BAKU Azərbaycan
15.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Ulu Öndər Heydər Əliyev Azərbaycanın XX və XXI əsr tarixində və ictimai-siyası fikrində daim böyük ehtiramla xatırlanacaq dahi şəxsiyyətdir. Müasir Azərbaycan dövlətçiliyinin qurulmasını və möhkəmlənməsini cəmiyyətdə Heydər Əliyev ideyalarını yeni tarixi şərait və dəyərlər prizması ilə vəhdətdə təhlil etmək hər zaman ictimai-tarixi zərurətdir. Başqa sözlə, etiraf edilməlidir ki, Azərbaycan Respublikasının siyasi həyatında yeni güc mərkəzinin yaranması yalnız Heydər Əliyev şəxsiyyətinə ümumxalq etimadının tarixi-ictimai təzahürü nəticəsində mümkün ola bilərdi. Çağdaş siyasi tariximizin bu fundamental hadisəsi hər zaman gələcək nəsillər üçün xüsusi məktəbdir.Azərbaycan Respublikasına uzun illər rəhbərlik etmiş Ümummilli Lider Heydər Əliyevə ölkənin siyasi, iqtisadi, mədəni və sosial inkişafında müstəsna irəliləyişlərin birbaşa təminatçısı kimi həmişə xalq tərəfindən qəlbən dərin rəğbət bəslənilirdi.Eyni zamanda Ulu Öndər keçmiş SSRİ kimi nəhəng dövlətdə ali siyasi vəzifəyə nail olan ilk və yeganə azərbaycanlı olduğundan, sözün əsl mənasında, milli qürur mənbəyi və mənəvi fəxarət simvolu sayılırdı. İnsanlar onunla, onun tarixi şəxsiyyəti və əməlləri ilə fəxr edir, ona dərin hörmət və etimadını hər zaman ifadə edirdilər.

Qeyd olunan tarixi reallıqla yanaşı, SSRİ-nin süqutundan sonra hakimiyyət uğrunda çəkişmələrdə kommunist ideologiyası ilə mübarizə adı altında Azərbaycanın bütün tarixi keçmişini şübhə altına almaq, reallıqları kommunist libasında təqdim etmək zəmnində ölkənin bütün formalaşmış kadr potensialına və sosial-iqtisadi bazaya qarşı təqiblər geniş tətbiq edilirdi. Belə bir vəziyyətdə cəmiyyətdə Heydər Əliyev şəxsiyyətinə, onun tarixi xidmətlərinə yeni dəyərlər əsasında yanaşılmasına və qiymətləndirilməsinə xüsusi ehtiyac hiss olunurdu.Heydər Əliyevə qayıdış onun şəxsiyyətinə və ideyalarına inamın müstəqillik dövrünün milli məfkurəsinin vacib tərkib hissəsinə çevrilməsini nəzərdə tuturdu. Ötən əsrin 70-ci illərindən etibarən ölkəmizin ictimai-siyasi həyatının hərəkətverici qüvvəsi kimi çıxış edən Heydər Əliyev ideyaları Azərbaycan xalqının milli inkişaf kodeksinin əsasları rolunu oynayırdı. Məhz bu dərin dövlətçilik məfkurəsi əsasında Azərbaycan Respublikası həmin dövrdə sürətli yüksəlişi təmin edə bilmiş, müstəqilliyin, bir növ, siyasi-iqtisadi təməli qoyulmuşdu.Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin bütün sahələrdə sarsılmaz təməllərini müəyyən etmişdir. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz Ümummilli Liderimiz Heydər Əliyevin xidmətləridirYeni müstəqilliyini bərpa etmiş Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ münaqişəsinin başlaması, torpaqların erməni qəsbkarları tərəfindən işğalı və ölkədə vətəndaş qarşıdurmasının başlaması ilə milli dövlətçiliyin itirilməsi təhlükəsinin yaranması idi. Bu mərhələdə yenidən Azərbaycanın siyasi həyatına rəhbərlik etməyə başlayan Ulu Öndəri ilk növbədə əsrlərlə yaşayacaq və özünün adlandırdığı tarixi sərvətimiz olan milli dövlətçiliyimizi yaşatmaq, möhkəmləndirmək, ölkənin ərazi bütövlüyünü qorumaq və Azərbaycanı beynəlxalq birliyin bərabər hüquqlu bir üzvünə çevirmək kimi ciddi tarixi sınaqlar qarşılayırdı.Böyük siyasət adamı, dünya liderlərinin nüfuzlu şəxsiyət, dövlətçilik memarı adlandırdıqları Ümummilli Lider bu ağır mərhələləri öz peşəkar bilik, bacarıq və təcrübəsi ilə aradan qaldırdı və hər zaman qürur duyduğu, şah əsəri olan Mütəqil Azərbaycan dövlətçiliyini qorudu, yaşatdı və biz nəsillərə möhkəm bazislə ərmağan etdi.

