BAKU Azərbaycan
18.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Mayın 5-i “Arxangelsk vilayətində Azərbaycan diasporu” regional ictimai təşkilatının İdarə Heyətinin sədri Tərlan Qasımovun doğum günüdür. Xatırladaq ki, Qasımov Tərlan Qasım oğlu 1974-cü ilin 5 mayında Ucar rayon Qəzyan kəndində anadan olub. 1990- ci ildə Qəzyan kəndində 1 nömrəli orta məktəbi bitirib. Azərbaycan İctimai-Siyasi Universitetinin Hüquq fakültəsində təhsil alıb. 1995-1997-ci illərdə Ucar rayon Pambıqtəmizləmə zavodunda hüquqşünas işləyib.1997-ci ildən taleyini Arxangelsk şəhərinə bağlayıb. 2016-cı ildən “Arxangelsk vilayətində Azərbaycan diasporu” regional ictimai təşkilatının İdarə Heyətinin sədridir.

Diaspor rəhbəri olaraq Arxangelskdə bir sıra tədbirlərin təşəbbüskarı və təşkilatçısıdır. Onun təşəbbüsü ilə 2017-ci ildə Arxangelsk vilayətində “Azərbaycan mədəniyyəti ili” elan edilib. Aktiv ictimai fəaliyyətinə görə Arxangelsk vilayətinin qubernatoru, şəhər administrasiyası, deputatlar duması və s. qurumlar tərəfindən orden, medal və təşəkkürnamələrlə təltif edilib. Belə ki, 2017- ci ildə Arxangelsk şəhərində məscid tikintisinə diaspor  tərəfindən göstərilən köməyə görə Rusiya Federasiyası müsəlmanlarının Ruhani İdarəsi, Rusiya Müftilər Şurasının sədri Ravil Qavyudin tərəfindən “İslam qarşısında xidmətlərə görə” medalı ilə təltif edilib. 2020-ci ildə Arxangelsk vilayətinin qubernatoru tərəfindən  fəxri fərmanla təltif edilib. 2021-ci ildə Arxangelsk vilayətinin qubernatoru tərəfindən “Xeyirxah insan” statusuna layiq görülüb. 2022-ci ildə “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunub. 2023-cü ilin dekabrında ŞİMAL SƏRVƏTİ mükafatının diplomatı olub. 2023 cü ildə Baybakov Fondu tərəfindən qızıl medala layiq görülüb.  Ailəlidir, iki övladı var.

Yeri gəlmişkən, dəfələrlər Arxangelsk vilayətinin qubernatoru həmvətənimizi ad günü münasibəti ilə xüsusi təbrik edib. Qubernator öz təbrikində Tərlan Qasımova hər gün sevinc və xoş əhval-ruhiyyə, eləcə də qarşısına qoyduğu  məqsədlərə çatmaqda və peşəkar fəaliyyətində uğurlar arzu edib.

Bütün bunlar Tərlan Qasımovun  bu vaxta kimi yaşadığı ölkədə görüdüyü işlər sayəsində qazandığı nüfuzun nəticəsidir. Ümumiyyətlə, Tərlan müəllim diaspor rəhbəri olaraq sayılıb-seçilən soydaşlarımızdandır. Onun fəaliyyəti həm Azərbaycanda, həm də Rusiyada, ümumiyyətlə, istənilən yerdə təqdir olunur.

Xüsusən 44 günlük Vətən müharibəsi günlərində məhz Tərlan Qasımovun rəhbərliyi ilə Arxangelskdəki soydaşlarımız da yumruq halına gələrək birlik nümayiş etdirdi, həmçinin Vətən üçün maddi və mənəvi dəstəklərini əsirgəmədilər. Arxangelsk vilayətindəki Azərbaycan diasporu üzvləri bu nəcib fəaliyyətlərini davam etdirərək şəhid aillərinə dəstək istiqamətində nümunəvi addım atıblar. Belə ki, Arxangelsk vilayətindəki Azərbaycan diasporu bir şəhid ailəsini, 3 tələbə şəhid övladını himayəyə götürüblər.

Tərlan Qasımov 2022-ci ilin mart ayında Arxangelsk şəhərində fəaliyyət göstərən Mixail Lomonosov adına Şimal Federal Arktika Universitetidə Fərman Salmanov adına elmi laboratoriya açılışına nail olub. Bu, Rusiya Federasiyasında Moskvada fəaliyyət göstərən Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən Dövlət Geoloji Kəşfiyyat Universitetindən sonra Rusiyada birinci elmi laboratoriyadır.

Elə həmin il Müslüm Moqamayevin 80 illiyi münasibəti ilə Arxangelsk şəhərində 31 nömrəli incəsənət məktəbində onun adına Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı da olmuşdur. “Arxangelsk vilayətində Azərbaycan diasporu” regional ictimai təşkilatının və Arxangelsk şəhər administrasiyasının birgə həyata keçirdiyi bu layihə Rusiya Prezidenti Vladimir Putinin 2022-ci ildə elan etdiyi “Rusiya xalqlarının mədəni irsi” ilinə həsr olunmuş tədbirlər çərçivəsində baş tutub. Mütəmadi olaraq burada “Arxangelsk vilayətində Azərbaycan diasporu” regional ictimai təşkilatı tərəfindən müxtəlif səpkili tədbirlər keçirilir.

Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsini hər bir vətənpərvər soydaşımız, eləcə də Arxangelskdəki diasporumuz da böyük sevinc hissi ilə qarşılayıb. Arxangelskdə diaspor rəhbəri olaraq Tərlan Qasımov tərəfindən “Heydər Əliyev İli” çərçivəsində təbrilər planı təsdiqlənib. Belə ki, Rusiyanın nüfuzlu “Arqumentı i Faktı” qəzetində Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Tərlan müəllimin məqaləsi dərc edilib. Bundan başqa Rusiya Federasiyasının Arxangelsk vilayətində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan mini-futbol turniri keçirilib. Bütün il ərzində keçirilən turnirdə Azərbaycan komandası 2-ci yeri əldə edib.

Tərlan Qasımov uzun illər ərzində Azərbycan diaspor təşkilatlarının etimad və ümumi məqsədlərə əsaslanan güclü tərəfdaşlıq münasibətlərini qoruyub saxladığını deyib: “Diasporla İş üzrə Dövlət Komitəsi hörmətli Fuad Muradovun rəhbərliyi ilə dünya azərbaycanlılarının diaspor olaraq fəallığını gücləndirir. Komitə rəhbərliyinin fəal əməyi və mühüm töhfəsi sayəsində Arxangelsk vilayətində millətlərarası münasibətlərin möhkəmləndirilməsinə yönəlmiş mühüm sosial-mədəni layihələr həyata keçirilmişdir”.

Bu gün Arxangelskdə Tərlan Qasımovun rəhbərliyi ilə diasporumuzun fəaliyyəti digər regionlardakı soydaşlarımız tərəfindən də müsbət qarşılanır. Şadıq ki, Arxangelskdə Azərbaycan diasporu ildən-ilə daha da güclənir. Bu da vətənpərvər, azərbaycançılığı özünə amal seçən Tərlan müəllim kimi soydaşlarımızın şəxsi keyfiyyətləri ilə bağlıdır.

Tərlan Qasımovu doğum günü münasibəti ilə təbrik edir, ona uzun ömür, cansağlığı və işlərində müvəffəqiyyətlər arzu edirik!

Son xəbərlər

Azərbaycanda artan yanğın riskləri: Obyektləri və həyatı gözlənilməz təhlükədən necə qorumalı?

Professor Hafiz Paşayevin 85 illik yubileyinə həsr olunmuş məqalə

DFJD “Ana dilini unutmuruq” layihəsinə start verib

ABŞ mediasında Azərbaycan musiqisi haqqında məqalə dərc olunub

“Dayaq” sosial maarifləndirmə İB yeni layihənin icrasına başlayıb

QHT tərəfindən Azərbaycanda 9 gölün ekoloji vəziyyəti araşdırılacaq

Azərbaycan idmanı yüksək diqqət və qayğı ilə əhatə olunub

Elazığda “Uluslararası Sağlık Turizmi Zirvesi”ndən sonra qonaqlar Çır-Çır şəlaləsini ziyarət ediblər -FOTOLAR

Rusiyada Xanlar Bəşirov tərəfindən Azərbaycan rəqsləri üzrə ustad dərsləri keçirilir

Azərbaycan Çexiya diplomatik münasibətlərin dinamik inkişafı

Gənc idmançılar beynəlxalq arenada Azərbaycan bayrağını yüksəklərə qaldırmaqda davam edirlər

Ukrayna–Azərbaycan əlaqələrinin yüksələn xətti

SITA 2026-cı ilin ilk rübündə yeni texnoloji həllər və tərəfdaşlıqlarını açıqlayıb

Tanınmış şair və bəstəkar Xanım İsmayılqızının yubiley gecəsi keçirildi

Yaponiyada azərbaycanlı müəllifdən yeni kitab: “Azərbaycan adlı strategiya” nəşr olundu

Xəzər Universitetinin əməkdaşı TESİAD-ın Məsləhət Şurasının iclasında -FOTOLAR

Gənc istedadlara yeni nəfəs verən 100 yaşlı mədəniyyət ocağı

Azərbaycan–Latviyanın birgə fəaliyyət imkanları

Xanım İsmayılqızının “Kitablar səltənətinin inciləri”nə daxil olan şeirləri

Psixologiyanın nəbzi Bakıda:Xəzər Universitetində Azərbaycan X Beynəlxalq Psixologiya Konfransı keçiriləcək

Şanlı Zəfərimiz “Kitablar səltənətinin incisi”nə daxil oldu

“Beynəlxalq Şeflər Liqası”nın möhtəşəm qala gecəsi və mükafatlandırma mərasimi keçirilib

Almatıda keçirilən II Qazaxıstan Beynəlxalq Sağlamlıq Turizmi Sərgisində Azərbaycan geniş tərkibdə təmsil olunub

Xəzər Universiteti ilə Türkiyənin ali təhsil müəssisələri arasında akademik əlaqələr genişlənir

Baş katib Azər Allahverənov Türk Strateji Düşünmə Mərkəzinin nümayəndə heyəti ilə görüşüb

“Milli Qəhrəmanlarımız” tədbirlər silsiləsində videoçarx hazırlandı

Zərifə Əliyevanın zəngin elmi irsi bu gün də yaşayır

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Xalq sənətkarlığı və təsviri-dekorativ sənət” tematik qrupu üzrə dərslər keçirilib

Qlobal araşdırma: aviasiya texnologiyalarına investisiyaların effektivliyi məlumatların koordinasiyasından asılıdır

Akademık Zərifə Əliyeva – nurlu ömrün qürurlu salnaməsi

Bütün xəbərlər