakarya Universitetində üç nüfuzlu beynəlxalq elmi konfrans keçirildi

Müstəqil Azərbaycanın Zəfər Diplomatiyası

UFC-nin sayca 12-ci məzun buraxılışı keçirilib

“Azərbaycan idmançılarının beynəlxalq arenada qazandıqları uğurlar ölkəmizin nüfuzunun daha da yüksəlməsinə xidmət edir”

Azərbaycan gənclər təşkilatları təmsilçiləri Finlandiyada Beynəlxalq Forumda iştirak edəcəklər

"Məişət zorakılığına yox!" layihəsi çərçivəsində Yasamal rayonunda sonuncu tədbir keçirilib

Şanlı tarixdən Böyük Zəfərə aparan ordu

Güclü ordu – güclü dövlət: Azərbaycanın hərbi inkişaf strategiyası

Norveçdəki “Earth & East” festivalında Azərbaycan mədəniyyəti təqdim olunub

Azərbaycan Ordusu güclü ordular sırasındadır

Bütün xəbərlər