İlk növbədə cəbhədə atəşkəsə nail olub, hər zaman arzuladığı güclü ordu yaradılmasına start verən Ümummilli Lider Ermənistan və onun havadarlarının beynəlxalq siyasi, diplomatik təzyiq maşınını darmadağın edərək, Azərbaycanı dünyanın və regionun əsas əməkdaşlıq və tərəfdaşlıq mərkəzinə çevirdi.Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən aparılan siyasət nəticəsində Azərbaycan Qafqazın və Xəzər regionunun geosiyasətində əhəmiyyətli rol oynamağa başlayıb. Azərbaycan yalnız neft və qaz ehtiyatlarına görə deyil, həmçinin Qara və Xəzər dənizləri regionunda tutduğu mövqeyə görə ABŞ, Avropa və Asiya dövlətlərinin maraqlarının kəsişdiyi geosiyasi mərkəzə çevrilmişdir. Neft və qaz ehtiyatlarının işlənməsi, həmçinin onların dünya bazarlarına ixracı üzrə nəhəng layihələrin həyata keçirilməsi sayəsində Xəzər regionu XXI əsrdə dünyanın əhəmiyyətli regionlarından birinə çevrilib.Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən aparılan müdrik siyasət sayəsində 20 sentyabr 1994-cü ildə “Xəzərin Azərbaycan sektorunda yerləşən Azəri, Çıraq və Günəşli (dərin hissəsi) yataqlarının (AÇG) işlənməsi və hasilatın pay bölgüsü” üzrə birinci saziş imzalandı. Sonralar bu saziş “Əsrin müqaviləsi” adı ilə tanındı. Bu saziş xarici şirkətlərə Azərbaycanda yeni sazişlərin imzalanması üçün geniş yol açdı.Bu sazişlərin bağlanmasının Azərbaycan Respublikasına və onun vətəndaşlarına nələr vəd edildiyi barədə Prezident İlham Əliyev belə deyib: “Son illərdə həyata keçirilən neft strategiyası bu yolun düzgün olduğunu bir daha sübut etdi. Amma bu heç də o demək deyil ki, biz gələcəyimizi də yalnız neftlə bağlamaq istəyirik. Neft faktoru bizim üçün vasitədir. Müstəqilliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatımızın gücləndirilməsi istiqamətində bir vasitədir. Yəni biz bu vasitədən istifadə edirik. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə bağlanmış bu müqavilə Azərbaycan xalqının rifah halının yaxşılaşdırılmasında yeni dövrün əsasını qoydu”.

Bu gün Ulu Öndərin neft strategiyası Azərbaycanın dövlət başçısının rəhbərliyi altında uğurla davam etdirilir. Məhz bu strategiyanın müvəffəqiyyətlə həyata keçirilməsinin nəticəsidir ki, bu gün Azərbaycanda neft yataqlarının işlənməsi üzrə beynəlxalq münasibətlərin inkişaf etmiş sistemi formalaşıb. Milli neft strategiyasının uğurlarının nəticəsi olaraq Azərbaycanın regionun lider dövləti, eləcə də regional və qlobal iqtisadi layihələrin aparıcı iştirakçılarından biri kimi tanınmasına şərait yaranıb. Bu gün ölkəmizdə əldə edilən bütün iqtisadi uğurların başlanğıcında məhz milli neft strategiyası, bu strategiyanın ilk şanlı səhifəsini və təməl daşını isə məhz "Əsrin müqaviləsi" təşkil edir.Azərbaycan vətəndaşlarının ən mühüm problemləri hər zaman Ulu Öndəri düşündürmüşdür. Bu xüsusda ən ciddi amil isə milli mənəvi dəyərlərimizin inkişafı məsələsi idi. Tarixi təcrübə sübut edir ki, dövlətin inkişafında ən aparıcı vasitə insan və mükəmməl kadr potensialıdır.Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev sağlığında təhsil sahəsini də daimi diqqətində saxlamış, müəllimlərə böyük hörmətlə yanaşmışdır. Bu üzdən təhsil işçiləri də ümummilli lider Heydər Əliyevə öz sevgilərini daimi nümayiş edirirlər.Görkəmli ictimai-siaysi xadim Heydər Əliyev insan, vətəndaş hüquq və təhlükəsizliyini cəmiyyətdaxili münasibətlərin güzgüsü hesab edir, bu prinsipləri özünün siyasi təcrübəsində və dövlət idarəçiliyində tətbiq etməyə çalışırdı. Ümummilli Lider yeni, müasir siyası dövlət idarəemə mədəniyyətinin bütün istiqamətlərini də çox asanlıqla müəyyən etdi. Bura

-bazar iqtisadiyyatı

-plüralizm

-demokratiya

-milli-mənəvi irsin qorunması

-enerji təhlükəsizliyi

kimi mühüm aktual sosial-siyası mexanizmlərin sistemli, funksional fəaliyyəti daxil idi. Bu siyasi idarəetmə sistemi isə həm də, yeni siyası mədəniyyəti labüd edirdi.

