BAKU Azərbaycan
29.97 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

İyun ayının 27-də “Ziyalı Ocağı” İctimai Birliyi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Sumqayıt şəhər 18 saylı orta ümumtəhsil ocağında “Vətən mənə oğul desə, nə dərdim” adlı tədbir keçirdi. Bu haqda saytımıza “Ziyalı Ocağı” İctimai Birliyinin Mətbuat Xidmətindən məlumat verilib.

“Vətənin Qəhrəman Oğulları” layihəsi çərçivəsində reallaşdırılan bu tədbirdə torpaqlarımız uğrunda canından, qanından keçən Şəhidlərimizin əziz xatirəsi  hörmət və ehtiramla yad edildi, habelə, Ali Baş Komandanın və onun igid əsgərlərinin dillərə dastan olan misilsiz şücaətindən bəhs edildi.

Tədbir Azərbaycan Respublikasının Milli Himni ilə başladı. Şəhidlərin ruhuna bir dəqiqəlik sükut elan olundu.

Tədbiri giriş sözü ilə açan layihə rəhbəri İlahə Əliyeva bildirdi ki, “30 il müddətində xalqımız və dövlətimiz azğın və aqressiv erməni işğalından və istibdadından çox əzab çəkdi. Özünün havadarlarının köməyi ilə torpaqlarımıza soxulan, insanlarımızı yurdundan-yuvasından didərgin salan, ellərimizi, evlərimizi xarabazarlığa çevirən, daşı-daş üstündə qoymayan mənfur erməni işğalçılarının azğın istəkləri bitmədi. Onlar yeni torpaqlar, yeni ərazilər iddiasına düşdülər. Və bu azğın istəklər də onların işğalının sonunu gətirib çıxardı.

Çoxsaylı sülh danışıqlarına qatılan və qatıldığı hər danışıqdan da sonra üzülən Azərbaycan dövlətinin son ümidi yalnız özünə və Ordusuna qaldı. Ali Baş Komandanın, cənab İlham Əliyevin, habelə, rəşadətli ordumuzun qəhrəmanlığı, cəsurluğu sayəsində azğın yağı yerinə oturduldu, 44 günlük savaş müddətində torpaqlarımızdan qovuldu. Mənfur işğalçılara mənsub olduqları yer göstərildi”.

Tədbirdə iştirak edən Sumqayıt-Abşeron-Xızı Regional Təhsi İdarəsinin əməkdaşı Günel Zeynalova vurğuladı ki, “Vətənimizin qəhrəman oğullarının sayəsində biz bu gün işğaldan azad olunmuş bölgələrimizə rahat şəkildə gedə bilirik. İgidlikləri dillərə dastan olan ordumuzun dünyaya nümayiş etdirdiyi ildırım sürətli qələbə sayəsində insanlarımız özlərinin tarixi yurdlarına geri dönürlər, şəhərlərimiz, kəndlərimiz bərpa edilir. Biz tarixi Azərbaycan torpaqlarına, Dağlıq Qarabağa dönürük. Bütün bunları bizə Ali Baş Komandanın bir əmrinə tabe olan, onun ətrafında dəmir yumruq olub birləşən  Şəhidlərimiz, Qazilərimiz və əsgərlərimiz bəxş etdi”.

Layihə üzrə ekspert Fuad Hüseynzadə gənclərin vətənpərvərlik  ruhunda tərbiyə olunmasından, milli-mənəvi dəyərlərin qorunmasından danışdı. F. Hüseynzadə onu da bildirdi ki, “güclü ölkənin güclü orduya və eyni zamanda güclü elmi potensiala malik olan elmli, savadlı gənclərə ehtiyacı vardır. Bu gün dünyada azğın qonşularımız olan ermənilər və onların havadarları tərəfindən ölkəmizə, xalqımıza qarşı qarayaxma kompaniyası aparılır. Bu gün sevindirici haldır ki, hər bir vətəndaşımızın evində, əlində bu qəbildən olan qara yaxma kompaniyasına qarşı olaraq internet resursları, sosial şəbəkələr mövcuddur. Sizin hər biriniz bu kompaniyalara qatılmaqla, həmin kompaniyaya qarşı çıxaraq, onların çirkin yalanlarının və əsassız iddialarının qarşısını ala bilərsiniz. Fərd olaraq hər birimizin çiyinlərinə bəlli bir yük düşür və bizim hər birimiz bu yükün öhdəsindən layiqincə gəlməliyik”.

Tədbirdə qonaq qismində iştirak edən jurnalist Zamira Beşimova öz çıxışını Vətənə sevgi, torpağa sevgi notları üzərində qurdu. Azərbaycanda olduğu müddət ərzində müqəddəs məkanlarımıza etdiyi ziyarətlərdən danışdı, azğın düşmən gülləsinə qurban gedən igidlərimizin nakam gedişlərindən söz açdı. Göz yaşlarının gözlərini yandırdığını, qəlbinin acıtdığını söylədi. Z. Beşimova öz çıxışının sonunda Süleyman Rüstəmin- “Azərbaycana gəlsin” şeirini səsləndirdi.

Özbəkistan Dövlət Teleziya Kompaniyasının əməkdaşı Nazima Rizayeva öncə tədbir iştirakçılarını salamladı və tədbirdəki iştirakından məmnun olduğunu bildirdi. N. Rizayeva şəhid qanı ilə sulanan bu torpaqların müqəddəsliyindən bəhs etdi. Məmməd Arazın “Vətən mənə oğul desə, nə dərdim” şeirini söylədi. N. Rizayevanın şeiri iştirakçılar tərəfindən hərarətlə qarşılandı.

Özbəkistan Dövlət Teleziya Kompaniyasının digər əməkdaşı Dildora Abdullayeva qeyd etdi ki, “torpaq, millət uğrunda qurban gedən oğulların ruhuna minnətdarlıq hisslərindən bəhs etdi. D. Abdullayeva nitqinə davam edərək, vətənin, torpağın, ananın müqəddəsliyindən danışdı. Abbas Səhhətin “Vətən” şeirini söylədi.  

Tədbirdə “Ziyalı Ocağı” İctimai Birliyinin Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə lentə aldığı “İşğal” adlı sənədli filmdən fraqmentlər nümayiş etdirildi.

Konfrans digər iştirakçıların çıxışları ilə davam etdirildi.

18 saylı orta məktəbin dil-ədəbiyyat müəllimi N.Məmmədova bu günkü tədbirin zəruriliyindən və əhəmiyyətindən danışdı. O bildirdi ki, “bu qəbildən olan tədbirlərin keçirilməsi arzuolunandır. Mən müəllim olaraq, həmişə öz dərslərimi vətənpərvərliyin təbliği istiqamətində qururam. Amma bu qəbildən olan tədbirlərin məktəbimizdə keçirilməsi xüsusilə diqqətə və hörmətə layiqdir. Bu tədbirin məktəbimizdə keçirilməsinə vəsilə olan qurumun göstərdiyi xidmətə görə təşəkkür edir, Özbəkistandan Sumqayıta gələn və bu gün burada bizimlə acılarımızı bölüşən qonaqlarımızı cani-könüldən salamlayır və qürurlanırıq. Bir kökdən, bir boydan, bir soydan olan insanların bir yerdə olması, eyni hissləri bölüşməsi olduqca gözəldir. Ümid edirik ki, “Ziyalı Ocağı” İctimai Birliyi tərəfindən keçirilən bu qəbildən olan tədbirlər yenə keçiriləcəkdir”.   

Son xəbərlər

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Bütün xəbərlər