BAKU Azərbaycan
17.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

image-376876257_694506542716173_6643997761894100348_n

Rusiyanın Vladivostok şəhərində yerləşən Primorsk Filarmoniyasında müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilib.

Primorsk diyarı üzrə “Azərbaycan Konqresi” Milli-Mədəni Muxtariyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə diyarın qubernatoru, şəhər administrasiyasının, yerli ictimaiyyətin, Azərbaycan diasporunun, Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Rusiyadakı Baş konsulluğunun nümayəndələri iştirak ediblər.  

Tədbir iştirakçılarını salamlayan “Azərbaycan Konqresi” ictimai təşkilatının İdarə Heyətinin sədri Mərdan Novruzov “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinin qeyd edilməsi, harada yaşamalarından asılı olmayaraq, bütün azərbaycanlılar üçün böyük şərəfdir”, – deyə vurğulayıb.

Tədbir xalqımızın ümummilli liderinin həyat yolu və fəaliyyətindən bəhs edən filmin nümayişi ilə davam etdirilib.

image-377705352_694507186049442_6550427445768628993_n

Tədbirdə çıxış edən Primosk diyarının qubernatoru Oleq Kojemyako bildirib ki, yerli sakinlər vaxtilə SSRİ-də yüksək vəzifədə olan Azərbaycan xalqının görkəmli oğlu Heydər Əliyevin xatirəsinə böyük hörmətlə yanaşırlar: “Primorsk diyarında Heydər Əliyevi 1984-cü ildə Şərq limanı üçün əlavə maliyyə vəsaitinin ayrılması ilə bağlı qəbul etdiyi qərarlarla yaxşı tanıyır və xatırlayırlar. Bu, bizim tariximizin bir hissəsidir. Belə liderlər siyasətin vektorunu müəyyənləşdiriblər. Bu gün biz bu qərarların nə qədər düzgün olduğunu görürük”.

Qubernator qeyd edib ki, SSRİ-nin süqutundan sonra ağır və çətin proseslərlə üzləşən müstəqil Azərbaycan dövləti məhz Heydər Əliyevin hakimiyyətə gəlişi ilə güclənməyə başlayıb. Qısa müddət sonra Azərbaycan müstəqil siyasət yürüdən suveren, qüdrətli dövlətə çevrilib və Cənubi Qafqaz regionunun siyasətinə təsir gücünü əldə edib.

Onun sözlərinə görə, Primorsk diyarı üçün Azərbaycanın paytaxtı Bakı şəhərinin xüsusi yeri var: “Biz Bakını yaxşı xatırlayırıq. Sovet dövründə Bakı ən beynəlmiləl şəhərlərdən biri idi. Bu şəhərdə müxtəlif xalqların nümayəndələri mehriban və dosluq şəraitində yaşayırdılar. Vladivostok üçün Bakı həm də Ali Hərbi Dənizçilik Məktəbinin yerləşdiyi şəhər idi. Məhz bu məktəbin məzunları Rusiya donanmasında xidmət edirlər. Onlar artıq özlərindən sonrakı nəsli də yetişdiriblər. Bundan başqa, Bakı neftçilərinin, eləcə də Azərbaycan neftçilərinin Qərbi Sibir torpaqlarının ilk dəfə mənimsənilməsində böyük töhfələri var”. 

Qubernator bildirib ki, Azərbaycanla Rusiyanı tarixi köklər, dost və strateji müttəfiqlik münasibətləri birləşdirir, ona görə də heç bir qüvvə ölkələrimizin dostluğunu poza bilməz.

image-376879499_694506876049473_8482570067502916548_n

Tədbirdə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdirinin müavini Tural Səfərov, Azərbaycanın Rusiyadakı Baş Konsulluğunun vitse-konsulu Elnur Novruzov, şəhər administrasiyası başçısının müavini Darya Steqni və başqalrı çıxış ediblər. 

Diasporla iş Üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun salamını tədbir iştirakçılarına çatdıran T.Səfərov xatırladıb ki, 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Azərbaycanda və dünyanın müxtəlif ölkələrində xalqımızın görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş müxtəlif tədbirlər keçirilir: “Bu gün Rusiyada Heydər Əliyevin 100 illik yubileyini qeyd etməyimiz bir daha göstərir ki, rus xalqının Heydər Əliyev şəxsiyyətinə məhəbbət və hörməti sarsılmazdır”.

E.Novruzov xalqımızın ulu öndəri Heydər Əliyevin siyasi həyat və fəaliyyəti barədə ətraflı məlumat verib, onun misilsiz xidmətlərini nəzərə çatdırıb.

Rəsmi hissə Primorsk diyarı qubernatorunun şəhərin ictimai-mədəni həyatında iştirak edən Azərbaycan diasporunun nümayəndələrini mükafatlandırması ilə yekunlaşıb.

image-376896971_694507042716123_8664642693843928575_n

Tədbirin bədii hissəsində “Odlar yurdu” Azərbaycan xalq mahnı və rəqs ansamblının üzvləri tərəfindən milli musiqisi və rəqslərdən ibarət konsert proqramı təqdim olunub. Konsertdə həmçinin Azərbaycandan dəvət olunan sənətkarlar – Azərbaycanın xalq artisti Samir Cəfərov və müğənni Çinarə Məlikzadə Azərbaycan və rus dillərində əsərlər ifa ediblər.

Tədbir çərçivəsində Primorsk Filarmoniyasının foyesində ümummilli lider Heydər Əliyevin Rusiyanın görkəmli şəxsiyyətləri, eləcə də Baykal-Amur magistral xəttinin tikintisində iştirak etmiş inşaatçılarla görüşlərini əks etdirən fotosərgi təşkil olunub.

 image-376881290_694507046049456_1291910919881924161_n

Son xəbərlər

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

Bütün xəbərlər