BAKU Azərbaycan
30.5 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Son günlərdə İranda baş verən hadisələr 2025-ci ildə keçirilməsi gözlənilən president seçkilərinin tarixinin dəyişməsinə səbəb olmuşdur. Belə ki, İran Prezidenti mərhum İbrahim Rəisinin helikopter qəzası nəticəsində ölməsi ilə növbədənkənar prezident seçkiləri təyin olunmuşdur. Belə ki, seçkilərin birinci turu 28 iyun 2024-cü ildə keçirilmiş, birinci turda heç bir namizəd səs çoxluğu qazana bilmədiyi üçün 5 iyul 2024 tarixində ən çox səs almış Məsud Pezeşkiyan və Səid Cəlili arasında seçkilərin ikinci turu keçirilmişdir. Seçkilərdə Məsud Pezeşkiyan qalib gəlmişdir.

Məlum olduğu kimi, Azərbaycanla İran arasında diplomatik münasibətlərin zəngin tarixi keçmişi vardır və İran və Azərbaycan xalqları islam aləminə mənsub olan xalqlar olduğu üçün iki xalqın din, mədəniyyət, mənəvi dəyərlərbaxımından yaxınlığı, eyni zamanda, müştərək tarixə malik olması və iki yaxın qonşu dövlətlərarası əlaqələrin inkişafına müsbət təkan verir.

1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra iki dövlət arasındadiplomatik münasibətlər sürətlə inkişaf etməyə başladı. 1993-cü ilin iyun ayında Azərbaycanda yenidən hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev İranlamünasibətlərdə yeni mərhələnin başlanğıcını qoydu. Ötən 30 il ərzində iki ölkə arasında münasibətlər ümumi mənafelərə istinadla, əlaqələrin mehriban qonşuluq və qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində davam etdirilmişdir.

19 may 2024-cü ildə Azərbaycan- İran dövlət sərhədində ölkə başçıları İlham Əliyev və Seyidİbrahim Rəisinin təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə görüşü, prezidentlərin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi bir daha Azərbaycanla İran arasında münasibətlərin nə qədər əhəmiyyətli olduğunu sübut edir.

Beynəlxalq Diaspora Mərkəzi (BDM) olaraq  İranın yeni seçilən prezidenti Məsud Pezeşkianı təbrik edir, fəaliyyətində uğurlar arzu edirik. İnanırıq ki, Azərbaycan və İran münasibətlərinin gələcəyi çox yaxşı olacaq və münasibətlərin yeni mərhələsinə qədəm qoyacaqdır. Bu münasibətlərin müsbət şəkildə inkişaf etdirilməsi digər ölkələr üçün də maraqlı olduğu bilinməkdədir. Bu səbəbdən regionda sülhün, sabitliyin və əmin-amanlıq daim olması xalqlarımızın qardaşlığını daha da möhkəmləndirəcəyinə əminik.

 

Beynəlxalq Diaspora Mərkəzi (BDM)

         Mətbuat xidməti

Son xəbərlər

"Xocalı harayı" kitabının təqdimatı olub

Kitablar səltənətinin inciləri: Mirvarid Dilbazi “Anam yadıma düşdü”

Hicama terapiyası gələcəyin sağlam həyatıdır

Şuşa Bəyannaməsinin strateji mesajı

Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi

İstanbulda Türk DEGS Mərkəzində Heydər Əliyevin Tarixi Rolu Anılıb

Qurtuluşdan inkişafa: müstəqil Azərbaycanın strateji yolu

Elxan Qəmbərov: “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının simvoludur”

Binəqədidə “Milli qurtuluşdan başlanan tərəqqi və zəfər yolu” adlı tədbir keçirilib

Kitablar səltənətinin inciləri: Əhməd Cavad “Çırpınırdın Qara dəniz”

Yasamal rayonunda “Məişət zorakılığına yox!” layihəsi çərçivəsində tədbir keçirilib

YAXŞI ADAM...

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirildi

Cənubi Qafqaz əməkdaşlıq zonasına çevrilir

Şəhidin xatirəsinə həsr olunmuş “Göylər mələyi” adlıxatirə gecəsi keçirildi

Sankt-Peterburqda Azərbaycan-Rusiya biznes dialoqu keçirilib

“Cəfər Cabbarlı – Müasirimizdir” adlı layihənin icrasına başlanılıb

Ölkədə ilk dəfə “Təbiətin Dostları” Festivalı keçirildi

Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının rəsmi açılışı keçiriləcək

QHT “Regionlarda qadınlarla iş” layihəsinin icrasına başlayıb

“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrasına başlanıldı

Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə

Uşaqlara mərhəmət, qayğı, şəfqət

Biz həmişə sizinləyik xeyriyyə aksiyasi keçirildi

Prezident İlham Əliyevin sülhə, regional sabitliyə və beynəlxalq əməkdaşlığa yönəlmiş siyasəti Qlobal Həmrəylik Şurası tərəfindən yüksək qiymətləndirilir

“Həqiqəti demək borcumdur: mənim tanıdığım Adil Əliyev”

Eko Aləm İctimai Birliyi Hacıqabul və Çala göllərində araşdırmalar həyata keçirib

Şneor Seqal və onun kimi düşünənlər anlamalıdırlar ki, Azərbaycan kiminsə şəxsi dini laboratoriyası deyil

Daşkənddə muğam və makom dərsi təşkil olunub

Bütün xəbərlər