BAKU Azərbaycan
30.19 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

AZƏRTAC

Türkiyənin paytaxtı Ankara şəhərində “Şuşa Bəyannaməsi ilə qardaşlıqdan müttəfiqliyə gedən yol” mövzusunda tədbir keçirilib.Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Şuşa Konqres Mərkəzində baş tutan tədbir ölkəmizin Türkiyədəki səfirliyinin, Türkiyə-Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Vəqfinin nəzdindəki Azərbaycan Evinin, Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin birgə təşkilatçılığı ilə gerçəkləşdirilib.Tədbirə ölkəmizin və digər türk dövlətləri səfirliklərinin diplomatları, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri və soydaşlarımız qatılıblar.Türkiyə və Azərbaycanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə iki qardaş ölkənin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbiri açıq elan edən Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Vəqfinin və Azərbaycan Evinin rəhbəri, professor Aygün Attar 2021-ci il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsinin əhəmiyyətindən, qardaşlıqdan müttəfiqliyə aparan yolun tarixindən, dünyada cərəyan edən proseslərin türk dünyasına təsirindən danışıb.

Sonra Türkiyənin ətraf mühit və şəhərsalma nazirinin müavini, Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin sədri Mücahit Demirtaş, mədəniyyət və turizm nazirinin müavini Nadir Arpaslan, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının Baş katibi, akademik Asəf Hacıyev çıxış ediblər. Onlar mədəniyyət paytaxtları, qardaşlaşmış şəhərlər layihələrinin önəmi, türk dünyasının ortaq mədəniyyətinin gələcək nəsillərə ötürülməsinin vacibliyi, qlobal mühitdə baş verən hadisələr fonunda türk dəyərlərinin misilsiz gücə malik olması, türk dövlətlərinin birliyi kimi məsələlərə toxunublar. 44 günlük Vətən müharibəsi dövründə Türkiyənin Azərbaycana göstərdiyi dəstəyi xatırladan natiqlər Qarabağ Zəfərinin türk dünyasının tarixində əbədi qalacağını və bu amilin türk dövlətlərinin daha da yaxınlaşmasında dönüş nöqtəsinə çevrildiyini vurğulayıblar.Tədbir Bakı şəhərində keçirilmiş Zəfər paradına həsr olunmuş videoçarxın nümayişi və türk xalqlarının musiqilərinin səsləndirilməsi ilə davam edib.

Son xəbərlər

2 nömrəli Bakı Baza Tibb kollecində məişət zorakılığının qarşısının alınması haqqında tədbir keçirilib

"Xocalı harayı" kitabının təqdimatı olub

Kitablar səltənətinin inciləri: Mirvarid Dilbazi “Anam yadıma düşdü”

Hicama terapiyası gələcəyin sağlam həyatıdır

Şuşa Bəyannaməsinin strateji mesajı

Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi

İstanbulda Türk DEGS Mərkəzində Heydər Əliyevin Tarixi Rolu Anılıb

Qurtuluşdan inkişafa: müstəqil Azərbaycanın strateji yolu

Elxan Qəmbərov: “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının simvoludur”

Binəqədidə “Milli qurtuluşdan başlanan tərəqqi və zəfər yolu” adlı tədbir keçirilib

Kitablar səltənətinin inciləri: Əhməd Cavad “Çırpınırdın Qara dəniz”

Yasamal rayonunda “Məişət zorakılığına yox!” layihəsi çərçivəsində tədbir keçirilib

YAXŞI ADAM...

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirildi

Cənubi Qafqaz əməkdaşlıq zonasına çevrilir

Şəhidin xatirəsinə həsr olunmuş “Göylər mələyi” adlıxatirə gecəsi keçirildi

Sankt-Peterburqda Azərbaycan-Rusiya biznes dialoqu keçirilib

“Cəfər Cabbarlı – Müasirimizdir” adlı layihənin icrasına başlanılıb

Ölkədə ilk dəfə “Təbiətin Dostları” Festivalı keçirildi

Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının rəsmi açılışı keçiriləcək

QHT “Regionlarda qadınlarla iş” layihəsinin icrasına başlayıb

“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrasına başlanıldı

Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə

Uşaqlara mərhəmət, qayğı, şəfqət

Biz həmişə sizinləyik xeyriyyə aksiyasi keçirildi

Prezident İlham Əliyevin sülhə, regional sabitliyə və beynəlxalq əməkdaşlığa yönəlmiş siyasəti Qlobal Həmrəylik Şurası tərəfindən yüksək qiymətləndirilir

“Həqiqəti demək borcumdur: mənim tanıdığım Adil Əliyev”

Eko Aləm İctimai Birliyi Hacıqabul və Çala göllərində araşdırmalar həyata keçirib

Şneor Seqal və onun kimi düşünənlər anlamalıdırlar ki, Azərbaycan kiminsə şəxsi dini laboratoriyası deyil

Bütün xəbərlər