BAKU Azərbaycan
16.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Asiya kimi cəlb etmir ki?..

- Harda görüşək, Maqsud?

- Ən sevdiyimiz yerdə...

Ertəsi gün Vadi İstanbulda, “Socar Türkiye”nin Baş ofisindəki “Nizami” kitabxanasında görüşürük. Gənc dostum həyəcanlıdır, yol üstündədir, bir neçə gün sonra Honq Konqa uçur. Söhbət edəcək, çay içib ona yaxşı yol diləyəcəkdim. Ancaq baxdım ki, Maqsudu sorğu-suala çəkirəm. Cavabları maraqlıdır deyə onlar haqda qısa bir şey yazım dedim...

“Qərbə tərəf böyüyüb genişləyən şəhərlərə bənzəyir gənclər – axın-axın yeni texnologiyaların, robotların, Süni İntellektlərin olduğu coğrafiyalara tərəf istiqamət alırlar”, – deyirəm dostuma. Maqsud nə deyəcəyimi anlayaraq sözümü bitirmədən davam verir: “Orta və ali təhsilimi, eləcə də peşəkar təcrübəmin əsas hissəsini Qərb ölkələrində almışam. Ancaq dünya sürətlə dəyişir və fikirləşdim ki, Asiya perspektivlərini də dəyərləndirməyin vaxtı gəlib”.

O, danışır, əsaslı arqumentlər gətirir.

Gözümün önünə dünya xəritəsini gətirirəm.

Asiya-Sakit okean regionunun niyə bu qədər cəlbedici olduğunu anlamaq çətin deyil.

Burada dünya əhalisinin yarıdan çoxu yaşayır: 5 milyard insan – bu isə dünya əhalisinin 60%-ni təşkil edir. Digər yandan regionun demoqrafik göstəriciləri çox əlverişlidir: istehlakçının orta yaşı 30-dur. Avropa sürətlə qocalarkən, Asiya bazarlarındakı alıcı gənc olması və yüksək mobilliyi ilə seçilir…

***

Maqsud Məmmədli orta məktəbi ABŞ-da bitirdikdən sonra Texas Dövlət Universitetinə qəbul olub. Bu tanınmış ali məktəbi politologiya ixtisası üzrə fərqlənmə diplomu ilə bitirdikdən sonra magistr dərəcəsini Enerji Siyasəti və Beynəlxalq Siyasi İqtisadiyyat üzrə Johns Hopkins Universitetinin Beynəlxalq Tədqiqatlar Məktəbində alıb. Doktoranturanı London Universitetinin Şərq və Afrika Araşdırmaları Məktəbində (SOAS) tamamlayıb, dissertasiyası postsovet məkanında dövlətlərin beynəlxalq imic formalaşdırma və milli brend yaratma motivasiyaları haqqındadır. Hazırda elmi araşdırmalarını London Universiteti nəzdindəki Mərkəzi Asiya və Qafqazın Müasir Araşdırmaları Mərkəzində davam etdirir…

***

Deyirəm bəlkə Maqsud da günümüzün modasına mübtəla olub. Axı bu gün ciddi siyasi, iqtisadi mövzularda danışanda, kitab və elmi araşdırmalarda gözümüzə və qulağımıza tez-tez “dəhlizlər”, “ticarət yolları”, “Şimal-Cənub və ya Şərq-Qərb enerji xəttləri” kimi ifadələr tuş gəlir. Ancaq mükəmməl təhsil almış bu 38 yaşlı həmyerlimizin belə məsələlərə maraq salması onun araşdırma, öyrənmə sevdasından qaynaqlanır – bunu onu yaxından tanıyan biri kimi deyirəm.

Bir müddət əvvəl gənc dostum səssiz-sədasız Honq Konq Universitetinin Asia Global İnstitutuna (AGI) müraciət edir. Bu institut çox disiplinli bir düşüncə mərkəzidir. O, Asiya perspektivindən qlobal məsələlərə diqqət yetirir və regiona və dünyaya təsir edən mövzular üzərində araşdırmalar, dialoqlar aparır. İnstitut iqtisadi inkişaf, ətraf mühitin davamlılığı və sosial idarəetmə kimi mövzularda tədqiqatlar aparır, həmçinin konfranslar və seminarlar təşkil edir, qlobal diskursa təsir etmək üçün əhəmiyyətli siyasət tövsiyələri dərc edir.

