BAKU Azərbaycan
26.31 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və dəstəyi ilə bir qrup Özbəkistanlı KİV nümayəndəsinin növbəti dəfə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər ediblər. Səfər çərçivəsində bir çox reportaj və verilişlər hazırlanıb.
Özbəkistan Dövlət Televiziyasının «Manbalar sözləşəndə» adlı verilişi Azərbaycanın 30 ildən sonra Ermənistan işğalından azad olunmuş Ağdam, Füzuli, Şuşa və Laçın rayonlarına həsr olunmuş veriliş yayımlayıb. Aparıcı - tanınmış jurnalist Dildora Həsənova olan televiziya verilişdə azad olunmuş Azərbaycan rayonlarında işğalın ağır nəticələri, infrastrukturun tamamilə dağıdılması və Azərbaycan dövləti tərəfindən reallaşdırılan yenidənqurma layihələri geniş işıqlandırılıb.
Verilişdə ilk öncə Ağdam şəhərinin erməni işğalı zamanı dağıdılmış hissəsi ilə bağlı görüntülür verilərək erməni vandalları tərəfindən xarabaya çevrilmiş şəhəri atom silahı tətbiq olunmuş Yaponiyanın Xirosima şəhərinə bənzədilib. Materialda şəhərdə vandallığa və təhqirə məruz qalmış tarixi və dini abidələr, Ağdam Cümə məscidinin vəziyyətinə nəzər salınmış, Ağdamda həyata keçirilən yenidənqurma işləri ilə bağlı məlumat verilmişdir. Televiziya layihəsində Azərbaycan dövləti tərəfindən şəhərin sürətlə müasir tələblərə cavab veriləcək şəkildə yenidən qurulması qeyd edilib.
Daha sonra verilişdə işğaldan azad olunmuş Füzuli rayonunun ermənilər tərəfindən dağıdılmış kəndləri, tamamilə məhv edilmiş şəhərin mənzərəsi nümayiş etdirilir, işğalın dəhşətli nəticəsi heyrətlə qeyd edilib. Jurnalist reportaj hazırlayarkən təkcə binaların, infrastrukturun deyil, təbiətin də işğalçılar tərəfindən məhv edildiyini qeyd edir, qarşılaşdığı mənzərənin nə qədər dəhşətli olduğunu vurğulayır.
Verilişdə yeni qurulmuş Füzuli Beynəlxalq Aeroportu, Özbəkistan dövlətinin vəsaiti hesabına tikilmiş Füzuli şəhər Mizrə Uluqbəy adına 1 saylı orta məktəb və Füzulidə görülən yenidənqurma, tikinti işləri ilə də bağlı ətraflı məlumat verilib.
Media-tur çərçivəsində Şuşa şəhərində olan jurnalist verilişində Şuşanın Azərbaycanın qədim şəhəri olduğunu vurğulayaraq bu diyarın Azərbaycan mədəniyyətinin, musiqisinin beşiyi olduğunu qeyd edib. Şuşanın əsrarəngiz təbiətindən söz açan jurnalist D.Həsənova buranı dünyanın ən gözəl təbiətə malik bölgələrindən biri olduğunu söyləyib.
Media-turun növbəti günü Laçın şəhərinə səfər edən jurnalist şəhərdə Azərbaycan dövləti tərəfindən aparılan yenidənqurma işləri, böyük qayıdışla bağlı geniş reportaj hazırlayıb.
Qeyd edək ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və dəstəyi ilə hər il Özbəkistanın bir qrup aparıcı KİV nümayəndəsi Azərbaycanın işğaldan azad olunmuş rayonlarına səfərlər edər və reportajlar, verilişlər, sənədli filmlər hazırlayırlar.

//www.youtube.com/watch?v=hshDvvFnkxE&t=2s

image-3afe8fb6-60aa-4f7e-bd7c-ca9e9e56e428 image-5fc990ee-f4cc-4ced-923f-cc829456f9ad image-313a7aa0-179c-4595-ba8b-e3a78889b799 image-565af7a4-19b2-4c16-adf6-da1bc5b17424 image-a570ae75-9365-4567-af8c-ec0c25423491 image-aae1acc9-b9a7-42c3-b8eb-ad7003de49d3 image-ebbcb432-2784-4ddf-ad53-3a0c2b457fbd

Son xəbərlər

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Binəqədidə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində növbəti tərbir keçirilib

Qubada “Azərbaycanda trüfel istehsalının təşviqi” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib

Bütün xəbərlər