Azərbaycanda siyasi mədəniyyət plüralizmin geniş spektrini əhatə edərək Ulu Öndərin ideya və real fəaliyətləri ilə formalaşmışdır. Hələ vaxtilə Ümummilli Lider Heydər Əliyevin siyasi mədəniyyət, vətəndaş cəmiyyəti quruculuğu uğrunda etdiyi çağırışlar və apardığı siyasət Azərbaycanda müasir demokratik, açıq və plüralist cəmiyyətinin formalaşmasını surətləndirdi.Sovet totalitarizmindən çıxmış müstəqil Azərbaycan cəmiyyətinin yeni siyasi mədəniyyəti formalaşmağa başladı. SSRİ-nin dağılması prosesində ən gərgin şəraitlərlə üzləşmiş Azərbaycanda siyasi mədəniyyət məhz Ulu Öndərin sayəsində stabil şəkil aldı.Azərbaycanda siyasi mədəniyyətin, onunla bağlı olan siyasi dialoq və milli həmrəylik komponentlərinin formalaşması prosesində Ümummilli Lider Heydər Əliyevin nəzəri və praktiki siyasi fəaliyyəti olduqca böyük olmuşdur. Əsasən, Azərbaycanın yenidən müstəqillik əldə etməsindən sonra formalaşan milli dövlətçilik dəyərləri Azərbaycançılıq kontekstində özünün fərqli xüsusiyyətləri ilə seçilir.

Ümummilli Liderin ideoloji konsepsiyasına rəgmən Azərbaycanın siyasi mədəniyyəti özünün dövlətçiliyə möhkəm sədaqət, rəhbərin güclü tərəflərini tez müəyyənləşdirmək və populizmə asan məruz qalmamaq məharəti ilə seçilməyə başladı. Azərərbaycançılıq, dövlətçilik ideyasının isə bu prosesdə xüsusi rolu vardır.Ulu Öndərin vaxtilə irəli sürdüyü və aksioma kimi qəbul olunan Azərbaycançılıq məfkurəsi milli, etnik, siyasi və sosial mənsubiyyətindən asılı olmayaraq hər bir azərbaycanlının Azərbaycana və dövlətimizə olan sevgi, məhəbbət və kökdən bağlılığın gündəlik həyat norması və fəaliyyət strategiyasıdır.Ümummilli Lider müasir Avropanın indi-indi irəli sürdüyü və dövlətlər üçün tövsiyyə olaraq formalaşdırmaq istədiyi “xalq, millət anlayışının getdikcə vahid cəmiyət anlayışı ilə əvəzlənməsi” prinsiplərini hələ 28-29 il əvvəl irəli sürərək, “Bütöv Azərbaycan cəmiyyəti fəlsəfəsi”ni yaratdı.O məfkurə ki, qısa bir müddətdə Azərbaycan cəmiyyətinin bütövlüyünü, sabitliyini, monolitliyini və davamlı inkişafını təmin etdi və bu nəzəri-praktik politoloji fikrin yaradıcısı məhz Ümummilli Liderimiz Heydər Əliyev dir. Ulu Öndər Heydər Əliyev idarəetmənin ustadı, siyasətin kamil bilicisi kimi bütün dünyada məşhur idi. Ümummilli Liderin siyasi fəaliyyəti deməyə əsas verir ki, reallığı düzgün qiymətləndirən, zəngin təcrübədən yaradıcılıqla istifadə edən, sosial-siyasi və iqtisadi problemlərin bütün spektrini, mürəkkəbliyini nəzərə alan, qəbul olunan qərarların mümkün nəticəsini irəlicədən görməyə imkan verən siyasi xətt hökmən uğur qazanır.

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Prezident İlham Əliyevin ötən ilin sentyabrın 29-da imzaladığı sərəncam Heydər Əliyev şəxsiyyətinə, onun tarixi xidmətlərinə yeni dəyərlər əsasında yanaşılma və verilən qiymətləndir. Sərəncamda qeyd edildiyi kimi, Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir: “Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir”.Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsini hər bir vətənpərvər soydaşımız sevinclə qarşılayıb. Bununla Azərbaycan Prezidenti bir daha xalqımızın Ümummilli Liderinə olan sədaqətini nümayiş etdirdi.YAP daimi Ulu Öndərlə bağlı əlamətdar günləri xüsusi qeyd edir. 2023-cü ildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ölkəmizdə təntənəli şəkildə qeyd olunur. Sərəncama uyğun olaraq Prezident İlham Əliyev 2022-ci il 28 noyabrında isə Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı təsdiq edib.Artıq “Heydər Əliyev İli” çərçivəsində ölkədə və xaricdə müxtəlif səpkili tərdbirlər keçilməkdədir. Bütün il boyu ölkədə və xaricdə Ulu Öndərlə bağlı xüsusi tədbirlər davam edəcək.