AGI-nin əsas təşəbbüslərindən biridir Asia Global Liderlik Proqramıdır. Bu, orta karyera mərhələsində olan və qlobal məsələlərə Asiya fokusuyla maraqlanan müxtəlif sahələrdən olan peşəkarları bir araya gətirən, multidisiplinar liderlik inkişafı proqramıdır.

“Bu yaşında 70 yaşlı bir alimin, araşdırmaçının əldə edə bilmədiyi qədər geniş “netvörkün”, zəngin qiraətin, çoxsaylı seminar və layihə iştirakın var. Bezmədinmi? Konkret cavab ver – Asia Global Liderlik Proqramında ən çox səni cəlbedən nə oldu?”, – dostumun nə cavab verəcəyini gözləyirəm. Bir qədər duruxub “Adındakı Asiya kəlməsi” deyir…

Asiya kimi cəlb etmir ki?..

Maqsudla görüş ərəfəsində “Euronews” kanalı Azərbaycanın BRICS-ə üzv olmaq üçün müraciət etdiyini xəbər verdi. Dostuma gülərək “Deyəsən “Deja vu” yaşayıbsan?” deyirəm. Üzündən abır yağan həmsöhbətim “Yox, vallah” deyir, sanki günah işlədib.

Maqsud Məmmədli “Asia Global Fellows Program”da iştirak üçün seçilmiş ilk azərbaycanlı olmaq şərəfinə layiq görülüb. O, Cənubi Afrikadan Ekvadora, Çindən Hindistana, İsveçdən İndoneziyaya qədər 17 fərqli ölkədən olan 17 digər peşəkarla birlikdə müxtəlif sahələri təmsil edirlər. Onlar arasında parlament üzvləri, startap liderləri, nazir müavinləri və b. var.

“Liderlik müddətində biz təlim proqramları ilə bərabər ASEAN, BRI və BRICS kimi beynəlxalq forumlara qatılacaq və Çin və İndoneziya kimi ölkələrə səfərlər edərək siyasətçilər və dövlət rəsmiləri ilə görüşəcəyik. Bu təcrübələr bizə regionun geosiyasi dinamikasını və strateji prioritetlərini anlamağa kömək edəcək”, – həyəcanını gizlətməyə çalışaraq deyir Maqsud.

Maqsud Məmmədli Honq Konqda aparacağı tədqiqatı Çinin Kəmər və Yol Təşəbbüsü (BRI) çərçivəsindəki Yaşıl Diplomatiya, xüsusən də Yaşıl İpək Yoluna yönələcək. O, bu layihədə yaşıl texnologiyanın və yaşıl maliyyənin rolunu araşdıracaq və Asiya enerji şirkətlərinin qlobal enerji transformasiyası ilə necə başa çıxdığını ve İnkişaf etməkdə olan bazarların bu yaşıl texnologiyalardan necə faydalana biləcəyini öyrənəcək.

Azərbaycanın strateji coğrafi mövqeyi və qlobal iqlim mübarizəsində rolu, xüsusən də Orta Dəhliz kontekstində və BRI üçün əhəmiyyətinə görə Çin üçün önəmlidir. Azərbaycanın bu qlobal təşəbbüslərə verdiyi töhfələrin əhəmiyyətini vurğulamaq və regionumuzun səsinin davamlı inkişaf və beynəlxalq əməkdaşlıqla bağlı müzakirələrdə eşidilməsini təmin etmək çooox vacibdir ki, Maqsudun bu işin öhdəsindən gələcəyinə əminəm…

İki saata yaxın söhbətimiz bitəndə Maqsud saata baxıb tez-tələsik qalxdı.

THY-nin İstanbul – Honq Konq təyyarəsinin qalxmasına 4 saat qalırdı.

Müəllif: İbrahim Nəbioğlu

Son xəbərlər

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

Bütün xəbərlər