BAKU Azərbaycan
24.02 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Ermənistan hakimiyyətinin yeganə xilası sülh müqaviləsinin imzalanmasından keçir. Rusiya Federasiyasının iştirakı ilə 2020-ci ilin 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatdan sonra, təəssüf ki, Ermənistan üç ilə yaxın müddət ərzində sülh müqaviləsini imzalamayıb. Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, Ermənistanın hələ də müqaviləni imzalamaması Ermənistanın ikili mövqe sərgiləməsini göstərir. Baxmayaraq ki, keçən il beynəlxalq tərəfdaşların iştirakı ilə qəbul edilmiş Bəyanatla hər iki ölkə Alma-Ata bəyannaməsinin tərəfdarı olduqlarını qeyd etdilər.
Ermənistan həmin bəyannamənin tələblərinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyünə ehtiram göstərəcəyini elan etdi. Lakin sonradan atdığı qıcıqlandırıcı addımlar, səsləndirdikləri fikirlərlə əməlləri arasındakı ciddi uçurumu göstərdi. Təxribatlara son qoyulması barədə edilən çoxsaylı çağırışlar təəssüf ki, nəticəsiz qaldı. Vəziyyət daha da mürəkkəbləşdi, Ermənistanın baş naziri qondarma “Dağlıq Qarabağ respublikasının” yaradılmasının ildönümü ilə bağlı təbrik məktubu göndərdi, sentyabrın 9-da qondarma hakimiyyət orqanlarına “seçki” keçirməklə sülhün qarşısında olduqlarını təkrar nümayiş etdirdilər.
Separatçılar tərəfindən törədilmiş təxribatların qarşısını almaq məqsədilə Azərbaycan Ordusu tərəfindən bu ilin 20 sentyabr tarixində həyata keçirilən lokal xarakterli antiterror tədbirləri qısa zaman kəsiyində öz effektini verdi. 24 saatdan da az müddət ərzində separatçılar təslim oldu. Artıq bütün əməliyyatlar başa çatıb və Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının cəmiyyətə reinteqrasiyasına nail olunması istiqamətində bütün addımlar atılır. Azərbaycanın dövlət qurumları erməni əsilli vətəndaşların hüquqlarını təmin edir və onların müraciətlərinə baxaraq qısa zaman kəsiyində həll edirlər. İnteqrasiya prosesini sürətləndirmək məqsədilə Azərbaycan Hökumətinin nümayəndəsi ilə erməni icması arasında görüşlər keçirilib.
Lakin, Ermənistan hələ də sülh müqaviləsinin imzalanması məqsədilə əməli addım atmır. Azərbaycanın iştirak etmədiyi görüşdə iştirak edir, əksinə region üçün vacib olan məsələlərin müzakirəsinə aid Bişkek görüşündə iştirakdan yayınır.
Fransa Ermənistanı uçuruma sürükləyir!
Ermənistanı hər addımda uçuruma sürükləyən dövlət təbii ki, Fransadır. Məhz Fransa hakimiyyəti ölkəsində olan xaosu gizlətmək məqsədilə problemləri Ermənistana ötürür. Əli milyonlarla əlcəzairlinin qanına batmış Fransa, törətdiyi soyrıqımların unudulduğunu düşünərək 20-ci əsrin ən faciəli hadisəsi olan Xocalı soyqırımını törədənlərə dəstək nümayiş etdirir. Azərbaycanın beynəlxalq hüquqla tanınmış əraziləri daxilində öz suverenliyini bərqərar etmək kimi hüquqi addımının qarşısında dayanmağa cəhd edir.
Fransanın Qərbdə cəhd etdiyi və ölkəmizi mövcud konyunkturadan kənarda saxlamağa yönəlmiş əməlləri tam qanunsuzdur, həm də ki, nəticəsizdir. Təbii ki, Fransa bunu bilir, yeganə məqsədi törətdiyi cinayətlərə görə məsuliyyətdən yayınmaqdır. Artıq hər kəs əmindir ki, separatçılara bu illər ərzində ən böyük dəstəyi də məhz Fransa verib.
Vətən Müharibəsində bu ölkənin sərgilədiyi mövqeyə cənab Prezident İlham Əliyev kəskin şəkildə bildirmişdir ki, “əgər Fransa Dağlıq Qarabağ üçün öz müqəddəratını təyin etmə istəyirsə, qoy onlar demək olar ki, sakinlərinin yarısı ermənilərdən ibarət olan Marsel şəhərini onlara versinlər. Qoy Korsikaya müstəqillik versin, qoy basklara müstəqillik versin. Niyə onlar bizdən Dağlıq Qarabağ üçün müstəqillik tələb edirlər? Onların bunu bizdən tələb etməyə nə haqqı var?”
Ermənistana istənilən dövlətin təsirindən asılı olmayaraq, qərarı özü qəbul etməlidir. Bir dövlət olaraq mövcudluğunu davam etdirmək istəyirsə sülh müqaviləsinə imza atmalı və regionda sabitliyin inkişafına töhfəsini verməlidir.
Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev

Son xəbərlər

2 nömrəli Bakı Baza Tibb kollecində məişət zorakılığının qarşısının alınması haqqında tədbir keçirilib

"Xocalı harayı" kitabının təqdimatı olub

Kitablar səltənətinin inciləri: Mirvarid Dilbazi “Anam yadıma düşdü”

Hicama terapiyası gələcəyin sağlam həyatıdır

Şuşa Bəyannaməsinin strateji mesajı

Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi

İstanbulda Türk DEGS Mərkəzində Heydər Əliyevin Tarixi Rolu Anılıb

Qurtuluşdan inkişafa: müstəqil Azərbaycanın strateji yolu

Elxan Qəmbərov: “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının simvoludur”

Binəqədidə “Milli qurtuluşdan başlanan tərəqqi və zəfər yolu” adlı tədbir keçirilib

Kitablar səltənətinin inciləri: Əhməd Cavad “Çırpınırdın Qara dəniz”

Yasamal rayonunda “Məişət zorakılığına yox!” layihəsi çərçivəsində tədbir keçirilib

YAXŞI ADAM...

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirildi

Cənubi Qafqaz əməkdaşlıq zonasına çevrilir

Şəhidin xatirəsinə həsr olunmuş “Göylər mələyi” adlıxatirə gecəsi keçirildi

Sankt-Peterburqda Azərbaycan-Rusiya biznes dialoqu keçirilib

“Cəfər Cabbarlı – Müasirimizdir” adlı layihənin icrasına başlanılıb

Ölkədə ilk dəfə “Təbiətin Dostları” Festivalı keçirildi

Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının rəsmi açılışı keçiriləcək

QHT “Regionlarda qadınlarla iş” layihəsinin icrasına başlayıb

“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrasına başlanıldı

Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə

Uşaqlara mərhəmət, qayğı, şəfqət

Biz həmişə sizinləyik xeyriyyə aksiyasi keçirildi

Prezident İlham Əliyevin sülhə, regional sabitliyə və beynəlxalq əməkdaşlığa yönəlmiş siyasəti Qlobal Həmrəylik Şurası tərəfindən yüksək qiymətləndirilir

“Həqiqəti demək borcumdur: mənim tanıdığım Adil Əliyev”

Eko Aləm İctimai Birliyi Hacıqabul və Çala göllərində araşdırmalar həyata keçirib

Şneor Seqal və onun kimi düşünənlər anlamalıdırlar ki, Azərbaycan kiminsə şəxsi dini laboratoriyası deyil

Bütün xəbərlər