BAKU Azərbaycan
28.16 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) təşkilatçılığı, “Azercosmos”, “4-cü Sənaye İnqlabının Təhlili və Koordinasiya Mərkəzinin”, “İnnovasiyalar Mərkəzi”nin rəsmi tərəfdaşlığı ilə ölkəmizdə ilk “iFest” İnnovasiya və Texnologiya Festivalı baş tutub.

Layihənin əsas məqsədi texnologiya şirkətlərinin tanıtımını etmək, startapların inkişafına dəstək olmaq, onların maliyyə imkanlarına çıxışını təmin etmək və nümayişini həyata keçirməkdir.

Festivalın rəsmi açılış mərasimində açılış nitqini Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının İdarə Heyətinin sədri Nigar Ələsgərova edib. Daha sonra tədbirin rəsmi qonaqlarından olan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, “4-cü Sənaye İnqlabının Təhlili və Koordinasiya Mərkəzi”nin icraçı direktoru Fariz Cəfərov, COP29-un İqlim üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai, “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov, Kapital Bankın “Korporativ & KOS rəqəmsal məhsullar” şöbəsi üzrə sahə lideri Xanım Rüstəmova, “SABAH.HUB” şirkətinin İdarə Heyətinin üzvü Orxan Abbasov çıxış edib.

Rəsmi açılış mərasimindən sonra “Gələcəyin İnnovasiyası: Texnologiyaya istiqamət verən Trendlər və Strategiyalar” və “COP29 və İnnovasiya: Dayanıqlı Gələcək üçün İnnovativ Həllər” mövzularında panel müzakirələri start götürüb.

1-ci panel müzakirəsi “Destec Group” şirkətinin İdarə Heyətinin sədri Sakit Səmədovun moderatorluğu ilə həyata keçirilib. Paneldə spiker qismində “Innovation Management and Triz Institute”un direktoru Ali Kutvan, “Bilgiyi Ticarileştirme Merkezi”nin icraçı direktoru İbrahim Elbaşı və Kapital Bankın “Kiçik və Orta Sahibkarlarla İş” Departamentinin satış şöbəsinin müdiri Rəşad Babayev çıxış ediblər.

2-ci panel müzakirəsi “Smartnation” İnsan İnkişafı Platformasının rəhbəri, COP29 Təşkilat Komitəsinin üzvü Şəbnəm Məmmədovanın moderatorluğu ilə həyata keçirilib. Paneldə spiker qismində Türkiyə Dayanıqlı Gələcək Komissiyası, Türk Dünyası Tarım Birliyinin sədri Doğan Başaran, “Bulutistan” – Mərkəzi Asiya, Azərbaycan və Gürcüstan ölkə müdiri Samir Nuriyev, nnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin “Startap Ekosisteminin quruculuğu” şöbəsinin müdiri Camal Ağayev çıxış ediblər.

Daha sonra festival 10 innovasiya və texnologiya şirkəti və 30 startapın sərgisi, investor görüşləri (pitching), “Startap Forum”un təqdimatı, texnoloji şoular ilə davam edib.

Məlumat üçün bildirək ki, tədbirə 1000-ə yaxın ziyarətçi qatılıb.

Silsiləvi xarakter daşıyan festival bu il COP 29`a həsr olunur və “Yaşıl texnologiya-yaşıl dünya naminə” şüarı ilə keçirilir.

Xatırladaq ki, ölkənin ilk bankı Kapital Bank iFest`in baş sponsoru, “Wolt Azerbaijan”, “Ofisait”, “Holberton School Azerbaijan”, “XCO Technology”, “Code and More” isə dəstəkçilərdir.

DOĞRU.AZ

 image-13 image-5 image-a18i0178 image-a18i0180 image-a18i0198 image-a18i0204 image-a18i0279 image-a18i0302 image-a18i0344 image-a18i0342 image-a18i0369 image-a18i0417 image-a18i0425

Son xəbərlər

Azərbaycanın Dövlət Mədəniyyət Siyasəti Türk dünyasında mədəni diplomatiyanı sistemləşdirən imperativ mexanizmlərin prioritetləşdirməsinə gətirib çıxarıb

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

Bütün xəbərlər