YAP tərəfindən Ulu Öndərlə bağlı mütəmadi olaraq tədbirlər keçirilir. Lakin xüsusi olaraq “Heydər Əliyev İli” çərçivəsində YAP tərəfindən silsilə tədbirlər yerli, respublika və beynəlxalq səviyyədə təşkil edilməkdədir.“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı qrafikə uyğun şəkildə həyata keçirilməkdədir. Tədbirlərə YAP üzvləri ilə yanaşı cəmiyyətin bütün təbəqələrindən olan vətəndaşlarımız da böyük qürur hissi ilə qatılırlar.Müasir dövrdə siyasi və sosial inkişaf yolu keçən ölkələr üçün bir etalon ola biləcək və Ümummilli Liderdən miras qalan vahid cəmiyyət ideyasını ölkə prezidenti, Silahlı Qüvvələrin ali baş komandanı, partiyamızın sədri cənab İlham Əliyev 44 günlük Vətən müharibəsində “Dəmir yumruq” prinsipi ilə tətbiq edərək, Ulu Öndərimizin vəsiyət etdiyi Böyük Zəfərimizlə bizə yaşatdı.

Budur məhz Böyük Heydər Əliyev Məktəbi, tarixi Ümummilli Lider ideyaları!

Nə qədər Azərbaycan dövləti varsa, bu ideyalar xalqımızla yaşayacaq!

 

Asif ƏSGƏRLİ

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü

Son xəbərlər

Pyatiqorsk şəhərində Novruz bayramı münasibətilə tədbir keçirilib

Leninoqorskdakı soydaşlarımız Novruz bayramını təntənəli şəkildə qeyd ediblər

Quru sərhədləri Gürcüstanla qismən də olsa açmaq mümkündürmü?

“Qərəz bülbülü” Solovyovun antiazərbaycan “cəhcəhi”

Dünya Sıfır Tullantı Günü münasibətilə vebinar keçiriləcək

Azərbaycanın Milli Qəhrəmanı DTX əməkdaşlarının peşə bayramını təbrik edib

Qazaxıstanda yaşayan soydaşlarımız Novruz bayramını geniş qeyd ediblər

Rumıniyanın sabiq Prezidenti Emil Konstantinesku “Azərbaycanım” beynəlxalq jurnalının kollektivi ilə görüş keçirib

Moskvadakı soydaşlarımız “Crocus City Hall”dakı terror aktı qurbanlarının xatirəsini yad ediblər

Azərbaycan diasporu tərəfindən Leninoqorskda iftar məclisi təşkil edilib

Krasnoyarskdakı soydaşlarımız  “Crocus City Hall”da baş vermiş terror qurbanlarını anıblar

Prezident İlham Əliyev terror aktı ilə əlaqədar Rusiya Prezidenti Vladimir Putinə başsağlığı verib

Hollandiyada gənclərimiz Novruz bayramını qeyd ediblər

Həzi Aslanov adına veteran təşkilatı Moskva Müharibə Veteranları Komitəsinə üzv seçilib

“Dünya Xalqları Alyansı”nın baş katibi Putini təbrik etdi

GÖRÜBƏN GƏLİRƏM MƏN BU DÜNYANI

Şagirdlər qrafik dizayn bacarıqlarına yiyələnir – FOTOLAR

Qələbəmizin növbəti rəmzi

Tahir Mirkişili erməni spikeri susdurdu

Putinin qələbəsini şərtləndirən amillər bunlardır - Deputatdan AÇIQLAMA

Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın yeni ofisində ilk iclas keçirilib - FOTOLAR

Azərbaycan Universitetində “COP29 simulyasiya” layihəsinin ikinci təlimi keçirilib

Prezident tanınmış QHT rəhbərini təltif etdi

Prezident Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi

"Novruz ölkəmizin siyasi proseslərində bayramlaşma təcrübəsinə səbəb olmuşdur"

Binəqədidə ümumrayon “Novruz” şənliyi keçirildi

“Yaradıcı oxucularımız” layihəsi uğurla davam edir

Azərbaycan-NATO əlaqələrində siyasi dialoq və əməkdaşlıq

QHT rəhbəri BMT-nin Etimad Fondunun icraçı direktoru ilə görüşüb

Azərbaycanla Gürcüstanın etibarlı strateji tərəfdaşlığı

Bütün xəbərlər